Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-83/2025 14.01.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Ərazi İdarəsinə qarşı “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsinə qarşı “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması” faktının müəyyən edilməsi barədə ərizə ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Xanlar Rayon Aqrar İslahat Komissiyasının 07 fevral 2003-cü il tarixli, 01 saylı qərarı ilə mülkiyyətinə verilimiş 0.06 ha həyətyanı torpaq sahəsinə dair JN-1127A, KOD- 50801004 nömrəli Torpağa Mülkiyyət Hüququna dair şəhadətnamədə yazılmış "X2 "Ərizəçi kimi oxunmaqla həmin şəhadətnamənin ona məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Xanlar Rayon Aqrar İslahat Komissiyasının 07 fevral 2003-cü il tarixli, 01 saylı qərarı ilə Xanlar (indiki Göygöl) şəhəri ərazisində ona 0.06 ha həyətyanı torpaq sahəsi və həmin torpağa aid JN-1127A, KOD- 50801004 nömrəli Torpağa Mülkiyyət Hüququna dair şəhadətnamə verilmişdir. Qeyd olunan şəhadətnamədə adı, soyadı və ata adı səhv olaraq "X3" kimi yazılmışdır. Məsələ ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edərkən qeyd olunan yanlışlığın aradan qaldırılmasından imtina edilmişdir. O, hazırda qeyd olunan yanlışlığı başqa vasitə ilə aradan qaldıra bilmir. Ona görə də məcbur olub bu faktı təsdiq etdirmək üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi izahatında ərizəni müdafiə edərək göstərdi ki, Xanlar Rayon Aqrar İslahat Komissiyasının 07 fevral 2003-cü il tarixli, 01 saylı qərarı ilə Xanlar (indiki Göygöl) şəhəri ərazisində ona 0.06 ha həyətyanı torpaq sahəsi və həmin torpağa aid JN-1127A, KOD-50801004 nömrəli Torpağa Mülkiyyət Hüququna dair şəhadətnamə verilmişdir. Qeyd olunan şəhadətnamədə adı, soyadı və ata adı səhv olaraq "X3" kimi yazılmışdır. Torpağa dair sənəddə olan həmin səhvə görə onun mülkiyyət hüququ pozulduğundan müvafiq orqanlara müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Odur ki, həmin ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Ərizəçi onun bacısıdır. Ailədə beş qız dörd oğlan olmaqla doqquz uşaq olmuşlar. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə bacısının adı səhv yazılmışdır. Həmin torpaq sahəsi bacısına məxsusdur. Torpaq sahəsi ilə bağlı aralarında heç bir mübahisələri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Mehdiyev Şahid2 ifadəsində göstərdi ki, Ərizəçi onun bacısıdır. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə bacısının adı səhv yazılmışdır. Həmin torpaq sahəsi bacısına məxsusdur. Mehdiyev Mübayim adlı adam tanımır. Torpaq sahəsi ilə bağlı aralarında heç bir mübahisələri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, Ərizəçi onun bacısıdır. Onlar beş bacı dörd qardaşdırlar. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə bacısının adı səhv yazılmışdır. Həmin torpaq sahəsi bacısına məxsusdur. Mehdiyev Mübayim adlı adam tanımır. Torpaq sahəsi ilə bağlı aralarında heç bir mübahisələri yoxdur. Bacısı torpaq sahəsini başqa şəxsə satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, onun atası 2000-ci ildə torpaq sahəsini Ərizəçi almışdır. Sonradan torpaq sahəsinə dair şəhadətnamə verilərkən adı səhv yazılmışdır. Həmin torpaq sahəsində ev tikmişlər. Çıxarış almaq üçün müraciət etdikdə şəhadətnamədə səhvlik olmasını bilmişlər. Mehdiyev Mübayim adlı adam tanımır. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsəlləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İşdə olan JN-1127A, KOD 50801004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 07 fevral 2003-cü il tarixli, 01 saylı qərarı ilə X2 mülkiyyətinə 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə məktubunda Torpağa Mülkiyyət Hüququna dair JN-1127A saylı şəhadətnamənin Ərazi İdarəsinin adlı siyahı məlumatlarında başqa şəxsə məxsus olduğunun müəyyən edildiyi göstərilmişdir. İşdə olan Göygöl rayon İcra Hakimiyyəti Başçısının Göygöl şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Xanlar rayon Aqrar İslahat komissiyasının 07 fevral 2003-cü il tarixli 01 saylı qərarı ilə verilmiş JN-1127A kod ********* saylı,06 ha torpağa mülkiyyət hüququna dair Şəhadətnamədə Ərizəçi soyadı Mehdiyeva əvəzinə Mehdiyev adı Mülayim əvəzinə Mübayim, cinsiyyəti qızı əvəzinə texniki səhv olaraq oğlu kimi qeyd edilmişdir. İşdə olan Göygöl Rayon Dövlət Arxivinin 20 noyabr 2024-cü il tarixli arxiv arayışında Xanlar rayon Aqrar İslahat Komissiyasının 07 fevral 2003-cü il tarixli 01 saylı qərarının rayon arxivinin mühafizəsinə verilmədiyindən həmin şəhadətnamənin kimə məxsus olması barədə məlumat verilməsinin mümkün olmadığı göstərilmişdir. İşdə olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1951-ci ildə ünvan 1 ünvanda qeydiyyatdadır. İşdə olan AZ-T seriyalı, 207776 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1951-ci ildə Göygöl rayonunun Pirverdilər kəndində anadan olmuşdur atası X4 anası isə X1r. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsəlləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-13199/2024 saylı Göygöl Rayon Məhkəməsinə ünvanladığı məktubdan görünür ki, arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, Göygöl (keçmiç Xanlar) şəhər sakini X2 adına tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1127A saylı, KOD 50801004 nömrəli şəhadətnamənin ləğvinə dair məlumat aşkarlanmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə ərizəçinin izahatını və işdə olan sənədləri tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 07 fevral 2003-cü il tarixli, 01 saylı qərarı ilə Ərizəçi fərdi yaşayış evi təyinatlı 0.06 ha torpaq sahəsi ayrılmış və bununla bağlı JN-1127A, KOD 50801004 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Lakin soyadı və ata adı və cinsi səhv olaraq "X3" kimi qeyd edilmişdir. Ərizəçi maraqlı şəxs kimi qeyd etdiyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsəlləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edərək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsəlləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2- 13199/2024 saylı Göygöl Rayon Məhkəməsinə ünvanladığı məktubda, arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, Göygöl (keçmiç Xanlar) şəhər sakini X2 adına tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1127A saylı, KOD 50801004 nömrəli şəhadətnamənin qüvvədə olması bildirilmişdir. Lakin həmin təşkilatdan ona imtina edilmişdir ki, aparılan araşdırma zamanı, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1127A saylı şəhadətnamənin Ərazi İdarəsinin adlı siyahı məlumatlarında başqa şəxsə məxsus olduğu müəyyən edildiyindən ərizənin icrasının təmin edilməsi tərəflərindən mümkün olmamışdır. Sözügedən sənədin “Ərizəçi”na məxsus olması faktının müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Belə ki, sənədi vermiş DTXK Xanlar rayon şöbəsi artıq fəaliyyətini dayandırdığından ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 4cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. JN-1127A saylı, KOD 50801004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-83/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-83/2025
14.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver