Məhkəmə qərarları › İş №2(066)-830/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-830/2023

19.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-830/2023 19.07.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə Ərizəçi və Ərizəçi1 etibarnamə üzrə nümayəndəsı Ərizəçi2 iştirakı ilə Sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə Göygöl şəhərində 19 iyul 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : Ərizəçi1 və ayev Samir Sədr oğlu məhkəməyə ərizə ilə müraciət edərək Torpağın Mülkiyyətə Verilməsinə dair JN-432A, KOD 50812018 Şəhadətnamənin Ərizəçi1, Torpağın Mülkiyyətə Verilməsinə dair JN-433A, KOD 50812018 Şəhadətnamənin və Torpağa Mülkiyyət Hüququna dair JN-445, KOD 50812018 Dövlət Aktının Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Ərizəçi və Ərizəçi1 etibarnamə üzrə nümayəndəsı Ərizəçi2 məhkəmə iclasında ərizəni müdafiə edib göstərdi ki, Göygöl (Xanlar) rayon Aqrar İslahat Komissiyasının 12 iyul 1997-ci il tarixli 09 saylı qərarına əsasən nümayəndəsi olduğu qardaşı Ərizəçi1 mülkiyyətinə fərdi yaşyış evinin tikintisi üçün 0,08 ha torpaq sahəsi verilmişdir. Bu barədə JN-432A, KOD 50812018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qardaşı Seymurun ata adı Sədr əvəzinə səhvən Sədrəddin kimi yəni Ərizəçi1 kimi deyil Ərizəçi1əddin oğlu kimi yazılmışdır. Bundan başqa Göygöl (Xanlar) rayon Aqrar İslahat Komissiyasının 12 iyul 1997-ci il tarixli 09 saylı qərarına əsasən onun özünün mülkiyyətinə fərdi yaşyış evinin tikintisi üçün 0,08 ha və kənd təsərrüfatı nəhsullarının istehsalı məqsədi ilə 0,48 ha torpaq sahəsi verilmiədir. Bu barədə JN-432A, KOD 50812018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə və JN-445, KOD 50812018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında onun atasının adı Sədr əvəzinə səhvən Sədrəddin kimi yəni Ərizəçi2 kimi deyil Ərizəçi2əddin oğlu kimi yazılmışdır. Şəhadətnamələrdə və Dövlət Aktında yol verilmiş həmin səhvlərə görə torpağa dair rəsmiləşdirmə işləri apara bilmədiklərindən eləcə də mülkiyyət hüquqları pozulduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, Torpağın Mülkiyyətə Verilməsinə dair JN-432A, KOD 50812018 Şəhadətnamənin Ərizəçi1əddin oğlu yazılmış hissəsinin Ərizəçi1, Torpağın Mülkiyyətə Verilməsinə dair JN-433A, KOD 50812018 Şəhadətnamənin və Torpağa Mülkiyyət Hüququna dair JN-445, KOD 50812018 X5 Samir Sədrəddin oğlu yazılmış hissəsinin Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlanldırılmasına baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X1,X4 və X8, məhkəmə iclasında ifadə verərək Torpağın Mülkiyyətə Verilməsinə dair JN-432A, KOD 50812018 Şəhadətnamədə göstərilən Ərizəçi1əddin oğlu ilə Ərizəçi1u, Torpağın Mülkiyyətə Verilməsinə dair JN-433A, KOD 50812018 Şəhadətnamənin və Torpağa Mülkiyyət Hüququna dair JN-445, KOD 50812018 Dövlət Aktında göstərilən Ərizəçi2əddin oğlu ilə Ərizəçi2 eyni şəxs olması faktını təsdiq etdilər. İşdə olan Torpağın Mülkiyyətə Verilməsinə dair JN-432A, KOD 50812018 nömrəli Şəhadətnamədə Göygöl (Xanlar) rayon Aqrar İslahat Komissiyasının 12 iyul 1997-ci il tarixli 09 saylı qərarına əsasən Ərizəçi1əddin oğlunun mülkiyyətinə fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0,08 ha torpaq sahəsi verilməsi göstərilmişdir. İşdə olan Torpağın Mülkiyyətə Verilməsinə dair JN-433A, KOD 50812018 nömrəli Şəhadətnamədə Göygöl (Xanlar) rayon Aqrar İslahat Komissiyasının 12 iyul 1997-ci il tarixli 09 saylı qərarına əsasən Ərizəçi2əddin oğlunun mülkiyyətinə fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0,08 ha torpaq sahəsi verilməsi göstərilmişdir. İşdə olan Torpağa Mülkiyyət Hüququna dair JN-445, KOD 50812018 X9 (Xanlar) rayon Aqrar İslahat Komissiyasının 12 iyul 1997-ci il tarixli 09 saylı qərarına əsasən Ərizəçi2əddin oğlunun mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 0,48 ha ha torpaq sahəsi verilməsi göstərilmişdir. İşə əlavə edilmiş AZE seriyalı 0*******6 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1973-cü ildə anadan olmuşdur və Göygöl rayonunun Mollacəlilli kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1974-cü ildə anadan olmuşdur və Göygöl rayonunun Mollacəlilli kəndində qeydiyyatdadır. İşdə olan Göygöl rayon Mollacəlilli kənd İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 58,59 və 60 nömrəli arayışlarında Torpağın Mülkiyyətə Verilməsinə dair JN-432A, KOD 50812018 nömrəli Şəhadətnamədə Ərizəçi1, Torpağın Mülkiyyətə Verilməsinə dair JN-432A, KOD 50812018 nömrəli Şəhadətnamədə Ərizəçi2 və Torpağa Mülkiyyət Hüququna dair JN-445, KOD 50812018 Dövlət Aktında Ərizəçi2 ata adının səhvən Sədrəddin kimi yazıldığı göstərilmiədir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi Ərizəçi1 ünvanladığı xx.xx.2023-cü il tarixli 3-21-3-33/2- 3900/2023 sayl bildirişdə Torpağın Mülkiyyətə verilməsinə dair JN-432A, KOD 50812018 saylı Şəhadətnamədə hüquq sahibin adı Ərizəçi1əddin oğlu kimi qeyd olunduğu və Ərizəçi1əddin oğlu ilə Ərizəçi1 eyni şəxs olmasını təsdiq edən sənəd (məhkəmə qətnaməsi) təqdim olunmadığının müəyyən edildiyi göstərilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi Ərizəçi2 ünvanladığı xx.xx.2023-cü il tarixli 3-21-3-33/2- 3967/2023 sayl bildirişdə Torpağın Mülkiyyətə Verilməsinə dair JN-432A, KOD 50812018 nömrəli Şəhadətnamədə və Torpağa Mülkiyyət Hüququna dair JN-445, KOD 50812018 Dövlət Aktında hüquq sahibin adı Ərizəçi2əddin oğlu kimi qeyd olunduğu və Ərizəçi2əddin oğlu ilə Ərizəçi2 eyni şəxs olmasını təsdiq edən sənəd (məhkəmə qətnaməsi) təqdim olunmadığının müəyyən edildiyi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.5-ci maddələrinə əsasən məhkəmə sənədin şəxsə məxsus olması barədə hüquq faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual-Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Torpağın Mülkiyyətə Verilməsinə dair JN-432A, KOD 50812018 Şəhadətnamənin Ərizəçi1əddin oğlu yazılmış hissəsinin Ərizəçi1, Torpağın Mülkiyyətə Verilməsinə dair JN-433A, KOD 50812018 Şəhadətnamənin və Torpağa Mülkiyyət Hüququna dair JN-445, KOD 50812018 X5 Samir Sədrəddin oğlu yazılmış hissəsinin Ərizəçi2 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Torpağın Mülkiyyətə Verilməsinə dair JN-432A, KOD 50812018 Şəhadətnamənin Ərizəçi1əddin oğlu yazılmış hissəsinin Ərizəçi1, Torpağın Mülkiyyətə Verilməsinə dair JN- 433A, KOD 50812018 Şəhadətnamənin və Torpağa Mülkiyyət Hüququna dair JN-445, KOD 50812018 X5 Samir Sədrəddin oğlu yazılmış hissəsinin Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar