Məhkəmə qərarları › İş №2(066)-840/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-840/2023

11.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-840/2023 11.07.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə Ərizəçi iştirakı ilə Sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə Göygöl şəhərində 11 iyul 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək Torpağın Mülkiyyətə verilməsinə dair JN-126B KOD 50811018 saylı X1 yazılmış hissəsinin 26 oktyabr 2022-ci il tarixdə vəfat etmiş həyat yoldaşım X5 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Ərizəçi məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Torpağın Mülkiyyətə verilməsinə dair JN-126B KOD 50811018 saylı və Torpağın Mülkiyyətə verilməsinə dair JN-126A KOD 50811018 saylı şəhadətnamələrin X7 yazılmış hissəsinin 26 oktyabr 2022-ci il tarixdə vəfat etmiş həyat yoldaşı X5 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizəsini məqsədəuyğun hesab etdi. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edib göstərdi ki, Göygöl (Xanlar) rayon Aqrar İslahat Komissiyasının 12 aprel 1997-ci il tarixli 04 saylı qərarına əsasən mərhum həyat yoldaşı X5 Göygöl rayonunun Çaylı kəndi ərazisindən 0,42 ha və 0.23 ha fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş totpaq sahələri verilmişdir. Mərhum həyat yoldaşı X3 şəxsiyyətini təsdiq edən sənədlərində soyadı Məmmədov, adı Akir, atasının adı Məmmədhəsən olmasına baxmayaraq Torpağın Mülkiyyətə verilməsinə dair JN-126B KOD 50811018 saylı və Torpağın Mülkiyyətə verilməsinə dair JN-126A KOD 50811018 saylı şəhadətnamələrdə onun adı Akir əvəzinə səhvən Akif kimi yazılmışdır.Həyat yoldaşı X8 26 iktyabr 2022-ci il tarixdə vəfat etmişdir. Şəhadətnamədə yol verilmiş həmin səhvə görə vərəsəlik işlərini qaydasına sala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, Torpağın Mülkiyyətə verilməsinə dair JN-126B KOD 50811018 saylı və Torpağın Mülkiyyətə verilməsinə dair JN-126A KOD 50811018 saylı şəhadətnamələrin X7 yazılmış hissəsinin 26 oktyabr 2022-ci il tarixdə vəfat etmiş həyat yoldaşı X5 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlanldırılmasına baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X6 və X10 məhkəmə iclasında ifadə verərək Torpağın Mülkiyyətə verilməsinə dair JN-126B KOD 50811018 saylı və Torpağın Mülkiyyətə verilməsinə dair JN-126A KOD 50811018 saylı şəhadətnamələrdə mülkiyyətçinin adı kimi göstərilən X7 ilə 26 oktyabr 2022-ci il tarixdə vəfat etmiş X3 eyni şəxs olması faktını təsdiq etdilər. İşdə olan Torpağın Mülkiyyətə verilməsinə dair JN-126A KOD 50811018 saylı Şəhadətnamədə Göygöl (Xanlar) rayon Aqrar İslahat Komissiyasının 12 aprel 1997-ci il tarixli 04 saylı qərarına əsasən X4 mülkiyyətinə fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0,42 ha torpaq sahəsi verilməsi göstərilmişdir. İşdə olan Torpağın Mülkiyyətə verilməsinə dair JN-126B KOD 50811018 saylı Şəhadətnamədə Göygöl (Xanlar) rayon Aqrar İslahat Komissiyasının 12 aprel 1997-ci il tarixli 04 saylı qərarına əsasən X4 mülkiyyətinə fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0,23 ha torpaq sahəsi verilməsi göstərilmişdir. İşdə olan AZ-İİ seriyalı 261037 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə Ərizəçi nikahları 09 mart 2018-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 535 nömrə ilə qeydə alınmışdır. İşdə olan AZ-İİ seriyalı 212020 nömrəli ölüm şəhadətnaməsinin surətindən görünür ki, X8 26 oktyabr 2022-ci il tarixdə vəfat etmişdir. İşə əlavə edilmiş Göygöl İHB-nın Çaylı kənd İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 147 və 148 nömrəli arayışlarında mərhun X7 adına verılmış Torpağın Mülkiyyətə verilməsinə dair JN-126A KOD 50811018 saylı və Torpağın Mülkiyyətə verilməsinə dair JN-126B KOD 50811018 saylı Şəhadətnamələr üzrə mülkiyyətçinin düzgün adı X8 olduğu göstərilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi Ərizəçi ünvanladığı xx.xx.2023-cü il tarixli 3-21-3- 33/22726/2023 sayl bildirişdə Torpağın Mülkiyyətə verilməsinə dair JN-126B KOD 50811018 saylı Şəhadətnamədə hüquq sahibin adı X2 qeyd olunduğu və X7 ilə X3 eyni şəxs olmasını təsdiq edən sənəd (məhkəmə qətnaməsi) təqdim olunmadığının müəyyən edildiyi göstərilmişdir. İşə əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1957-ci ildə anadan olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.5-ci maddələrinə əsasən məhkəmə sənədin şəxsə məxsus olması barədə hüquq faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual-Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Torpağın Mülkiyyətə verilməsinə dair JN-126B KOD 50811018 saylı və Torpağın Mülkiyyətə verilməsinə dair JN-126A KOD 50811018 saylı şəhadətnamələrin X7 yazılmış hissəsinin 26 oktyabr 2022-ci il tarixdə vəfat etmiş X5 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Torpağın Mülkiyyətə verilməsinə dair JN-126B KOD 50811018 saylı və Torpağın Mülkiyyətə verilməsinə dair JN-126A KOD 50811018 saylı şəhadətnamələrin X7 yazılmış hissəsinin 26 oktyabr 2022-ci il tarixdə vəfat etmiş X5 məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar