Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-864/2024 09.09.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qənizadə İlham İbadət oğlunun katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi1 və Ərizəçi2 “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, “Torpağın mülkiyyət hüququna dair” JN-0032 (KOD:********) nömrəli X1, X5, Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi1 məhkəmə iclasında ərizəni müdafiə edərək göstərdi ki, o, xx xxx 1987-ci il tarixdə, qardaşı Ərizəçi2 08 iyul 1987-ci ildə Ermənistan SSR-nin Vardanes rayonu Zod kəndində anadan olmuşlar. Quliyev Qərib oğlu onun atası, X7 isə anasıdır. Onlar Göygöl rayonu Yeni Zod kəndində məskunlaşmışlar. Onların ailə üzvlərinin mülkiyyətinə Göygöl (keçmiş Xanlar) rayon Aqrar İslahat Komissiyasının 03 noyabr 1997-ci il tarixli, 16 saylı qərarı ilə, Göygöl rayonu Yeni Zod kəndi ərazisində 2,31 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə “Torpağın mülkiyyət hüququna dair” JN-0032 (KOD:********) nömrəli Dövlət Aktı da tərtib edilmişdir. X9 adı “Yalçın” əvəzinə “Elçin” kimi, qardaşı Ərizəçi2 soyadı “Quluyev” əvəzinə “Quliyev” kimi qeyd edilmişdir. Onların müraciəti əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşinmaz Əmlakin Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsi 03 saylı Gəncə Ərazi ldarəsinin xx.xx.2024-cü il tarixli,3-21-3-33/2-5136/2024 saylı məktubu ilə qeyd edilən uyğunsuzluğa görə onlara həmin torpaq sahəsinə müvafiq çıxarış verilməsindən imtina edilmişdir. Ona görə də qeyd edilən ərizə ilə məhkəməyə müraciət etmişlər. Göstərilənləri nəzərə alaraq məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçi2 da məhkəmə iclasında ərizəni müdafiə edərək əsasən Ərizəçi1 izahatına uyğun izahat verməklə onun göstərdiyi xususatları bir daha da təsdiq etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşinmaz Əmlakin Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsi 03 saylı Gəncə Ərazi ldarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətindən məlum olur ki, Quliyev Qərib oğlu 02 may 1959-cu ildə, X7 10 avqust 1960-cı ildə, Ərizəçi1 xx xxx 1987-ci ildə və Ərizəçi2 07 iyul 1983-cü ildə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Göygöl rayon İcra hakimiyyəti baçşçısının Göygöl rayonu Yeni Zod kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 10 iyun 2024-cü il tarixli arayışından məlum olur ki, “Torpağın mülkiyyət hüququna dair” JN-0032 (KOD:********) nömrəli Dövlət Aktı Ərizəçi1 adı səhv olaraq “Elçin” kimi və Ərizəçi2 soyadı isə səhv olaraq “Quliyev” kimi qeyd edilmişdir. Göygöl rayonu Yeni Zod kəndində X10 və X8 adında adam yaşamır. Mülki işə əlavə edilmiş “Torpağın mülkiyyət hüququna dair” JN-0032 (KOD:********) nömrəli Dövlət Aktından məlum olur ki, Quliyev Qərib oğlunun, X2, X6 və X3 mülkiyyətinə Göygöl (keçmiş Xanlar) rayon Aqrar İslahat Komissiyasının 03 noyabr 1997-ci il tarixli, 16 saylı qərarı ilə, Göygöl (keçmiş Xanlar) rayonu Yeni Zod kəndi ərazisində 2,31 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşinmaz Əmlakin Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsi 03 saylı Gəncə Ərazi ldarəsinin xx.xx.2024-cü il tarixli,3-21-3-33/2-5136/2024 saylı məktubundan məlum olur ki, “Torpağın mülkiyyət hüququna dair” JN-0032 (KOD:********) nömrəli Dövlət Aktında olan uyğunsuzıuğa görə Ərizəçi1 müraciətindən imtina edilmişdir. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, ərizəçilər məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə köçürmüşlər. Beləliklə, məhkəmə iclası zamanı müəyyən oldu ki, Göygöl (keçmiş Xanlar) rayon Aqrar İslahat Komissiyasının 03 noyabr 1997-ci il tarixli, 16 saylı qərarı ilə, Quliyev Qərib oğlunun, X2, Ərizəçi1 və Ərizəçi2 mülkiyyətinə Göygöl rayonu Yeni Zod kəndi ərazisində 2,31 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə “Torpağın mülkiyyət hüququna dair” JN-0032 (KOD:********) nömrəli Dövlət Aktı tərtib edilmişdir. X14 səhvə yol verilərək, Ərizəçi1 adı “Elçin” kimi, Ərizəçi2 soyadı isə “Quliyev” kimi qeyd edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müyəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Göygöl (keçmiş Xanlar) rayon Aqrar İslahat Komissiyasının 03 noyabr 1997-ci il tarixli, 16 saylı qərarı ilə, Quliyev Qərib oğlunun, X2, Ərizəçi1 və Ərizəçi2 mülkiyyətinə Göygöl rayonu Yeni Zod kəndi ərazisində 2,31 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilməsinə dair olan, “Torpağın mülkiyyət hüququna dair” JN-0032 (KOD:********) nömrəli X1, X5, Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №2(066)-864/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-864/2024
09.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver