Məhkəmə qərarları › İş №2(066)-892/2024

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-892/2024

21.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-892/2024 21.06.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlu iddiaçılar İddiaçı1 Mədəd qızının və qeyrilərinin Cavabdeh1 Mədədt qızına və qeüyrilərinə qarşı “vərəsəlik şəhadətnaməsinin, çıxarışın etibarsız hesab edilməsi və mitas edilməsinə” dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı1 Mədəd qızının və qeyrilərinin Cavabdeh1 Mədədt qızına və qeüyrilərinə qarşı “vərəsəlik şəhadətnaməsinin, çıxarışın etibarsız hesab edilməsi və mitas edilməsinə”dair ərizə ilə məhkəməyə müraciət etməklə, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsinə “Doğum haqqında şəhadətnamələrin”, 1 saylı Gəncə regional “ASAN xitməti” mərkəzinin arayışlarının əsllərini və ya lazımı qaydada təsdiqlənmiş surətlərini deyil kserosurətlərini əlavə etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmuna riayət edilmədən tərtib edildiyindən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsində göstərilir ki, iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 149.2.5-ci maddəsinə görə iddia ərizəsində ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Həmin Məcəllənin (MPM) 89.1-ci maddəsinə görə yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsində qeyd edilir ki, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Göründüyü kimi, qanun iddia ərizəsinin məzmununda “sənədlərin” siyahısının göstərilməsini nəzərdə tutur. Hazırkı iddia ərizəsinə sənədlərin kserosurətləri əlavə edilmiş, lakin sənədlər siyahısında həmin kserosurətlər sənədin surəti kimi göstərilmişdir. Məhkəmə qeyd edir ki, “sənədin surəti” deyiləndə sənədin əsli ilə düzgünlüyü təsdiq olunmuş əksi başa düşülür. Əgər sənədin əksinin sənədin əsli ilə düzgünlüyü təsdiq olunmursa o, sənədin surəti hesab olunmur. İddia ərizəsinə əlavə olunan kserosurətlərin əsli ilə düzgünlüyü təsdiq olunmadığından onlar adı çəkilmiş sənədlərin surəti hesab olunmur. Nəzərə alınmalıdır ki, sənədlər siyahısı iddia ərizəsinin məzmununa dair qanunun müəyyən etdiyi tələblərdən biridir. Odur ki, əgər iddia ərizəsinə hər hansı sənədin əsli və ya əsli ilə düzgünlüyü lazımi qaydada təsdiq olunmuş surəti əlavə olunmursa, buna baxmayaraq sənədlər siyahısında həmin sənədin və ya onun surətinin guya iddia ərizəsinə əlavə edildiyi göstərilirsə, bu artıq iddia ərizəsinin məzmununa dair qanunun tələbinin pozulmasıdır. Çünki, qanunun tələbinə görə sənədlər siyahısında yalnız o sənədlər göstərilə bilər ki, həmin sənədlər (və ya onların surəti) iddia ərizəsinə əlavə olunur. Beləliklə, iddiaçı iddia ərizəsinin məzmununu müəyyən edən MPM-in 149-cu maddəsinin sənədlər siyahısı ilə bağlı tələbinə əməl etməmişdir. Azərbaycan Respublikası MPM-in 152.1 və 152.1.1-ci maddələrinin tələblərinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ərizəçilərə izah edilməlidir ki, o, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152.1, 152.1.1, 268- 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı1 Mədəd qızının və qeyrilərinin Cavabdeh1 Mədədt qızına və qeüyrilərinə qarşı “vərəsəlik şəhadətnaməsinin, çıxarışın etibarsız hesab edilməsi və mitas edilməsinə” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara izah edilsin ki, o, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar