Məhkəmə qərarları › İş №2(066)-914/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-914/2023

29.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-914/2023 29.09.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakı ilə Ərizəçi sənədin şəxsə məxsus olması faktının təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Xanlar (hazırkı Göygöl rayonu) rayonu , Aqrar İslahat Komissiyasının 07 fevral 2003-cü il tarixli, 01 saylı qərarı ilə mülkiyyətinə verilən 0,06 hektar həyatyanı torpaq sahəsinə dair onun adına verilən JN-719A KOD- 50801004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ona məxsus olması barədə, yəni sənədin şəxsə məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxsin nümayəndəsinin məhkəmə baxışı iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında işitrak edən Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili X3 izahatında ərizəni müdafiə etdiyini, Aqrar İslahat Komissiyasının 07 fevral 2003-cü il tarixli, 01 saylı qərarına əsasən onun adına JN-719 A KOD 50801004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0.06 hektar fərdi yaşayış evi, həyatyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı üçün torpaq sahəsi verilmişdir. Lakin şəhadətnamədə onun adı, Ərizəçi kimi deyil texniki səhv olaraq Ərizəçi oğlu kimi səhv yazılmışdır. Əslində onun adı doğum haqqında şəhadətnamədə Ərizəçidur. Texniki səhv olaraq ata adı göstərilməmişdir. Qeyd olunan hüquqverici sənəddə olan səhvlik ona maneə yaratdığından ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində işitrak etmiş X2 izahatında ərizəçinin oğlu olduğunu, qeyd olunan aktda səhv yazıldığını, əslində isə atasının adı Ərizəçi olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində işitrak etmiş X4 izahatında Ərizəçi ilə dost olduğunu və onun adı Əşrəf soyadı Musayev ata adı Musa olduğunu təsdiqlədi. Məhkəmə ərizəçinin nümayəndəsinin və şahidlərin izahatlarını və çıxışlarını dinləyib, iş materiallarını tədqiq edərək, belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-719A KOD 50801004 saylı «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin surətindən görünür ki, Ərizəçi kimi qeyd olunmalı olduğu halda Ərizəçi kimi qeyd olunub. İş materyallarında olan şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki Ərizəçi xx.xx.1950-ci ildə Ermənistan Respublikası Vardenis rayonunda anadan olmuş Göygöl şəhəri A.Ələsgər küçəsi ev 52-də qeydiyatdadı və soyadı Musayev, adı Əşrəf , ata adı Musa oğlu kimi qeyd olunub. İş materyallarında olan ƏMDK yanında DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-M-0147-8/2023 nömrəli məktubundan görünür ki , Torpağın mülkiyyətə verilməsinə dair JN-719A saylı şəhadətnamədə ata adının qeyd edilmədiyi , belə ki, Ərizəçi ilə şəhadətnamədə qeyd olunmuş Ərizəçi eyni şəxs olmasını təsdiq edən sənədin (məhkəmə qətnaməsi) təqdim edilmədiyi müəyyən edilmiş.Bu səbəbdən müraciətin icrası mümkün olmamışdır. Göründüyü kimi JN-719A KOD 50801004 saylı «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin surətindən görünür ki, Ərizəçi kimi qeyd olunmalı olduğu halda Ərizəçi kimi qeyd edilmişdir. Azərbaycan Respublikasının Konstitutsiyasının 26-cı maddəsinin İ bəndinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qeyd olunan Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Keçmiş Xanlar rayonu Aqrar İslahat Komissiyasının 07 fevral 2003-cü il tarixli, 01 saylı qərarı ilə Ərizəçi mülkiyyətinə verilən 0,06 hektar həyatyanı torpaq sahəsinə dair verilən JN-719A KOD- 50801004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə dövlət rüsumu kimi iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində pul ərizəçiyə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Keçmiş Xanlar rayonu Aqrar İslahat Komissiyasının 07 fevral 2003-cü il tarixli, 01 saylı qərarı ilə Ərizəçi mülkiyyətinə verilən 0,06 hektar həyatyanı torpaq sahəsinə dair verilən JN-719A KOD 50801004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçiyə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Qalamdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500; Göygöl şəhəri, S.Vurğun küçəsi, 45A; Tel: (02220) 5-23-84; Faks: (02220) 5-50-65 İş № 2(066)-914/2023 29 sentyabr 2023-cü il Ərizəçi Göygöl şəhəri A.Ələsgərov küçəsi ev 52 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə Gəncə şəhəri, F.Əliyev küçəsi 03 Göygöl Rayon Məhkəməsinin 2(066)-914/2023 nömrəli, 29 sentyabr 2023-ci il tarixli qətnaməsinin surəti məlumat üçün Sizə göndərilir. Qoşma : qətnamənin surəti " 03 " vərəq. Göygöl Rayon Məhkəməsinin hakimi: Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar