Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-939/2025 14.08.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X2 iclas katibliyi, iddiaçılar Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X3 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və X3 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair xüsusi icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları:
1. Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və X7 Azərbaycan Respublikasının ƏMDX-nin DƏDK-ı və Reyestri Publik Hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edərək mövcud torpaq sahəsini Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və müvafiq çıxarış verilməsini xahiş etmişlər, lakin dövlət aktında adlarında uyğunsuzluq olması səbəbindən müvafiq orqan bundan imtina edilib.
Məhkəmədə icraat:
2. Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və X7 “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair mülki iş üzrə məhkəməyə müraciət edərək “Torpağın mülkiyyət hüququna dair” JN-289 kod 50811018 saylı dövlət aktının onlara məxsus olmasına dair qətnamə qəbul edilməsini xahiş edir.
3. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 14 aprel 1995-ci il tarixli 313 saylı Fərmanı ilə Azarbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası haqqında Əsasnamə, öz növbəsində isə Azarbaycan Respublikası Dövlət X6 25 mart 1995-ci il tarixli 10/AA-02 saylı qərarları ilə rayon və yerli aqrar islahat komissiyaları haqqında Əsasnamələr təsdiq etmişdir. Göstərilən formanın va “Torpaq islahatı haqqında” qanunun 9-cu maddəsinə əsasan, həmçinin Xanlar rayon Aqrar İslahat Komissiyasının 12 aprel 1997-ci il tarixli 04 saylı qərarı ilə Göygöl rayonunun Çaylı kəndində kənd təsərrüfatı məsullarının istehsalı üçün ailə üzvlərinə 1,67 ha torpaq sahəsi, əvəzsiz olaraq mülkiyyətlərinə verilmiş və Azərbaycan Respublikası “Torpağın mülkiyyət hüququna dair” JN-289, kod 50811018 saylı dövlət aktı işlənilmişdir. Göstərilən torpağın mülkiyyət hüququna dair Dövlət Aktı işlənilərkən texniki səhv olaraq mülkiyyətçinin adı, soyadı və ailə üzvülərini göstərən qrafada Ərizəçi4 olduğu halda X8, Ərizəçi5 olduğu halda Məmmədov Cehun oğlu kimi göstərilmişdir. Təqdim olunan seriya AA ******* saylı X1 Elnar Müşviq oğlu və AA 03510336 saylı X1 Ceyhun Müşviq oğlu olması təsdiq olunur. Azarbaycan Respublikasının ƏMDX-nin DƏDK-ı və Reyestri Publik Hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edərək mövcud torpaq sahəsini hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsini xahiş ediblər. Dövlət aktında adlarında uyğunsuzluq olması səbəbindən imtina edilib. Bu səbəbdən dövlət aktında olan uyğunsuzluğun aradan götürülməsi, mövcud dövlət aktının ərizəçiyə məxsus olması məhkəmə qaydasında müəyyən olunmalıdır. Buna görə də, Azərbaycan Respublikası “Torpağın mülkiyyət hüququna dair” JN-289 kod 50811818 saylı dövlət aktının ərizəçilərə məxsus olmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir.
4. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, torpaq sahəsi onun və ailəsinin mülkiyyətindədir.
5. Digər ərizəçilər hər biri ayrı-ayrılıqda ərizəni müdafiə etdiklərini bildirdilər. 6.Ərizəçi4 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsəlləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin və ərizəçinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq: 7.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 4cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi və gəldiyi nəticə:
8. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.
9. JN-289, KOD 50811018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 4 iyul 1997-ci il tarixli, 04 saylı qərarı ilə Ərizəçi1, Ərizəçi2, Məmmədova (Paşayeva) Gülnar Müşviq qızı, Ərizəçi4 (Elnur) Müşviq oğlu və Ərizəçi5 (Cehun) Müşviq oğlunun mülkiyyətinə 1.67 ha torpaq sahəsi verilmişdir.
10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə məktubundan görünür ki, ərizəyə əlavə edilmiş sənədlərdə hüquq sahibinin adında uyğunsuzluğun olduğu, belə ki, Ərizəçi4 ilə “X4” eyni şəxs olmasını təsdiq edən sənədin (qanuni qüvəyyə minmiş məhkəmə qərarı) təqdim edilmədiyi səbəbdən ərizənin icrası mümkün olmamışdır.
11. Göygöl rayon İcra Hakimiyyəti başçısının Çaylı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Ərizəçi1 verilmiş torpağa mülkiyyət hüququna dair JN 289, kod-5011018 nömrəli dövlət aktında olan şəxslərinn düzgün adı, soyadı, atasının adı aşağıdakı kimidir: Ərizəçi4 Ş.vəs. AA3702871; Ərizəçi5 Ş.vəs. AA*******
12. Belə ki, iş materiallarına əlavə edilmiş AA******* seriyalı, şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi4 adı ərizədə qeyd etdiyi kimidir.
13. AA******* seriyalı, şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi5 adı ərizədə qeyd olunduğu kimidir.
14. Odur ki, ərizə əsas hesab edilir.
15. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307, 216-220, 227, 233, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və X3 ərizəsi təmin edilsin. “Torpağın Mülkiyyət Hüququna dair” JN-289 kod 50811018 saylı dövlət aktının “X8” hissədə xx.xx.1992-ci il tarixdə doğulmuş Ərizəçi4 Müşfiq oğlu və “X9” hissədə xx.xx.1993-cü il tarixdə doğulmuş X5 məxsus olması faktı təsdiq olunsun. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Leyla Hüseynzadə