Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-972/2023 25.07.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə Ərizəçi iştirakı ilə Sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə Göygöl şəhərində 25 iyul 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək Torpağa Mülkiyyət Hüququna dair JN- 262, KOD-50811018 nömrəli Dövlət X3 yazılmış hissəsinin X10, X18 yazılmış hissəsinin Ərizəçi, Torpağın Mülkiyyətə Verilməsinə dair JN-031A, KOD 50811018 nömrəli X1 yazılmış hissəsinin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edib göstərdi ki, Göygöl (Xanlar) rayon Aqrar İslahat Komissiyasının 12 aprel 1997-ci il tarixli 04 saylı qərarına əsasən onun və digər ailə üzvüləri olan babası X8 və nənəsi X20 mülkiyyətinə fərdi yaşyış evinin tikintisi üçün nəzərdə tutulmuş 0,12 ha və kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş 1.17 ha torpaq sahəsi verilmişdir. Bu barədə Torpağa Mülkiyyət Hüququna dair JN-262, KOD-50811018 nömrəli Dövlət Aktında babası X2 Mahmudov əvəzinə səhvən Məmmədov kimi onun yəni Ərizəçi soyadı Mahmudov əvəzinə səhvən Mehdiyev kimi eləcədə Torpağın Mülkiyyətə Verilməsinə dair JN-031A, KOD 50811018 nömrəli Şəhadətnamədə isə onun soyadı Mahmudov əvəzinə səhvən Mehtiyev kimi yazılmışdır. Mülkiyyətçilərdən babası X17 xx.xx.2004-cü il tarixdə, nənəsi X26 isə xx.xx.2010-cu il tarixdə vəfat etmişlər.Şəhadətnamədə və Dövlət Aktında yol verilmiş həmin səhvlərə görə torpağa dair rəsmiləşdirmə işləri apara bilmədiyindən və eləcə də mülkiyyət hüququ pozulduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, Torpağa Mülkiyyət Hüququna dair JN-262, KOD-50811018 nömrəli Dövlət X4 yazılmış hissəsinin mərhum babası X10, X18 yazılmış hissəsinin ona yəni Ərizəçi, Torpağın Mülkiyyətə Verilməsinə dair JN-031A, KOD 50811018 nömrəli X1 yazılmış hissəsinin ona yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlanldırılmasına baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X6 və X21, məhkəmə iclasında ifadə verərək Torpağa Mülkiyyət Hüququna dair JN- 262, KOD-50811018 nömrəli Dövlət Aktında göstərilən X16 ilə mərhum X8, X18 ilə Ərizəçi və Torpağın Mülkiyyətə Verilməsinə dair JN-031A, KOD 50811018 nömrəli Şəhadətnamədə göstərilən X19 ilə Ərizəçi eyni şəxs olması faktını təsdiq etdilər. İşdə olan Torpağın Mülkiyyətə Verilməsinə dair JN-031A, KOD 50811018 nömrəli Şəhadətnamədə Göygöl (Xanlar) rayon Aqrar İslahat Komissiyasının 12 aprel 1997-ci il tarixli 04 saylı qərarına əsasən X8, X20 və X12 mülkiyyətinə fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0,12 ha torpaq sahəsi verilməsi göstərilmişdir. İşdə olan Torpağa Mülkiyyət Hüququna dair JN-262, KOD-50811018 nömrəli X34 (Xanlar) rayon Aqrar İslahat Komissiyasının 12 aprel 1997-ci il tarixli 04 saylı qərarına əsasən X9, X20 və X13 mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 1.17 ha ha torpaq sahəsi verilməsi göstərilmişdir. İşdə olan XİV-JQ seriyalı 467136 nömrəli doğum şəhadətnaməsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1990-cı ildə Xanlar rayonunun Çaylı kəndində anadan olmuşdur. X5 anası isə X11r. İşə əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1990-cı ildə Xanlar rayonunun Çaylı kəndində anadan olmuşdur və Göygöl rayonunun Çaylı kəndində qeydiyyatdadır. İçdə olan AZ-İ 021897 və AZ-İ 430546 nömrəli ölüm şəhadətnamələrinin surətindən görünür ki, X17 xx.xx.2004-cü il tarixdə və X26 xx.xx.2010-cu il tarixdə vəfat etmişlər. İşdə olan Göygöl rayon İHB-nın Çaylı kənd İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2023cü il tarixli 5-47-20/3-2-111/2023 nömrəli arayışında Torpağa Mülkiyyət Hüququna dair JN- 262, KOD 50811018 nömrəli Dövlət Aktında olan şəxslərin düzgün adlarının X17 və Ərizəçi olduğu göstərilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin Ərizəçi ünvanladığı xx.xx.2022-ci il tarixli **********18 nömrəli və xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-4314/2023 sayl bildirişlərində Torpağın Mülkiyyətə verilməsinə dair JN-031A, KOD 50811018 nömrəli Şəhadətnamədə və Torpağa Mülkiyyət Hüququna dair JN-262, KOD 50811018 nömrəli Dövlət Aktında hüquq sahiblərinin adlarında uyğunsuzluq olduğu və həmin səhvlərin düzəldilməsini təsdiq edən sənəd (məhkəmə qətnaməsi) təqdim olunmadığından ərizənin icrasının mümkün olmadığı göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.5-ci maddələrinə əsasən məhkəmə sənədin şəxsə məxsus olması barədə hüquq faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual-Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Torpağa Mülkiyyət Hüququna dair JN-262, KOD- 50811018 nömrəli Dövlət X4 yazılmış hissəsinin X10, X18 yazılmış hissəsinin Ərizəçi, Torpağın Mülkiyyətə Verilməsinə dair JN-031A, KOD 50811018 nömrəli X1 yazılmış hissəsinin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Torpağa Mülkiyyət Hüququna dair JN-262, KOD-50811018 nömrəli Dövlət X4 yazılmış hissəsinin mərhum X10, X18 yazılmış hissəsinin Ərizəçi, Torpağın Mülkiyyətə Verilməsinə dair JN-031A, KOD 50811018 nömrəli X1 yazılmış hissəsinin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-972/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-972/2023
25.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver