Məhkəmə qərarları › İş №2(066)-986/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-986/2023

31.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-986/2023 31.07.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə Ərizəçi iştirakı ilə Ərizəçi Torpağın Mülkiyyətə verilməsinə dair JN-2453A KOD 50801004 saylı, hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə Göygöl şəhərində 31 iyul 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək Torpağın Mülkiyyətə verilməsinə dair JN-2453A KOD 50801004 saylı Şəhadətnamənin mərhum X3na məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edib göstərdi ki, ünvan 1 ünvanda yerləşən 0.06 ha torpaq sahəsi Göygöl (Xanlar) rayon Aqrar İslahat Komissiyasının 07 fevral 2003-cü il tarixli 01 saylı qərarına əsasən X3nun mülkiyyətinə verilmişdir. Bu barədə Torpağın Mülkiyyətə verilməsinə dair JN-2453A KOD 50801004 saylı Şəhadətnamə var. Atasının şəxsiyyətini təsdiq edən sənədlərində soyadı Rzayev, adı Yadyar, atasının adı Bilal olmasına baxmayaraq həmin şəhadətnamədə adı sahvən Yadigar kimi yazılmışdır. X3 10 mart 2018-ci il tarixdə vəfat etmişdir. Şəhadətnamədə atasının adı düzgün yazılmadığına görə vərəsəlik işlərini qaydasına sala bilmir. Bu səbəbdəndə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, Torpağın Mülkiyyətə verilməsinə dair JN-2453A KOD 50801004 saylı Şəhadətnamənin mərhum X3na məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlanldırılmasına baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X13 Bilal qizi məhkəmə iclasında ifadə verərək göstərdi ki, 10 mart 2018-ci il tarixdə vəfat etmiş X11 onun doğma qardşıdır. Torpağın Mülkiyyətə verilməsinə dair JN-2453A KOD 50801004 saylı Şəhadətnamədə onun adı Yadyar əvəzinə səhvən Yadigar kimi yazılmışdır. X4 məhkəmə iclasında ifadə verərək JN-2453A KOD 50801004 saylı Şəhadətnamədə göstərilən X10 ilə mərhum X7 eyni şəxs olması faktını təsdiq etdi. İşdə olan Torpağın Mülkiyyətə verilməsinə dair JN-2453A KOD 50801004 nömrəli Şəhadətnamədə Göygöl (Xanlar) rayon Aqrar İslahat Komissiyasının 07 fevral 2003-cü il tarixli 01 saylı qərarına əsasən X5 mülkiyyətinə fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0,06 ha torpaq sahəsi verilməsi göstərilmişdir. İşdə olan AZ-İ seriyalı 909113 nömrəli ölüm şəhadətnaməsinin surətindən görünür ki, X11 10 mart 2018-ci il tarixdə vəfat etmişdir. İşdə olan Göygöl MKTİB-nin xx.xx.2023-cü il tarixli 1387 nömrəli arayışında Torpağın Mülkiyyətə verilməsinə dair JN-2453A KOD 50801004 nömrəli X1 adının səhvən Yadigar kimi yazıldığı düzgün yazılışın X11 olduğu göstərilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi Ərizəçi ünvanladığı xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-R- 00xx-xx/2023 sayl bildirişdə Torpağın Mülkiyyətə verilməsinə dair JN-2453A KOD 50801004 saylı Şəhadətnamədə hüquq sahibin adı X2 qeyd olunduğu və X10 ilə X7 eyni şəxs olmasını təsdiq edən sənəd (məhkəmə qətnaməsi) təqdim olunmadığının müəyyən edildiyi göstərilmişdir. İşə əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1979-cu ci ildə anadan olmuşdur. İşdə olan Vİ-JQ seriyalı 319456 nömrəli doğum şəhadətnaməsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1979-cu ildə Xanlar şəhərində anadan olmuş, atası X10, anası isə X8r. İşdə olan M/V 114587 nömrəli xx.xx.2023-cü il tarixli vəsiqənin surətindən görünür ki, Ərizəçi müharibə veteranıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.5-ci maddələrinə əsasən məhkəmə sənədin şəxsə məxsus olması barədə hüquq faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual-Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Torpağın Mülkiyyətə verilməsinə dair JN-2453A KOD 50801004 saylı Şəhadətnamənin Ərizəçi mərhum X3na məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Torpağın Mülkiyyətə verilməsinə dair JN-2453A KOD 50801004 saylı Şəhadətnamənin mərhum X9 məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar