Məhkəmə qərarları › İş №2(067)-1004/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1004/2020

06.08.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1004/2020 06.08.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının, Ərizəçi, Maraqlı şəxs Xaçmaz rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Mövlanov Akif Mövlüd oğlunun iştirakları ilə Ərizəçi «Şəxsin fəliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx xxxxxx 1984-cü il tarixdə anadan olmuş oğlu X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, xx xxxxxx 1984-cü ildə Xabmaz rayonunun Ləcət kəndində anadan olmuş X7 onun doğma oğludur. Oğlu X7 onunla birlikdə Xabmaz rayonunun Ləcət kəndində yaşamaqla 1ci dərəcəli əlildir. O, anadangəlmə əlil olmuş, xəstəliyinə görə oğluna müddətsiz əlillik dərəcəsi təyin edilmişdir. Psixi qüsurlarına görə oğlu öz hərəkətlərinin mənasını dərk etmir, özü-özünü idarə edə bilmir və kənar qulluğa ehtiyacı vardır. Oğlu onun tərəfindən idarə edilir, o, oğlunun bütün ehtiyaclarını ödəyir və oğlu müstəqil yaşaya bilmir. Ona görə də oğlu übün qəyyum təyin edilməkdən ötrü Xabmaz rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəbilik Komissiyasına müraciət etmişdir. Oradan ona izah etmişlər ki, oğlu psixi qüsurlarına görə məhkəmə qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edildikdən sonra o, oğlunun qəyyumu təyin edilə bilər. Ona görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, ərizəsinin təmin edilməsini, oğlu X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilən maraqlı şəxs Xaçmaz rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının səlahiyyətli nümayəndəsi Mövlanov Akif Mövlüd oğlu tələbi qəbul edərək ərizənin təmin edilməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Xaçmaz rayonunun Ləcət kəndində qeydiyyatdadır. İş materiallarında olan xx xxxxxx 1984-cü il tarixli, X-JQseriyalı, 382814 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx xxxxxx 1984-cü ildə Xaçmaz rayonunda anadan olmuş, onun valideynləri X5 və Ərizəçidır. İş materiallarında olan AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsininin məlumatlarından görünür ki, ərizəçinin oğlu X1 rayonunun Ləcət kəndində qeydiyyatdadır. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Ləcət kənd X6 üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 138 saylı arayışdan görünür ki, X1 rayonunun Ləcət kəndində anası Ərizəçi himayəsində yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının 297354 nömrəli arayışından görünür ki, X4 uşaqlıqdan müddətsiz birinci qrup əlilliyi müəyyən edilib. Kənar qulluğa ehtiyacı vardır. Mülki iş üzrə Azərbaycan Respublikası MPM-nin 319-cu maddəsinin tələbinə müvafiq olaraq məhkəmənin xx xxx 2020-ci il tarixli qərardadına əsasən X4 psixi vəziyyətinin müəyyən edilməsi üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, ekspertizanın aparılması üçün mülki iş və X7 ekspertin sərəncamına göndərilmişdir. Qeyd olunan ekspertiza ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ekspertlərinin verdiyi xx xxxx 2020-ci il tarixli, 1739 saylı rəydən görünür ki, ekspert komissiyasının gəldiyi nəticəyə görə X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də, X7 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən də hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından görünür ki, ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinin müəyyən olunmasını təsdiq edən sənədləri başqa qaydada ala bilməyib. Bu isə Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2.-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumlarının (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3.-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə içlasında tədqiq olunmuş subutlarla əsaslandırır. Bütün yuxarda şərh edilib göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X4 fəaliyyət qabiliyyəti olmayan şəxs olması tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından onun məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qanuna və məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307, 308, 317, 320, 321, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxxxx 1984-cü il tarixdə anadan olan X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Bu qətnamə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilən X7 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar