Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1017/2020 31.08.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X11, ərizəçilər Ərizəçi və X6 iştirakları ilə, ərizəçilər Ərizəçi və X1 şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi və X12 ərizə ilə məhkəməyə müraciət edərək, JN 0046 saylı, 30217028 kodlu dövlət aktının ərizəçilər Ərizəçi və X8 və ailə üzvləri olmuş mərhum ataları X4 məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçilər Ərizəçi və X12 ərizələrni onunla əsaslandırmışlar ki, Xaçmaz rayon X7 xx.xx.1998-ci il tarixli 12 saylı qərarı ilə ona və ailə üzvlərinə yaşadıqları Xaçmaz rayonunun Ağtala kəndindən 1,50 ha torpaq sahəsi və JN 0046 seriyalı 30217028 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. xx.xx.2009-cu ildə vəfat etmiş atalarından vərəsəlik yolu ilə miras qalmış əmlakı adlarına keçirmək üçün sənədlərini DƏDRX-nin 5 saylı X16 təqdim edərkən məlum olmuşdur ki, JN 0046 seriyalı 30217028 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında soyadım Ərizəçi soyadı “İlyasova” əvəzinə səhvən “İlyasov” kimi, adı “Sənəm” əvəzinə səhvən “Sənan” kimi, ata adı isə “Ələkbər qızı” əvəzinə səhvən “Ələkbər oğlu” kimi göstərilib. Həmçinin, X6 adı səhvən “Əfan”, mərhum ataları X3 ata adı səhvən “Əlməmməd” kimi qeyd olunub. Dövlət Aktında olan uyğunsuzluğa görə DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciətləri zamanı onlara yanlışlığın DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən aradan qaldırılmasının mümkün olmaması barədə imtina məktubu verilmişdir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, torpaq sahəsi ötən müddət ərzində istifadələrində olduğuna görə və torpaq sahəsi ilə bağlı hər hansı bir notarial əməliyyat keçirilməsi zərurəti olmadığına görə, torpağa mülkiyyət hüququna dair Dövlət Aktındakı yanlışlığa fikir verməmişlər. Pay torpaq sahəsindən hazırda da istifadə edirlər, şahidlər ərizədə göstərdikləri halları təsdiq edə bilərlər. Ərizələrinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X12 ərizəsini müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, torpaq sahəsi ötən müddət ərzində istifadələrində olduğuna görə və torpaq sahəsi ilə bağlı hər hansı bir notarial əməliyyat keçirilməsi zərurəti olmadığına görə, torpağa mülkiyyət hüququna dair Dövlət Aktındakı yanlışlığa fikir verməmişlər. Pay torpaq sahəsindən hazırda da istifadə edirlər, şahidlər ərizədə göstərdikləri halları təsdiq edə bilərlər. Ərizələrinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs DƏDRX-nin 5 saylı X16 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X2 izahatında göstərmişdir ki, ərizəçilərin qonşusu olduğunu, Xaçmaz rayon X7 xx.xx.1998-ci il tarixli 12 saylı qərarı ilə ərizəçilərə və onların ailə üzvlərinə yaşadıqları Xaçmaz rayonunun Ağtala kəndindən 1,50 ha torpaq sahəsi və JN 0046 seriyalı 30217028 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verildiyini göstərmişdir. xx.xx.2009-cu ildə ərizəçilərin atası X9 vəfat edib. JN 0046 seriyalı 30217028 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında Ərizəçi soyadı “İlyasova” əvəzinə səhvən “İlyasov” kimi, adı “Sənəm” əvəzinə səhvən “Sənan” kimi, ata adı isə “Ələkbər qızı” əvəzinə səhvən “Ələkbər oğlu” kimi göstərilib, həmçinin X6 adı səhvən “Əfan” kimi, mərhum X3 ata adı səhvən “Əlməmməd” kimi qeyd olunub. Pay torpaq sahəsi ərizəçilərə və onların ailə üzvlərinə verilən vaxtdan bəri onlar torpaqdan istifadə edirlər. JN 0046 seriyalı 30217028 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ərizəçilərə və onların ailə üzvlərinə məxsusdur. Məhkəmə iclasında şahid qismində ifadə verən X13 şahid X2 ilə eyni məzmunlu ifadə verərək, JN 0046 seriyalı 30217028 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ərizəçilərə və onların ailə üzvlərinə məxsus olduğunu təsdiq etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AA seriyalı ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1984-cü ildə nadan olmuşdur. İş materiallarında olan AA seriyalı ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X12 xx.xx.1982-ci ildə Xaçmaz şəhərində anadan olmuşdur. İş materiallarında olan AZ-İ 403579 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, ərizəçilərin atası X9 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan JN 0046 seriyalı 30217028 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən müəyyən olunur ki, Xaçmaz rayon X5 xx.xx.1998-ci il tarixli 12 saylı qərarı ilə ərizəçilərə və ailə üzvlərinə yaşadıqları Xaçmaz rayonunun Ağtala kəndindən 1,50 ha torpaq sahəsi və JN 0046 seriyalı 30217028 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. DƏDRX-nin 5 saylı X15 xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, ərizəçilər JN 0046 seriyalı 30217028 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında uyğunsuzluğun aradan qaldırılması üçün müraciət etmişlər, onlara uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlər etməyin idarənin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, JN 0046 saylı, 30217028 kodlu dövlət aktının ərizəçilər Ərizəçi və X8 və ailə üzvləri olmuş mərhum ataları X4 məxsus olması faktı müəyyən olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. JN 0046 saylı, 30217028 kodlu dövlət aktının ərizəçilər Ərizəçi və X8 və ailə üzvləri olmuş mərhum ataları X4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-1017/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1017/2020
31.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver