Məhkəmə qərarları › İş №2(067)-1018/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1018/2021

14.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1018/2021 14.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə xx xxxxx 2021-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək torpağa mülkiyyət hüququna dair JN 713 saylı 30217018 kodlu dövlət aktının ona- Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli 12 saylı qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə 0,69 ha torpaq sahəsi verilmişdir. Ayrılmış torpaq sahəsinə dair dövlət aktı verilmişdir. Hazırda mülkiyyətlərinə verilmiş pay torpaq sahəsinə dair yeni mülkiyyət sənədi almaq qərarına gəlmişlər. Lakin dövlət aktında ata adı Baba olduğu halda səhvən Səfər kimi yazıldığından sənədlərdə uyğunsuzluba səbəb olmuşdur. Bu səbəbdən torpaq sahəsinə dair yeni mülkiyyət sənədi ala bilmir. Məhkəmə iclasında ərizəçi ərizəsinə dəqiqləşmə edərək torpağa mülkiyyət hüququna dair JN 713 saylı 30217018 kodlu dövlət aktının X5, X6, X4 ilə yanaşı ona da məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Maraqlı tərəf Xaçmaz rayon DƏDRX-nin 5 saylı ərazi idarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN 713 saylı 30217018 kodlu dövlət aktının surətindən müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli 12 nömrəli qərarına əsasən Ərizəçi, X2, X3, X1 mülkiyyətlərinə 1,43 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında AZE seriyalı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1962-ci ildə anadan olmuşdur. İş materiallarında olan DƏDRX-nin 5 saylı ərazi idarəsinin məktubundan görünür ki, torpağa mülkiyyət hüququna dair JN 713 saylı 30217018 kodlu dövlət aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi 5 saylı Xaçmaz ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Nərəcan kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2021-ci il tarixli 211 nömrəli arayışından müəyyən olunur ki, Xaçmaz rayon Nərəcan kəndində yerləşən 0,69 ha torpaq sahəsinə dair JN 713 saylı 30217018 kodlu dövlət aktında səhvən Ərizəçi Səfər oğlu qeyd olunmuşdur. Düzgün yazılış isə Ərizəçidur. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, ərizəçi torpağa mülkiyyət hüququna dair JN 713 saylı 30217018 kodlu dövlət aktında adları qeyd olunmuş hüquq sahibləri ilə qohumdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Göründüyü kimi sənədlərdə Ərizəçi ata adı yanlış olaraq «Səfər» kimi qeyd olunmuşdur. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, torpağa mülkiyyət hüququna dair JN 713 saylı 30217018 kodlu dövlət aktının Ərizəçi da məxsus olması faktı sübuta yetirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçi qeyd olunan hüquqmüəyyənedici sənədin digər ailə üzvləri ilə birgə ona məxsus olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilməmişdir. Bu isə Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN 713 saylı 30217018 kodlu dövlət aktının «aktda adları qeyd olunan digər hüquq sahibləri ilə birlikdə» Ərizəçi da məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar