Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1021/2025 04.02.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu, İddiaçı1 və İddiaçı2 Qayıb qızının Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Niyaz-oba kəndi üzrə icra nümayəndəliyi və Cavabdeh2nə qarşı Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Niyaz-oba kəndi iizrə icra nümayəndəliyin 18 avqust 2017-ci il tarixli, 419 saylı arayışının və Cavabdeh2 xx.xx.2017-ci il tarixli, 869 saylı arayışının etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 Qayıb qızı ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Niyaz-oba kəndi üzrə İcra Nümyəndəliyinin 18 avqust 2017-ci il tarixli, 419 saylı arayışının və Cavabdeh2 xx.xx.2017-ci il tarixli, 869 saylı arayışının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirərkən müəyyən etdi ki, həmin ərizəyə məhkəmədə baxılması yolverilməzdir. Belə ki, ərizəyə əlavə edilmiş qeydiyyat şöbəsinin xx.xx.2017-ci il tarixli, 869 saylı arayışından görünür ki, xx.xx.2004-xx.xx.2015-ci illər üzrə Cavabdeh2ndə yoxlanılmış, X1 barəsində Cavabdeh2ndə nikah haqqında akt qeydi aşkar olunmamışdır. Eyni zamanda ərizəyə əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə İddiaçı2 Qayıb qızı arasında Cavabdeh2ndə xx.xx.2013-cü il tarixdə nikah bağlanmış, 423 nömrə ilə qeydə alınmışdır. Göründüyü kimi iddiaçı iddia ərizəsində mübahisələndirdiyi xx.xx.2017-ci il tarixli, 869 saylı arayışınsaxta olmasını iddia edir. Sənədin saxta olmasının müəyyən edilməsi məhkəmənin predmeti deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152 və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı1 və İddiaçı2 Qayıb qızının Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Niyaz-oba kəndi üzrə icra nümayəndəliyi və Cavabdeh2nə qarşı Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Niyaz-oba kəndi iizrə icra nümayəndəliyin 18 avqust 2017-ci il tarixli, 419 saylı arayışının və Cavabdeh2 xx.xx.2017-ci il tarixli, 869 saylı arayışının etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada alındıqdan sonra 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1021/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1021/2025
04.02.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver