Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1022/2020 15.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X5, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1990-cı il təvəllüdlü qızı X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, uzun müddətdir ki, xx.xx.1990-cı il təvəllüdlü qızı Gülnazın psixi vəziyyətində dəyişikliklər baş verir, o, bir yerdə qərar tutmur, onun hərəkətləri, nitqi, emosional reaksiyaları hamı üçün qəribə, anlaşılmaz, qeyriadekvatdır. Qızı ruhi xəstədir, paranoid şizofreniya, fasiləsiz gedişli dərin psixi qüsur halı ümumi xəstəliyindən əziyyət çəkir. O, öz hərəkətlərini idarə edə bilmir, hərəkətlərinin mənasını anlamır, onun üzərində qəyyum təyin edilməsi zəruridir. Bu faktı Əmək və X7 Nazirliyinin X10 Komissiyasının sonuncu müayinə arayışı da təsdiq edir. O,qanunamüvafiq olaraq fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir ki, üzərində qəyyum təyin olunsun. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmiş və ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizəsinə uyğun izahat vermiş, bildirmişdir ki, qızının qulluğa ehtiyacı var, hazırda qızı onunla yaşayır və ona o, özü qulluq göstərir. İş üzrə maraqlı şəxs Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı tərəfin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı 15657780 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X3 xx.xx.1990-cı il tarixdə Xaçmaz şəhərində anadan olmuş, Xaçmaz rayonu, Qaraçay-cek kəndində yaşayır. İş materiallarında olan AZE seriyalı 000***** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi Xaçmaz şəhəri Qələbə küçəsi ev 6, m 6-da yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 15 saylı X10 Komissiyasının xx.xx.2018-ci il tarixli arayışından müəyyən olunur ki, xx.xx.1990-cı il təvəllüdlü X3 İ qrup əlildir. Ona paranoid şizofreniya, fasiləsiz gedişli dərin psixi qüsur halı ümumi xəstə diaqnozu qoyulmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, ərizəçi tərəfindən ərizənin verilməsi ilə əlaqədar 10 (on) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2020-ci il tarixli 2399 saylı rəyindən müəyyən olunur ki, X2 paranoid şizofreniya, fasiləsiz gedişli dərin psixi qüsur halı xroniki psixi xəstəlik qeyd olunur. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənədlər və yoxlanılan şəxsin hal-hazırki psixi vəziyyəti- təqdim edilmiş tibbi sənədə görə psixi vəziyyətində dəyişikliklərin biruzə vrməsi, onda əsəbililik, yuxu pozuntusu, daha sonralar şübhələrin meydana gəlməsi, davranışlarının qeyri-adekvatlığı biruzə verdiyi üçün psixiatrik qeydiyyata düşməklə dəfələrlə psixiatrik xəstəxanalarda müalicə olunması, hazırda isə AR SN-nın Respublika Psixiatriya Xəstəxanasında “Şizofreniya paranoid forma” diaqnozu ilə xx.xx.2020-ci il tarixdə müalicəyə daxil olması, psixi vəziyyəti ilə əlaqədar 1-ci qrup əlil olması, təfəkkürünün paroloqik olması, autikliyi, rezenyorluğu, ayrıayrı münasibət sayıqlama ideyalarının biruzə verməsi, maraq dairəsinin məhdudluğu, emosional-iradi sferasının enməsi, şəxsiyyətin qüsur əlamətləri biruzə verməsi, öz psixi vəziyyətinə qarşı tənqidinin olmaması, və s sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlinir ki, X3 öz psixi vəziyyətinə görə hərəkətlərini dərk etmək, onları idarə etmək iqtidarına malik deyil. Buna görə də, X3 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8.-ci maddəsinə uyğun olaraq ağıl zəifliyi və ruhi xəstəlik nəticəsində öz hərəkətinin mənasına başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikasının MPM-nin 317.2.-ci maddəsinə əsasən məhkəmədə psixi qüsuruna görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasında asılı olmayaraq, yaxın qohumların, müvafiq icra hakimiyyəti orqanının, psixiatriya müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikasının MPM-nin 321.2.-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, xx.xx.1990-cı il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. xx.xx.1990-cı il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-1022/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1022/2020
15.10.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver