Məhkəmə qərarları › İş №2(067)-1024/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1024/2021

08.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1024/2021 08.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Torpağın mülkiyyətə verilməsinə dair JN-650 A seriyalı, 30219088 kodlu şəhadətnamənin ona, yəni Ərizəçi məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o,xx.xx.1964-cü il tarixdə Xaçmaz rayonunun Köhnə-Xacmaz kəndində anadan olmuşdur. Xaçmaz rayonunun Köhnə- Xaçmaz kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Rayonlarda aparılan Aqrar islahatlar zamanı Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli, 12 saylı qərarına əsasən onun və ailə üzvlərinin mülkiyyətinə Xaçmaz rayonunun Köhnə-Xaçmaz kənd ərazisindən 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə hüquqları torpağın mülkiyyətə verilməsinə dair JN-650 A seriyalı, 30219088 kodlu şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Lakin həmin şəhadətnamədə o, Ərizəçi adı “Nazimə” olduğu halda səhvən “Nazilə”, ata adı isə “Ələnur qızı” olduğu halda səhvən “Elnur qızı” kimi yazılmışdır. Həmin vaxt hüquqi savadsızlıqdan bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb ola biləcəyinə əhəmiyyət verməmişdir. Yaxın vaxtlarda yeni mülkiyyət sənədini almaq üçün X7 Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin torpağa mülkiyyət hüququna dair JN-650 A seriyalı, 30219088 kodlu şəhadətnamədə onun adı “Nazimə” olduğu halda səhvən “Nazilə”, ata adı isə “Ələnur qızı” olduğu halda səhvən “ Elnur qızı” kimi yazıldığından müraciətinin həlli mümkün olmamış, reyestr xidməti tərəfindən ona uyğunsuzluğun aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Bu barədə ona imtina məktubu vermişlər. Həmin mülkiyyət sənədini verən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon Şöbəsinin fəaliyyətinə xitam verildiyində yaranmış uyğunsuzluğu diğər qaydada aradan qaldırmaq mümkün deyildir. Ona ğörə də sənədin şəxsə məxsus olması faktının müyyən edilməsinə dair məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edir ki, dövlət aktında adının “Nazimə” olduğu halda səhvən “Nazilə”, ata adının isə “Ələnur qızı” olduğu halda Elnur kimi yazılması barədə Xaçmaz rayon İcra Hakimiyyətinin Başçısının Köhnə Xaçmaz İƏD nümayəndəsi müafıq arayış vermişdir. O, qeyd olunanlarla əlaqədar hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat vermiş, ərizənin təmin olunmasını xahiş emişdir. Əlavə olaraq göstərmişdir ki,qonşuları olan şahidləri ərizədə göstərdiyi halları təsdiq edə bilərlər. Maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X3 izahatında göstərmişdir ki, ərizəçinin qonşusudur, qohumluq əlaqələri yoxdur, münasibətləri yaxşıdır. Xaçmaz rayonunda torpaq islahatı keçirilərkən ərizəçiyə və ailə üzvlərinə Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində 0,12 ha torpaq sahəsi verilmişdir. Lakin şəhadətnamədə ərizəçinin adı səhvən Nazilə kimi, ata adı səhvən Elnur kimi qeyd edilmişdir. Torpaq sahəsi ayrılan vaxtdan ərizəçinin və onun ailə üzvlərinin istifadəsindədir. JN-650 A seriyalı 30219088 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi və onun ailə üzvlərinə məxsus olduğunu təsdiq edir. Məhkəmə iclasında şahid qismində ifadə verən X2 izahatında göstərmişdir ki, ərizəçinin qonşusudur, qohumluq əlaqələri yoxdur, münasibətləri yaxşıdır. Xaçmaz rayonunda torpaq islahatı keçirilərkən ərizəçiyə və ailə üzvlərinə Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində 0,12 ha torpaq sahəsi verilib. Lakin Şəhadətnamədə ərizəçinin adı səhvən Nazilə kimi, ata adı səhvən Elnur kimi qeyd edilib.Torpaq sahəsi AİK tərəfindən ayrılan vaxtdan ərizəçinin və onun ailə üzvlərinin istifadəsindədir. JN-650 A seriyalı 30219088 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi və onun ailə üzvlərinə məxsus olduğunu təsdiq edir. Məhkəmə ərizəçilərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1964-cü il tarixdə Xaçmaz rayonunun Köhnə- Xacmaz kəndində anadan olmuşdur və Xaçmaz rayonunun Köhnə-Xaçmaz kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-650 A seriyalı, 30219088 kodlu şəhadətnamədən müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli, 12 saylı qərarına əsasən Ərizəçi və ailə üzvlərinin mülkiyyətinə Xaçmaz rayonunun Köhnə-Xaçmaz kənd ərazisindən 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-650 A seriyalı, 30219088 kodlu şəhadətnamədən müəyyən olunur ki, Ərizəçi adı və ata adı səhvən X1 yazılmışdır. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyətinin Başçısının Köhnə Xaçmaz İƏD nümayəndəsinin xx.xx.2021-ci il tarixli arayışından müəyyən olunur ki, dövlət aktında Ərizəçi adı “Nazimə” olduğu halda səhvən “Nazilə”, ata adı isə “Ələnur qızı” olduğu halda Elnur kimi yazılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, ərizəçi tərəfindən ərizənin verilməsi ilə əlaqədar 10 (on) manat dövlət rüsumu köçürülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, JN-650 A seriyalı, 30219088 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi sübuta yetdiyindən, bu fakt məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. JN-650 A seriyalı, 30219088 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi sənədin şəxsə məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar