Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1024/2023 27.03.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ HakimQasımova Vüsalə Yadigar qızınınsədrliyi, Məhkəmə iclas katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi ilə, İddiaçı Cavabdeh İB-sinə qarşı inzibati aktda qeyd olunan borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, təbbi qazdan istifadə qaydalarının pozulması haqqında 28 oktyabr 2021-ci il tarixli ******* №-li akt “İtirilmiş qazın bərpası üzrə” 29 oktyabr 2021-ci il tarixli komissiya qərarı əsasında ona əsassız olaraq hesablanmış 432 manat məbləğində ziyanın silinməsi barədə qətnamə qəbul edilməsini xaiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkməyə məlumat verməmişlər. Məhkəmə hesab edir ki, MPM-nin 259.0.6-cı maddəsinə əsasən mülki iş baxılmamış saxlanılmalıdır. MPM-nin 259.0.6.-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki,iddia baxılmamış saxlanılmalıdır. MPM-nin 260-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh İB-sinə qarşı inzibati aktda qeyd olunan borcun silinməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizəçiyə izah olunsun ki, ərizə ilə məhkəməyə yenidən müraciət etməyə hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-1024/2023
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1024/2023
27.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver