Məhkəmə qərarları › İş №2(067)-1028/2022

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1028/2022

28.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1028/2022 28.03.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı cavabdeh X1 qarşı aliment tələbi və uşaqların atanın yanında saxlanılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından olan övladlarının ona olan bağlılıqlarının nəzərə alınaraq 17.01.2007-ci il təvəllüdlü X3, 24.07.2009-cu il təvəllüdlü X2 onun yanında qalmalı və cavabdehdən hər ay hər bir uşağa 175 manat olmaqla ümumilikdə iki uşağa görə 350 manat sabit pul məbləğində alimentin tutularaq ona İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında Cavabdeh iddianı qəbul etməyərək iddiaya qarşı təqdim edəcəyi əlavə sübutunun olmadığını bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, boşandıqdan sonra Nəsirova soyadını götürmüşdür. İddiaçı məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri çatdırılsa da, o, məhkəmə hazırlıq iclasına gəlməmişdir. Məhkəmə İddiaçı iştirakı olmadan işə baxılması mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədlərdən müəyyən etmişdir ki, ərizə MPM-nin 150.1.2- 150.3-cü maddələrinə riayət edilmədən verilmişdir və iddiaçı həmin nöqsanları aradan qaldırmamışdır. Həmin Məcəllənin 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 150.3-cü maddəsinə əsasən iddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərməlidir. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallarından müəyyən olunur ki, iddiaçı iddia tələbi üzrə cavabdehdən aliment və uşaqların atanın yanında saxlanılmasını tələb etsə də, mediasiya xərci və dövlət rüsumu olaraq ümumilikdə 60 manat ödəmişdir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu müəyyən olunmuş məbləğdən az ödədiyi üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən iddia ərizəsi baxılamış saxlanılmalı, iddiaçıya izah olunmalıdır ki, göstərilən nöqsanları ardan qaldırıldıqdan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ var. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh X1 qarşı aliment tələbi və uşaqların atanın yanında saxlanılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah olunsun ki, göstərilən nöqsanları ardan qaldırıldıqdan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ var. Qərardaddan 10 gün müddətinə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar