Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1029/2021 20.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Xaçmaz rayon İcra Hakimiyyətin Qəyyumluq və Himayəçilik komissiyasının nümayəndəsi X7 iştirakları ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.1994-cü il təvəllüdlü oğlu X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, oğlu X6 xx.xx.1994-cü ildə anadan olmuşdur. Oğlu Mehdi doğulandan əqli cəhətdən çatışmamazlıqları olmuş və o, anlaqsız olmuşdur. Bu səbəbdən də onun qayğıya ehtiyacı olduğu üçün kiçik yaşlarından hazıradək ona o qulluq edir. Mehdi hazırda onun himayəsində olmaqla onunla birlikdə yaşayır. Həkimlərin gəldiyi nəticəyə görə Mehdinin normal həyata qayıtması qeyri mümkündür. Oğlunun 2018-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli 80 saylı rəyində onun şizofreniya paranoid formada psixi xəstəliklərdən əziyyət çəkdiyi və onun anlaqsız şəxs olması təsdiq olunmuşdur. Oğlu psixi qüsurlarına görə öz hərəkətlərinin mənasını dərk etmir, özünü idarə edə bilmir və onun kənar qulluğa ehtiyacı vardır. Oğlu müstəqil yaşaya bilmir, onun bütün ehtiyaclarını o ödəyir. Məhkəmə iclasında ərizəçi ərizəsinin təmin olunmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, oğlu mütəmadi olaraq Quba rayon X1 stasionar müalicədə olur. Məhkəmə iclasında maraqlı şəxs Xaçmaz rayon İcra Hakimiyyətin Qəyyumluq və Himayəçilik komissiyasının nümayəndəsi ərizənin təmin edilməsinə etirazı olmadığını və X4 barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli 80 saylı rəyi olduğundan, təkrar ekspertiza keçirilməsinə lüzum olmadığını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X6 xx.xx.1994-cü ildə anadan olmuşdur. İş materiallarında olan tərtib edilən şəxslər tərəfindən imza edilən Aktdan müəyyən olunur ki, ünvan 1 ünvanda yaşayan X6 xəstədir və ona atası Ərizəçi baxır və qulluq edir. İş materiallarında olan Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx xxxxxx 2020-ci il tarixli, 4767 saylı arayışlarından müəyyən olunur ki, xx.xx.1994-cü il təvəllüdlü X3 şəhəri, Xanlar küçəsi 10 saylı evdə atası Ərizəçi ailə üzvü olmaqla onun himayəsində yaşayır. İş materiallarında olan xx xxxx 2018-ci il tarixli məhkəmə psixiatrik ekspertiza mərkəzinin rəyindən müəyyən olunur ki, X5 müəyyən edilən şizofreniya paranoid formada psixi xəstəliklərdən əziyyət çəkdiyi və onun anlaqsız şəxs olması müəyyən edilir. Buna görə də o, öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxs kimi tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. İş materiallarında olan Quba rayon X2 xx xxxxx 2021-ci il tarixli 609 saylı məktubundan görünür ki, xx xxx 1994-cü ildə Xaçmaz şəhərində anadan olmuş və həmin ünvanda qeydiyyatda olmaqla yaşayan X6 birinci dəfə xx.xx.2018-ci il tarixdən xx.xx.2018ci il tarixə qədər Quba rayon PNRM-də stasionar müalicədə olmuşdur. Xəstə dəfələrlə Quba rayon PNRM-də stasionar müalicədə olmuşdur. xx.xx.2018-xx.xx.2018; xx.xx.2019xx.xx.2019; xx.xx.2019-xx.xx.2019; xx.xx.2019-xx.xx.2019; xx.xx.2019-xx.xx.2020; xx.xx.2021-xx.xx.2021. Sonuncu müalicə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər Quba rayon PNRM-də stasionar müalicədə olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1994-cü il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırki qətnamə X4 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1029/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1029/2021
20.04.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver