Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1031/2021 19.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 qızının iştirakları ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 qızının sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizə ilə məhkəməyə müraciət edərək X3, X4 və X2 adına verilmiş JN-653 seriyalı 30217018 saylı dövlət aktının ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 qızına məxsus olması faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, rayonlarda aparılan Aqrar İslahatlar zamanı Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli 12 saylı qərarına əsasən mülkiyyətlərinə Xaçmaz rayonunun Nərəcan kəndi ərazisindən 0.83 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə adlarına torpağın mülkiyyətə verilməsinə dair JN-653 seriyalı 30217018 kodlu dövlət aktı ilə rəsmiləşdirilmişdir. Lakin həmin dövlət aktında ərizəçilərin, yəni onların soyadları “Tarverdiyev” və “Tarverdiyeva” olduğu halda səhvən “Çələbiyev, Çələbiyeva” kimi yazılmışdır. Həmin vaxt hüquqi savadsızlıqdan bunu gələcəkdə hansı hüquqi nəticələrə səbəb ola biləcəyinə əhəmiyyət verməmişlər. Yeni mülkiyyət sənədi almaq üçün DƏDRX-nin 5 saylı Xaçmaz Ərzi İdarəsinə müraciət etmiş, lakin torpağa dair dövlət aktında soyadlarında uyğunsuzluqlar olduğundan müraciətin həlli mümkün olmamışdır. Bu barədə ona imtina məktubu da vermişlər. Məhkəmə iclasında ərizəçilər ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Maraqlı tərəf Xaçmaz rayon DƏDRX-nin 5 saylı ərazi idarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 bildirmişdir ki, ərizəçilər ilə həmkəndlidirlər həm də bağ qonşularıdır. Onların Xaçmaz rayonu, Nərəcan kəndində 1 hektara yaxın torpaq sahələri var, həmin torpaq sahəsində onlar şaftalı bağı əkmişlər və bununla bağlı heç bir mübahisə mövcud deyil. Ərizəçilərin soyadı Tarverdiyevdir, Çələbiyev soyadı isə səhvən yazılmışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 bildirmişdir ki, ərizəçilər ilə həmkəndlidirlər. Onların Xaçmaz rayonu, Nərəcan kəndində 1 hektara yaxın torpaq sahələri var, həmin torpaq sahəsində onlar şaftalı bağı əkmişlər və bununla bağlı heç bir mübahisə mövcud deyil. Ərizəçilərin soyadı Tarverdiyevdir, Çələbiyev soyadı isə səhvən yazılmışdır. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-653 seriyalı 30217018 kodlu dövlət aktının surətindən müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1998-ci il tarixli 03 saylı qərarına əsasən X3, X4 və X2 adına paylı olaraq mülkiyyətlərinə Xaçmaz rayonu Nərəcan kəndi ərazisindən cəmi 0.83 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan doğum şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, ərizəçilər Ərizəçi1 xx.xx.1991-ci ildə, Ərizəçi2 xx.xx.1988-ci ildə və Ərizəçi3 isə xx.xx.1967-ci ildə Xaçmaz rayonu Nərəcan kəndində doğulmuşlar. İş materiallarında olan Xaçmaz rayon Nərəcan kənd İƏD-nin xx xxxxxx 2021-ci il 210 saylı arayışından müəyyən olunur ki, ərizəçilər X3, X4 və X2 adına verilmiş JN-653 seriyalı 30217018 kodlu dövlət aktında ərizəçilərin soyadı səhvən yazılmış, əslində isə ərizəçilərin soyadları Tarverdiyev və Tarverdiyevadır. İş materiallarında olan DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, DT və XK tərəfindən verilmiş JN-653 seriyalı 30217018 kodlu Torpağın mülkiyyət hüququna dair Dövlət aktında qeyd olunmuş hüquq sahiblərin ad və soy adlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi 5 saylı Xaçmaz ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi2 xx.xx.1988-ci ildə Xaçmaz rayonu, Nərəcan kəndində anadan olmuşdur. X1, anası Ərizəçi3dır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi1 xx.xx.1991-ci ildə Xaçmaz rayonu, Nərəcan kəndində anadan olmuşdur. X1, anası Ərizəçi3dır. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2013cü ildə Xaçmaz rayonunda kəskin ağciyər ürək çatışmamazlığından ölmüşdür. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, ərizə tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçi qeyd olunan hüquqmüəyyənedici sənədin digər ailə üzvləri ilə birgə ona məxsus olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilməmişdir. Bu isə Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-653 seriyalı 30217018 kodlu dövlət aktı Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1031/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1031/2021
19.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver