Məhkəmə qərarları › İş №2(067)-1038/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1038/2023

11.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1038/2023 11.08.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdeh "xxxx" ASC-nin Xaçmaz X4 MMC tərəfindən ona məxsus Xaçmaz rayonu, Üçgünqışlaq kəndində yerləşən yaşayış evinə elektrik enerjisindən sərfiyyata görə tərtib edilmiş 26 yanvar 2023-cü il AKT R Ne 280196 akta əsasən hesablanmış 621 manat 78 qəpik məbləğin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Xaçmaz rayonunun Üçgünqışlaq kəndində yerləşən evinə quraşdırılmış elektrik sayğacının göstəricilərinə əsasən hər ay enerji sərfiyyatının pulunu ödəyir. 2023-cü ilin fevral ayının 10-da ünvanına daxil olunmuş elektrik enerjisinin itirilməsinin dayandırılması barədə xəbərdarlıqda göstərilir ki, elektrik enerjisinə görə 621 manat 78 qəpik debitor borcu vardır. Halbuki xx.xx.2023-cü ilə tərtib olunmuş bildiriş xəbərdarlıqda X2yə görə 54 manat 66 qəpik borc olduğu göstərilmişdir. Azərişıq ASC-nin Xaçmaz rayon X4 MMC-yə gələrək məsələ ilə maraqlandıqda ona bildirdilər ki, 15 avqust 2022-ci il tarixdə yaşadığı mənzilə baxış keçirilərkən güya müəyyən etmişlər ki, mənzildə quraşdırılmış elektrik sayğacından kənar mənzilə əlavə naqil vasitəsilə birbaşa kənar xətt çəkilmişdir və 26 yanvar 2023-cü il tarixli, AKT RN2 280196 saylı aktın surəti təqdim olundu. Həmin aktda qeyd olunur ki, Xaçmaz rayonu, Üçgünqışlaq kəndində yerləşən evinə elektrik enerjisinin verilməsi üçün quraşdırılmış sayğaca baxış keçirilən zaman məlum oldu ki, mənzildə quraşdırılmış elektrik sayğacının giriş xəttindən əlavə naqil vasitəsilə mənzilə birbaşa kənar xətt çəkilmişdir. Akt Azərişıq ASC-nin əməkdaşları R.Quliyev, T.Niftəliyev R.Hacıbəyovun tərəfindən imzalamışdır. Aktın surətindən görünür ki, məişət abonenti İddiaçı qeydi yazılsa da, imza mövcud deyildir. Habelə aktdan görünür ki, hal şahidləri yazılan hissədə də heç bir hal şahidinin ad və soyadı, habelə imzası yoxdur. Əgər aktda göstərilmiş hallar həqiqətən də baş vermişdirsə, yəni mənzilinə sayğacdan kənar xətt aşkar etmişlərsə, bunu müvafiq qaydada fotoçəkiliş vasitəsilə iki nəfər hal şahidlərin iştirakı ilə sənədləşdirərdilər. 26 yanvar 2023-cü il tarixli, AKT R № 280196 nömrəli aktda mənzilinə güya sayğacdan kənar əlavə naqil vasitəsilə kənar xəttin çəkilməsinin müəyyən edilməsi qeyd olunsa da, aktda yuxarıda göstərilən Qaydaların tələblərinə uyğun olaraq həmin “Kənar xəttin” açılması qeyd edilməmiş və bu cür “xətanın” foto-video çəkiliş vasitəsilə qeydə alındığı öz əksini tapmamışdır. Ən əsası odur ki, həmin aktın tərtib edilməsində onun və hal şahidlərinin iştirakı təmin edilməmişdir. Yuxanda göstərildiyi kimi xx.xx.2023-cü il tarixli bildiriş xəbərdarlıq təqdim edilmiş, əgər sayğacdan kənar hər hansı xətt mövcud olsaydı, nəzarətçi onu müəyyən edərək tədbir görərdi. Ona görə də hesab edir ki, cavabdeh tərəfindən 26 yanvar 2023-cü il tarixli, AKT R № 280196 saylı akta əsasən ona hesablanmış 621 manat 78 qəpik məbləğində enerji sərfiyyatına görə pul əsassız hesablanmışdır. Ona görə də tərtib olunmuş akt ləğv olunmalı və əsassız hesablanmış məbləğ silinməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, iddianı müdafiə edir. Videogörüntüyə baxmışdır. Ünvanında olan elektrik sayğacından borca görə elektrik enerjisi kəsilmişdi. Borcu ödəmiş və bir gün sonra elektrik enerjisi bərpa olunmuşdur. Ona kənar xəttən istifadə etmək barədə akt tərtib olunmuşdur. Ayın 9-da bildiriş verdilər ki, borcun var. Bir ay sonra borcu tələb edə bilərdilər. Lakin ayın 25-dən 1 ay keçməmiş enerjini kəsiblər. "xxxx" ASC-nin nümayəndələri axşam saatlarında ünvanında olan elektrik sayğacından borca görə elektrik enerjisi kəsilmişdir. Evində xəstələri olduğu üçün yalnız 1 gün kənar xətti qoşdurmağa məcbur olmuşdur. Xahiş edir iddiası təmin edilsin. İddiaçı "xxxx" ASC məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasına onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəf məhkəmənin ünvanına etiraz ərizəsi göndərərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Azərişıq ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçiriləkrən mənzildə quraşdırılmış elektrik sayğacının giriş xəttindən əlavə naqil vasitəsi ilə mənzilə birbaşa kənar xətt çəkilmişdir. İddiaçının cavabdeh Azərişıq ASC nin Xaçmaz X4 MMC tərəfindən ona Xaçmaz rayonu Üçgünqışlaq kəndində evinə elektrik enerjisində sərfiyyata görə tərtib edilmiş AKT R № 280196 akta əsasən hesablanmış 621.78 manat pulun silinməsinə dair iddiası rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin əməkdaşlarının tərtib etdikləri 26 yanvar 2023-cü il tarixli, AKT R № 280196 saylı aktdan müəyyən olunur ki, İddiaçı yaşadığı ünvana baxış keçirilərkən məlum olmuşdur ki, elektrik sayğacından kənar şəbəkədən əlavə faza xətti çəkməklə X2 olunur. Məhkəmə iclasında iddiaçı elektrik sayğacından kənar şəbəkədən əlavə xətt çəkməklə X2 etməsini etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxs (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan)əməldir və (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1ydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Həmin qaydaların 8.32-ci bəndində göstərilir ki, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X2 göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enercisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Həmin qaydaların 8.33-cü bəndində göstərilir ki, məişət abonenti tərəfindən X2də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirak ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı "xxxx" ASC-nə qarşı borcun silinməsi və sair tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar