Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1040/2025 29.05.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İB-nin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə, 28 dekabr 2024-cü il tarixdə tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* №-li AKT-a əsasən və 29 dekabr 2024-cü il tarixli itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair komissiya qərarına əsasən əsassız olaraq hesablanmış 3576 manat 96 qəpik qalıq borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu, Xudat şəhəri, General Şıxlinski küçəsi, ev 17 ünvanında yerləşən fərdi yaşayış evi, ona məxsusdur və ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Yaşadığı ünvana, tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 dekabr 2024-cü il tarixli, № ******* saylı AKT-da göstərilir: “Qaz xəttlərinə baxış zamanı Abonentin qaz xəttinə, qeyri-qanuni qoşularaq təbii qazdan istifadə etdiyi aşkar olundu. Dəymiş ziyan hesablanaraq ödənilsin”. Həmin akta o, evdə olmadığına görə, ağır xəstə atasına imza etdiriblər. Halbuki həmin aktın tərtib olunmasından onun xəbəri də olmayıb. Bundan sonra o, Xaçmaz RQİİ-də olaraq məsələ ilə maraqlananda ona həmin idarənin rəisi Azər Abbasovun imzası ilə 29 dekabr 2024-cü il tarixli “dəymiş ziyanın bərpası” üzrə hesablama sənədi təqdim edilmiş, həmin sənəddə göstərilir ki, “PQ-3-nin maksimal saatlıq qaz sərfi 0,8 m/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, iran sobasının maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, orta günlik iş reyimi 12 saat və hesabat müddəti 180 gün, axımlı su qızdırıcısı 32 litrlik, saatlıq qaz sərfi 3,2 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, istilik sistemi KOMBİ 40 kv, maksimal saatlıq qaz sərfi 4,3 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin (0,8 x 12 x 360 = 3456; 1,5 x 12 x 180 =3240; 3,2 x 12 x 360= 13824; 4,3 x 12 x 180 =9288). Cəmi - 29808 m3 itirilmiş qazın bərpası ilə əlaqədar tərtib olunmuş sənəddə 29808 m3 qaz sərfiyyatına görə 3576.96 manat qalıq borcu hesablanmışdır. Qeyd etmək istəyir ki, həyətində, keçmişdən qalma, işlək vəziyyətdə olmayan qaz xətti mövcud olub, onu da kənar xətt kimi aktlaşdıraraq ünvanına bir ilə küllü miqdarda borc hesablayıblar. Qaz nəzarətçisi ayda bir neçə dəfə ünvanına gələrək sayğacı, qaz xəttini yoxlayır, əgər onda kənar xətt olsaydı nəzarətçi görərdi. Qaz idarəsinin əməkdaşları özləri də şahiddirlər ki, qazdan ancaq sayğac vasitəsil istifadə etmişdir. Qaz İdarəsi onun ünvanına cərimə hesablayarkən əsassız olara evinə artıq cihazlar yazmaqla və bir il müddətinə hesablamaqla ona qarşı haqsızlıq ediblər. Bu vaxta qədər qaz sərfiyyatına görə vaxtlı-vaxtında ödənişləri etmişdir və Qaz İdarəsindən əldə etdiyi abonentin saldosu adlanan sənəddən də görünür ki, ödənişlər vaxtlı-vaxtında edilmişdir. Yuxarıda göstərildiyi kimi, qaz idarəsinin əməkdaşları qanunvericiliyin tələblərinə əməl etməmişlər. Əraziyə baxan qaz nəzarətçisi də ayda bir neçə dəfə sayğacın göstəricilərini yazıb, əgər kənar xətdən istifadə etsəydi bu barədə bildirərdi. Ona görə də, hesab edir ki, əsassız hesablanmış məbləğ silinməlidir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, hesablama ilə razı deyil. Kənar xəttə görə cərimə yazılıb. Tarix, saatlar və qeyd olunan cihazlar düzgün deyil. Ona görə də, sərfiyyat artıq hesablanıb. Kənar qoşulmadan onun xəbəri olmayıb. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, iddianı qəbul etmir. Kənar xətt qoşulma var. İddianı əsassız sayır. Rəyi də qəbul etmir. Kənar xətti reyd zamanı görməmiş ola bilərlər. Yoxlama zamanı təhlükəsizliklə bağlı şərtlərə baxılmış ola bilər. - X2 X3 xx.xx.2025-ci il tarixli rəyindən müəyyən olunur ki, təhlil nəticəsində məlum olmuşdur ki, Cavabdeh İB-nin X5 İstismar İdərəsinin nümayəndələri tərəfindən Xaçmaz rayonu, Xudat şəhəri, General Şıxlinski кüçəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evində qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulmaqla müdaxilə edərək (kənar xətt vasitəsilə) təbii qazdan istifadə olunduğuna görə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli, ******* nömrəli akt tərtib edilərək itirilmiş qazın bərpası məqsədilə hesabat aparılaraq 3576,96 manat məbləğində borc (29808 m3) abonentin hesabına daxil edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh İB-nin X5 İstismar İdarəsinin nümayəndələri tərəfindən kənar xətt aşkar olunduğu vaxtdan 14 gün əvvəl, yəni xx.xx.2024-cü il tarixində qeyd edilən fərdi yaşayış evində müayinə aparılmış, qaz xətlərinə, qaz sayğacına, qaz avadanlıqlarına baxış keçirilmiş və ******* nömrəli müayinə aktı tərtib olunmuşdur. Müayinə aktında heç bir qanun pozuntusu, kənar xətt aşkar edilməmiş və 1 ədəd Kombi, 1 ədəd axımlı su qızdırıcı (ASQ), 1 ədəd məişət tipli PQ-3 qaz plitəsi və 1 ədəd qızdırıcı (İran) sobasının olduğu qeyd edilmişdir. Lakin tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktda 1 ədəd məişət tipli PQ-3 qaz plitəsi, 1 ədəd qızdırıcı (İran) soba, 1 ədəd axımlı su qızdırıcı və 1 ədəd 40 kW gücündə Kombi tipli su qızdırıcının istifadə olunduğu qeyd edilmiş və gündəlik 12 saat olmaqla 360 gün və 180 gün hesabatlar aparılmışdır. Tərtib edilmiş akt və aparılmış hesabat zamanı Cavabdeh İB-nin X5 İstismar İdarəsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalan”nın 6.5-3-cü bəndinin (istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qaz paylayıcısı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1 -ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. Həmin Qanunun 6-3-cü bəndinə əsasən qazpaylayıcı şəbəkəyə texniki xidmət qaz paylayıcısı tərəfindən həyata keçirilir. “Qazdan istifadə Qaydaları”nın 3.1.10.-cu bəndi: bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir; 3.1.11. qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. Göründüyü kimi Cavabdeh İB nin Xaçmaz RQİİ tərəfindən Xaçmaz rayonu, Xudat şəhəri, General Şıxlinski küçəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə dəymiş ziyanın hesablanması zamanı qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istifadə edilən qaz cihazlarının xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) nəzərə alınmamış və qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Məlumat üçün bildirilir ki, Xaçmaz RQİİ-nin nümayəndələri tərəfindən xx.xx.2024-cü il tarixində aparılmış müayinə zamanı İddiaçı məxsus fərdi yaşayış evində aşkar olunmuş qaz cihazlarının 14 günlük hesabatının aşağıdakı kimi aparılması məqsədəuyğun hesab olunur. Məişət tipli PQ-3 qaz plitəsinin saatlıq qaz sərfiyyatı 0,8 m3 x 12 saat x 14 gün = 134,4 m3 x 0,12 qəpik = 16,128 manat, 1 ədəd qızdırıcı (İran) sobanın saatlıq qaz sərfiyyatı 1,5 m3 x 12 saat x 14 gün = 252 m3 x 0,12 qəpik = 30,24 manat, 1 ədəd axımlı su qızdırıcının saatlıq qaz sərfiyyatı 1,5 m3 x 12 saat x 14 gün = 252 m3 x 0,12 qəpik = 30,24 manat, və 1 ədəd 32 kW gücündə Kombi tipli su qızdırıcının saatlıq qaz sərfiyyatı 3,5 m3 x 12 saat x 14 gün = 588 m3 x 0,12 qəpik = 70,56 manat, cəmi 147,17 manat təşkil edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28 dekabr 2024-cü il tarixində ******* saylı aktda “qeyri-qanuni olaraq təbii qaz şəbəkəsinə qoşulduğu aşkar edilmişdir”. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacının nominal qaz sərfi 29808 m3 həcmində qaz itkisi olduğu göstərilmişdir. - İş materiallarında olan abonentin saldosundan görünür ki, 3576.96 manat borc müəyyən edilmişdir. - Məhkəmə iclasında nümayiş etdirilən cavabdehin təqdim etdiyi CD-dən görünür ki, iddiaçının istifadəsində olan sayğacdan kənar qaz xəttinə qoşulma faktı baş vermişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh təşkilatın əməkdaşları iddiaçının yaşadığı ünvana gələrək qaz sayğacına baxış keçirmiş, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi ilə bağlı xx.xx.2024-cü il tarixli akt tərtib olunmuş və həmin akt əsasında ona 3576.96 manat cərimə hesablanmışdır. İddiaçı sayğacdan kənar qoşulmanı etiraf edir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının MPM-nin: - 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: - Maddə 3. İstehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. - Maddə 18. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. - Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikasının “Qaz təchizatı haqqında” Qanunu: - 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - Maddə 20. Müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. - Maddə 21. Müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. - Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”: - 3.2.1 və 3.2.2-ci bənd - qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli və qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir. - 4.2-ci bənd - məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. - 4.8-ci bənd - fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. - 4.9-ci bənd - istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. - 6.5-ci bənd - qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcısı şəbəkədən ayırmaqla qazın verilişin dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. - 6.7-ci bənd - qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh təşkilatın əməkdaşları iddiaçının yaşadığı ünvana aid qaz sayğacına baxış keçirmiş, abonentin təbii qazdan sayğacdan kənar istifadə etməsi barədə xx.xx.2024-cu il tarixli akt tərtib olunmuş və həmin akt əsasında 3576.96 manat cərimə hesablanmışdır, iddiaçı sayğacdan kənar qoşulmanı qəbul edir, lakin akt əsasında hesablanmış borcu mübahisələndirmişdir. İş materialları ilə həqiqətən də iddiaçının qaz xəttinə sayğacdan kənar qanunsuz qoşulma faktı təsdiqini tapır. Lakin məhkəmə dəymiş ziyanın 3576.96 manat məbləğində olması ilə razılaşmır. Məhkəmə qeyd edir ki, cavabdeh təşkilat tələbnamədə qaz işlədicilərinin hesabat müddətinin nəyə görə 360 gün müddətlə aparıldığını əsaslandıra bilməmişdir. Məhkəmə hesab edir ki, PQ4-ün maksimal saatlıq qaz sərfi üçün orta hesabat müddəti, Cavabdeh xidmət sahələrində işlərin səmərəli, təhlükəsiz təşkili və icrası, itkilərin azalması və xidmət səviyyəsinin yüksəlməsi üzrə” Təlimata uyğun olaraq 90 gün olmaqla hesablanmalıdır. Beləliklə, məhkəmə iş materiallarına, o cümlədən iş üzrə verilmiş mütəxəssis rəyinə və işin digər hallarına əsaslanaraq, hesab edir ki, iddiaçı tərəfindən vurulmuş ziyanın ümumi məbləği 147.17 AZN təşkil edir: - PQ-3 qaz plitəsinin saatlıq qaz sərfiyyatı 0,8 m3 x 12 saat x 14 gün = 134,4 m3 x 0,12 qəpik = 16,128 manat, - 1 ədəd qızdırıcı (İran) sobanın saatlıq qaz sərfiyyatı 1,5 m3 x 12 saat x 14 gün = 252 m3 x 0,12 qəpik = 30,24 manat, - 1 ədəd axımlı su qızdırıcının saatlıq qaz sərfiyyatı 1,5 m3 x 12 saat x 14 gün = 252 m3 x 0,12 qəpik = 30,24 manat, - 1 ədəd 32 kW gücündə Kombi tipli su qızdırıcının saatlıq qaz sərfiyyatı 3,5 m3 x 12 saat x 14 gün = 588 m3 x 0,12 qəpik = 70,56 manat, - cəmi 147,17 manat təşkil edir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. Həmin Qanununun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Məhkəmə hesab edir ki, iddianın verilməsinə görə iddiaçının ödəməkdən azad edildiyi 54.30 manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İB tərəfindən İddiaçı yaşadığı Xudat şəhəri, General Şıxlinski küçəsi, ev 17 ünvanında yerləşən fərdi yaşayış evi üzrə hesablanmış 3576.96 manat puldan 3429.79 manat pul abonentin hesabından silinməli, eyni zamanda dəyəri ödənilmədən istehlak olunmuş təbii qaza görə ümumilikdə 147.17 manat borc abonent İddiaçı düzgün tətbiq edildiyindən və həmin hissədə iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı (abonent kodu-**********00000) xx.xx.2024-cu il tarixli ******* nömrəli akt əsasında hesablanmış borcdan 3419.79 manat silinsin. İddia qalan hissədə təmin olunmasın. İddianın verilməsinə görə iddiaçının ödəməkdən azad edildiyi 54.30 manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Bayramov
Məhkəmə qərarları › İş №2(067)-1040/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1040/2025
29.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver