Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1053/2021 12.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon Sosial Müdafiə Fondu tərəfindən verilən əmək kitabçasının ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Təmir-Tikinti idarəsində işlədiyi müddətdə xx.xx.1974-cü il tarixli əmək kitabçasında onun ata adı Allahqulu olduğu halda səhvən Allahverdi kimi qeyd olunmuşdur. Həmin vaxt bu səhvin hansı hüquqi nəticələrə səbəb olacağına əhəmiyyət verməmişdir. Hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Maraqlı şəxs 2 saylı regional ərazi filialına müraciət etdiyi zaman sənədlərdə olan uyğunsuzluğa görə imtina olmuş və həmin uyğunsuzluğun aradan qaldırılması üçün ona məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Ona görə də o, qeyd olunanlarla əlaqədar məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizəsində göstərilənlərə uyğun izahat vermiş, ərizənin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, o, yanvar ayından pensiyaya çıxmalıdır. 4 ay təmir-tikinti idarəsində işləmişdir. Həmin idarənin tabeçiliyi Bakı şəhərində olmuşdur. Artıq idarə ləğv olunmuşdur, ona görə oradan əmək kitabçasını ala bilməmişdir. Sonra da Xaçmaz Poçtunda işləmişdir, lakin orada da əmək kitabçası yazılmamışdır. Ərizəsi ilə bağlı məhkəməyə təqdim edəcəyi əlavə sübutu yoxdur. Göstərilənlərə əsasən ərizəçi ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin baxılmamış saxlanılması haqqındaqərardad çıxarılmasını xahiş etmişlər. Məhkəmə iş üzrə maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1956-cı il tarixdə Xaçmaz Rayonunun Cığatay kəndində anadan olmuşdur. İş materiallarında olan xx.xx.1975-ci il tarixli əmək kitabçasından müəyyən olunur ki, həmin əmək kitabçasında Ərizəçi ata adı Allahverdi kimi qeyd olunmuşdur. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Maraqlı şəxs Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialının xx.xx.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, Ərizəçi şəxsiyyət vəsiqəsi ilə əmək kitabçasında uyğunsuzluq olduğundan ona yaşa görə əmək pensiyası təyin etməkdən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, xüsusi icraat işlərinə Azərbaycan Respublikası MPM-nin 30-40- 6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.1.-ci maddəsinə əsasən qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Beləliklə, Ali Məhkəmənin qeyd edilən qərarının məzmunundan müəyyən olunur ki, hazırkı halda mübahisənin məhkəməyə qədər həlli qaydası nəzərdə tutulmuşdur, ərizəçinin əmək kitabçasında müvafiq qeydin aparılması üçün həmin kitabçanı verən təşkilata rəsmi müraciət edilməli, mübahisə bundan sonra öz həllini tapmadığı halda məhkəməyə müraciət edilməlidir. Lakin, ərizəçi tərəfindən əmək kitabçasını açan təşkilata rəsmi müraciət etməsini təsdiq edən mötəbər sübut ərizəyə əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 259.0.1-ci maddəsinə görə məhkəməyə müraciət etmiş ərizəçi mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalı, ərizəçiyə əmək kitabçasını açan təşkilata rəsmi müraciət etdikdən sonra müvafiq düzəlişin aparılmadığı halda məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçiyə əmək kitabçasını açan təşkilata rəsmi müraciət etdikdən sonra müvafiq düzəlişin aparılmadığı halda məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan 10 gün müddətinə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-1053/2021
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1053/2021
12.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver