Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1054/2025 28.07.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçı, İddiaçı nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı əsassız hesablanmış pulun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq "xxxx" ASC-nin mənə məxsus Xaçmaz rayonu, Şıxhaput kəndində yerləşən evimə xx.xx.2023-cü il tarixdə tərtib edilmiş, NDM 036217 saylı AKT-a əsasən hesablanmış 821.81 manat borcun silinməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu Şıxhaput kəndində yaşayır. Komunal xərclər onun adına gəlir. Ona məxsus olan yaşayış binasının sayğacı çöl tərəfdə yerləşir, küçədə olan işıq sayğacı zədələndiyi üçün o "xxxx" ASC-ə müraciət etmiş, onlar gəlib sayğacı yoxladıqdan sonra sayğacın yaxşı olduğunu vəlstifadə edə biləcəyini bildirdilər. Sonradan Bakıdan yoxlama adı ilə gələn şəxslər sayğacların və cərəyan trasformatorlarının yoxlanılması haqqında xx.xx.2023-cü il tarixdə Azərışığın əməkdaşları tərəfindən akt yazaraq sayğacı yoxlamışlar və hətta dövlət möhrüniin normal olmadığı göstərilmiş və ona ümumilikdə 821.81 manat borc hesabladılar. Borcunun olmasını xx.xx.2024-cü il tarixdə bildikdən sonra Azərişığa müraciət etsə də hər dəfə bir bəhanə gətirərək yayınmışlar. Ona haqsız yerə qanunsuz yerə yazılan borcu silməkdən boyun qaçırıblar. Evində qış aylarında işıq sərfiyyatı ən çox 5-10 manatdan çox olmur, yay aylarında kondinsener və soyuducular işləyir sərfıyyat 10-15 arası manat olur. Onun borcu yoxdur. O bu borcla bağlı Azərişıq ASC-nə müraciət etsə də hələ də ona heç bir məlumat verilməyib. Hər ay nəzarətçinin ona dediyi borcu vaxtı-vaxtında ödəmiş, qəbzləri var. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatdar sübutlar hesab olunur. Bu məlumatlar yazılı, və maddi sübutlarla ekspertlərin rəyləri ilə yerində müayinə keçirməklə səs və video yazıları ilə şahidlərin ifadələri ilə işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Lakin sayğacı açıb götürəndə bunların heç biri olmayıb. Yaxud da qanunsuz elektrik cərayanından istifadə etməyi barədə heç bir əsas əldə olunmayıb. Məhkəmə iclasında iddiaçı tərəf iddia tələbini müdafiə bildirmişdir ki, imkansızdır, ödəyə bilmir. Heç bir qanunsuzluq olmamışdır. Sayğaca müdaxilə olmayıb, qanunsuzluq aşkar edilməyib. Ona görə iddianın təmin edilməsini xahiş edir xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərinin X2 filialının nümayəndəsi Nümayəndə2 göstərmişdir ki, hesablanmış 873,83 manat məbləğində borcun 51,42 manat hissəsi Barmekdən Azərişıq ASC-nə keçid dövründə inteqrasiya borcudur və yaranma mənbəyi bəlli deyil. Həmin vaxtdan 5 il keçdiyinə görə silinməlidir. 74,60 manat elektrik sayğacının göstəricisinə əsasən hesablanmış borcdur. 746,81 manat isə akta əsasən hesablanmış borcdur. Akt tərtib olunub və aktda abonentin imza etməkdən imtina etməsi qeyd olunub. Lakin bu hala dair fotoşəkillər və ya video çəkiliş onlara təqdim olunmayıb. 746,81 manat əsassız hesablanıb. Hesabat 3 ay üçün aparılmalı olduğu halda, 180 gün üçün aparılıb. Video çəkiliş də təqdim olunmadığı üçün akt əsassız tərtib olunmuşdur. İş üzrə cavabdeh Azərişıq ASC-nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin əməkdaşlarının tərtib etdikləri xx.xx.2023-cii il tarixli 036217 nömrəli aktdan müəyyən olunur ki, «sayğacın gərginlik vintinin qapağı yerindən aralanır, vintin üzərində müdaxilə izləri aşkar olunur». İş materiallarında olan abunə haqqında çıxarışdan müəyyən olunmuşdur ki, İddiaçı 783.96 manat manat pul hesablanmışdır. İş materiallarında olan rəydən müəyyən olunur ki, xx.xx.2015-ci il tarixində 51,42 manat borc (inteqrasiya dövr borcu) ETAİS proqram bazasından yeni proqram bazasına keçirilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1 -ci maddəsinə əsasən vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Həmçinin məlum olmuşdur ki, enerjitəchizatı müəssisəsinin nümayəndələri tərəfindən İddiaçı məxsus fərdi yaşayış evinin daxilində quraşdırılmış hesablaşma elektrik sayğacına müdaxilə olunması, sayğacın alt qapaq plombunun olmaması və qoşulma ardıcıllığının pozulması barədə NDM 036217 nömrəli, xx.xx.2023cü il tarixli akt tərtib edilmişdir. İstehlakçının aktı imzalamaqdan imtina etməsi barədə aktda müvafiq qeyd aparılmışdır. Araşdırmanın aparılması üçün zəruru olan məlumatların təqdim olunması üçün tərəfimizdən "xxxx" ASC-nin X5 Təchizatı və Satışı İdarəsinə sorğu göndərilsə də yol verilmiş pozuntunun qeydə alınması barədə foto və ya videoçəkiliş təqdim edilməmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1ydaları”nın (bundan sonra - Qaydalar) 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1 -ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Enerjitəchizatı müəssisəsi tərəfindən NDM 036217 nömrəli akta əsasən 180 günlük hesabat aparılmış və itirilmiş elektrik enerjisinin miqdarı 6227 kVts, dəyəri 746,81 manat məbləğində hesablanmışdır. Hesabat aparılarkən Qaydaların 8.17-ci bəndinin tələbləri (istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır) pozulmuşdur. Hazırda abonentin hesabında olan 873,83 manat məbləğində borcun 51,42 manat hissəsi ETAİS (inteqrasiya dövr) borcu, 746,81 manat hissəsi NDM 036217 nömrəli akta əsasən hesablanmış borc, 74,60 manat hissəsi isə elektrik sayğacının göstəricisinə əsasən hesablanmış borcdur. İş materiallarında olan iddiaçının dəqiqləşdirmə ərizəsindən görünür ki, iddia ərizəsində cavabdeh kimi Azərişıq ASC-nin Xaçmaz rayon elektrik şəbəkəsi kimi göstərilmişdir. İddia ərizəsinə düzəliş edərək Azərişıq ASC kimi nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1ydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enercitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Həmin qaydaların 8.32-ci bəndində göstərilir ki, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enercisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enercisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Həmin qaydaların 8.33-cü bəndində göstərilir ki, məişət abonenti tərəfindən X3də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirak ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçının izahatından və iş materiallarından müəyyən olunmuşdur ki, iddiaçının istifadəsində olan mənzildə elektrik sayğacı mənzildən kənarda quraşdırılmışdır. Elektrik sayğacı mənzildən kənarda quraşdırıldığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş X1ydalarının 7.11-ci və 8.32-ci bəndlərinə əsasən evin mülkiyyətçisi sayğaca və ya qoşulma sxeminin dəyişdirilməsinə və müdaxilə edilməsinə görə cavabdehlik daşımır. Belə ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizat müəssisəsi cavabdehlik daşıyır. Bundan əlavə cavabdeh tərəf akt tərtib olunarkən digər təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı hesablanmış 821.81 manat borc məbləğinin 746.81 manat hissəsi abonentin hesabından silinsin, abonentin borcu 74.6 manat müəyyən edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1054/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1054/2025
28.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver