Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1066/2021 15.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə Ərizəçi1 və Ərizəçi2 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə xx xxxxx 2021-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək torpağa mülkiyyət hüququna dair JN 134 saylı 30209108 kodlu dövlət aktının onlara- Ərizəçi1 və Ərizəçi2 da məxsus olması faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəni onunla əsaslandırmışlar ki, Xaçmaz rayon Aqrar İslahat komissiyasının xx.xx.1996-cı il tarixli 12 saylı qərarı ilə mülkiyyətlərinə 0,69 ha torpaq sahəsi verilmişdir. Ayrılmış torpaq sahəsinə dair dövlət aktı verilmişdir. Hazırda mülkiyyətlərinə verilmiş pay torpaq sahəsinə dair yeni mülkiyyət sənədi almaq qərarına gəlmişlər. Lakin dövlət aktında adlarında və ata adlarında səhv olduğundan sənədlərdə uyğunsuzluba səbəb olmuşdur. Bu səbəbdən torpaq sahəsinə dair yeni mülkiyyət sənədi ala bilmirlər. Məhkəmə iclasında ərizəçilər ərizəni müdafiə edərək təin olunmasını xahiş etmişlər. Maraqlı tərəf Xaçmaz rayon DƏDRX-nin 5 saylı ərazi idarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçilərin izahatlarını, şahidin ifadəsini dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən X7 ifadəsində göstərmişdir ki, onun Gülçin adlı qızı olmayıb. Aktda isə oğlu Gülçin səhv olaraq onun qızı kimi qeyd olunub. Bundan başqa bildirmişdir ki, onun Elvin adlı oğlu olmayıb. Oğlu Elçinin adı da torpağa mülkiyyət hüququna dair JN 134 saylı 30209108 kodlu dövlət aktında səhvən Elvin kimi yazılıb. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN 134 saylı 30209108 kodlu dövlət aktının surətindən müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1996-cı il tarixli 12 nömrəli qərarına əsasən X4, X1, X3, X5, X2 mülkiyyətlərinə 1,35 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında AZE seriyalı şəxsiyyət vəsiqələrinin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx.xx.1986-cı ildə və Ərizəçi2 xx.xx.1989-cu ildə anadan olmuşlar. İş materiallarında olan DƏDRX-nin 5 saylı ərazi idarəsinin məktubundan görünür ki, torpağa mülkiyyət hüququna dair JN 134 saylı 30209108 kodlu dövlət aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi 5 saylı Xaçmaz ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Hacıəlibəy kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2021-ci il tarixli 204 nömrəli arayışından müəyyən olunur ki, JN 134 saylı 30209108 kodlu dövlət aktında səhvən Ərizəçi2 qızı yazılmışdır. Əslində Pənah oğlu olmalıdır. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Hacıəlibəy kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2021-ci il tarixli 205 nömrəli arayışından müəyyən olunur ki, JN 134 saylı 30209108 kodlu dövlət aktında Ərizəçi1 adı səhvən Elvin yazılmışdır. Əslində Elçin olmalıdır. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Hacıəlibəy kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2021-ci il tarixli 290 nömrəli arayışından müəyyən olunur ki, JN 134 saylı 30209108 kodlu dövlət aktında X4 oğlanlarının adları səhvən X8, X6 yazılmışdır. Əslində Ərizəçi1, Ərizəçi2 yazılmalıdır. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, ərizəçilər torpağa mülkiyyət hüququna dair JN 134 saylı 30209108 kodlu dövlət aktında adları qeyd olunmuş hüquq sahibləri ilə qohumdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Göründüyü kimi sənəddə Ərizəçi1 adı yanlış olaraq «Elvin» kimi, Ərizəçi2 isə «X6» kimi qeyd olunmuşdur. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, torpağa mülkiyyət hüququna dair JN 134 saylı 30209108 kodlu dövlət aktının Ərizəçi1 və Ərizəçi2 da məxsus olması faktı sübuta yetirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçilər qeyd olunan hüquqmüəyyənedici sənədin digər ailə üzvləri ilə birgə onlara məxsus olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilməmişlər. Bu isə Azərbaycan Respublikası MPMnin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN 134 saylı 30209108 kodlu dövlət aktının «aktda adları qeyd olunan digər hüquq sahibləri ilə birlikdə» Ərizəçi1 və Ərizəçi2 da məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-1066/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1066/2021
15.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver