Məhkəmə qərarları › İş №2(067)-1071/2022

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1071/2022

22.02.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1071/2022 22.02.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi 17.09.1997-ci il təvəllüdlü qaynı X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini araşdıraraq müəyyən etdim ki, ərizəçi fəaliyyət qabilyəti olmayan şəxs hesab edilməli X1 yaxın qohumu deyil. Belə ki, iddia ərizəsindən müəyyən olunur ki, X2 Ərizəçi qaynıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilənlərə əsasən hesab edirəm ki, ərizəçi fəaliyyət qabilyəti olmayan şəxs hesab edilməli X1 yaxın qohumu olmadığından o, hazırki iddianı imzalamağa hüququ olmayan şəxs hesab olunur. Göstərilənlərə əsasən ərizə və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar