Məhkəmə qərarları › İş №2(067)-1081/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1081/2022

27.04.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1081/2022 27.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1975-ci ildə Xaçmaz rayon Hacıməmmədoba kəndində anadan olmuş bacısı X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, bacısı X2 xx.xx.1975-ci ildə Xaçmaz rayon Hacıməmmədoba kəndində anadan olmuşdur. O, anadan doğulandan ruhi xəstə olmuşdur. Bu səbəbdən ailə həyatı qurmuşdur. Valideynlərinin hər ikisi vəfat etdeiyindən bacısı Rüxsarənin qayğıya ehtiyacı olduğundan uzun müddətdir ki, ona o baxır və o, onun himayəsindədir. Bacısı Rüxsarə kənar qulluğa ehtiyacı olan, özü özhərəkətlərini idarə etmək imkanı olmayan fəaliyyət qabiliyyətsiz şəxsdir. O, bacısı Rüxsarəni müalicə etdirmək üçün bir çox müalicə müəssisələrinə aparmışdır. Lakin həkimlər belə nəticəyə gəlmişlər ki, onun müalicəsi qeyri mümkündür. Bu hal məhkəmə araşdırması zamanı ekspertiza təyin edildikdə müəyyən ediləcəkdir. Hazırda onun bacısı əlilliyə görə pensiyaya çıxarmaq istəyir. Lakin o, öz hərəkətlərini idarə edə bilmədiyi və anlaqsız olduğundan heç bir idarə, müəssisə və təşkilata sənədləşmə işi apara bilmir. Bu səbəbdən hazırda o, onun fəaliyyət qabliyyəti olmayan şəxs hesab edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur ki, onun üzərində qəyyum təyin ediləm və onun adından sənədləşmə işini aparır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, bacısı Rüxsarə Xənmədova ruhi xəstədir və özünü idarə edə bilmir. Bacısının əvəzinə pensiyasını almağı üçün onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi zəruridir. Ona görə hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Xahiş edir ərizə təmin edilsin. Bacısı ruhi-əsəb dispanserində müalicədə olmayıb və qeydiyyata düşməyib. O, xx.xx.2022-ci il tarixdən orta dərəcəli əqli gerilik diaqnozu ilə həkim-psixiatrın qeydiyyatındadır. İş üzrə maraqlı şəxs Xaçmaz Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan rədd olunmalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı 17018638 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin və İİİ-ЖГ seriyalı 388066 sayı doğum haqqında şəhadətnamənin surətlərindən müəyyən olunur ki, X2 xx.xx.1975-ci il tarixdə Xaçmaz rayonunun Hacıməmmədoba kəndində anadan olmaqla, Xaçmaz rayonunun Hacıməmmədoba kəndində yaşayır. İş materiallarında olan AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin və Vİİ-ЖГ seriyalı 337787 sayı doğum haqqında şəhadətnamənin müəyyən olunur ki, Ərizəçi xx.xx.1980-cü ildə Xaçmaz rayonunun Hacıməmmədoba kəndində anadan olmuşdur. İş materiallarında olan Xaçmaz Rayon Mərkəzi X4 Şəxsinin xx.xx.2022-ci il tarixli arayışından müəyyən olunur ki, xx.xx.1975-ci il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdən ”Orta dərəcəli əqli gərginlik” diaqnozlu ilə həkim-psixiatırın qeydiyyatındadır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8.-ci maddəsinə uyğun olaraq ağıl zəifliyi və ruhi xəstəlik nəticəsində öz hərəkətinin mənasına başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikasının MPM-nin 317.2.-ci maddəsinə əsasən məhkəmədə psixi qüsuruna görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların, müvafiq icra hakimiyyəti orqanının, psixiatriya müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Beləliklə də, iş materiallarından görünür ki, ərizəçi X5 xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəmə müraciət edərkən, bacısı X1 psixi xəstəlikləri ilə bağlı hər hansı bir sənədi ərizəyə əlavə etməmiş və yalnız məhkəmənin 30 mart 2022-ci il tarixdə keçirilmiş hazırlıq iclasından sonra, yəni 02 aprel 2022-ci il tarixdə bacısını Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında həkim –psixiatr qeydiyyatına qoydurmuş və bununla bağlı məhkəməyə arayış təqdim etmişdir. Məhkəmə hesab edir ki, X1 məhkəmə iclasından iki gün sonra həkim-psixiatrın qeydiyyatında durması formal xarakter daşıyır və sonuncunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair əsaslı dəlillər və xəstəliklər mövcud deyil. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, X3 şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar