Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1082/2024 13.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızı, İddiaçılar İddiaçı1, X2, İddiaçı3 və İddiaçı4 cavabdeh X1 qarşı “miras əmlak payından cavabdehin xeyrinə imtina edilməsinə görə kompensasiya ödəmə öhdəliyinin icrası” tələbinə dair iddia ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçılar İddiaçı1n, X3, İddiaçı3 və İddiaçı4 cavabdeh X1 qarşı “miras əmlak payından cavabdehin xeyrinə imtina edilməsinə görə kompensasiya ödəmə öhdəliyinin icrası” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, həmin ərizə və sənədlər geri qaytarılmalıdır. Ərizə araşdırılarkən müəyyən olundu ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 150 və 152-ci maddələrinin tələblərinə uyğun tərtib olunmadan verilmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçılardan İddiaçı1 tərəfindən dövlət rüsumunun ödənilməsinə dair qəbz iş materiallarına əlavə olunsa da, digər iddiaçılar X2, İddiaçı3 və İddiaçı4 dövlət rüsumunun ödənilməsini təsdiq edən hər hansi bir qəbz iddia ərizəsinə əlavə olunmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddiaçının iddia ərizəsi və ona əlavə edilmiş sənədlərini geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsini qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümümi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən geri qaytarılmalı və iddiaçılara yenidən məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ : İddiaçılar İddiaçı1, X2, İddiaçı3 və İddiaçı4 cavabdeh X1 qarşı “miras əmlak payından cavabdehin xeyrinə imtina edilməsinə görə kompensasiya ödəmə öhdəliyinin icrası” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara göstərilən nöqsanı aradan qaldırmaqla iddia ərizəsi ilə təkrar məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-1082/2024
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1082/2024
13.02.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver