Məhkəmə qərarları › İş №2(067)-1087/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1087/2021

30.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1087/2021 30.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Torpağın mülkiyyətə verilməsinə dair JN-030 F sayl, 30211038 kodlu şəhadətnamənin mərhum X4 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, 28.08.2002-ci ildə vəfat etmiş dayısının arvadı X5 15 fevral 2001-ci il tarixli vəsiyyətnamə ilə bütün əmlakını ona vəsiyyət etmişdir. O, mirası adına rəsmiləşdirmək istəyərkən məlum olmuşdur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 25.02.1998-ci il tarixli 02 saylı qərarı ilə X1 adına işlənmiş JN 030F seriyalı 30211038 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə adı səhvən Meysənəm kimi yazılmışdır. Həmin torpaq sahəsi ötən müddətdə onun istifadəsində olub və o, yanlışlığa fikir verməmişdir. Hazırda torpaq sahəsinə dair çıxarış almaq üçün DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edəndə müəyyən olunmuşdur ki, mülkiyyət sənədində yanlışlıq var, ona görə də müvafiq əməliyyatın aparılması mümkün olmamışdır. Bu da DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 16.02.2021-ci il tarixli məktubu ilə təsdiq olunmuşdur. Qeyd olunanlarla əlaqədar hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuş və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq dayısının arvadının yeganə vərəsəsinin özü olduğunu, onun qanun üzrə vərəsələrinin olmadığını, qonşuları olan şahidlərin ərizəsində göstərdiyi halları təsdiq edə biləcəklərini göstərmiş və ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X6 izahatında ərizəçinin yeznəsi və qonşusu olduğunu, münasibətlərinin yaxşı olduğunu göstərmişdir. X5 onun qonşusu olmuşdur. O, ərizəçinin dayısının arvadıdır. Maysənəm Qurbanova 28.08.2002-ci ildə vəfat etmiş, ölməzdən əvvəl o, 15 fevral 2001-ci il tarixli vəsiyyətnamə ilə bütün əmlakını ərizəçiyə vəsiyyət etmişdir. X1 adına işlənmiş JN 030F seriyalı 30211038 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə adı səhvən Meysənəm kimi yazılmışdır. Həmin torpaq sahəsi ərizəçinin dayısı arvadı Maysənəmin ölümündən sonra hazırkı vaxtadək ərizəçinin və onun ailə üzvlərinin istifadəsindədir. Maysənəmin əri özündən əvvəl vəfat etmişdir. Maysənəmlə ərinin övladları olmamış, heç kimi də övladlığa götürməmişlər. Məhkəmə iclasında şahid qismində ifadə verən X11 ərizəçinin qonşusu və dayısı oğlu olduğunu, münasibətlərinin yaxşı olduğunu göstərmişdir. X5 ərizəçinin dayısının arvadıdır. Maysənəm Qurbanova 28.08.2002-ci ildə vəfat etmiş, ölməzdən əvvəl o, 15 fevral 2001-ci il tarixli vəsiyyətnamə ilə bütün əmlakını ərizəçiyə vəsiyyət etmişdir. X1 adına işlənmiş JN 030F seriyalı 30211038 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə adı səhvən Meysənəm kimi yazılıb. Həmçinin göstərmişdir ki, həmin torpaq sahəsi ərizəçinin dayısı arvadı Maysənəmin ölümündən sonra hazırkı vaxtadək ərizəçinin və onun ailə üzvlərinin istifadəsindədir. Maysənəmin əri özündən əvvəl vəfat edib. Maysənəmlə ərinin övladları olmayıb, heç kimi də övladlığa götürməyiblər. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1962-cü il tarixdə Xaçmaz rayonunun Hacıqurban-Oba kəndində anadan olmuşdur və həmin kənddə yaşayır. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN 030F seriyalı 30211038 kodlu şəhadətnamədən müəyyən olunur ki, həmin şəhadətnamə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 25.02.1998-ci il tarixli 02 saylı qərarı ilə X3 adına işlənmişdir. İş materiallarında olan 15 fevral 2001-ci il tarixli vəsiyyətnamədən müəyyən olunur ki, X5 bütün əmlakını Ərizəçi vəsiyyət etmişdir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN 030F seriyalı 30211038 kodlu şəhadətnamədən və 10.02.2021-ci il tarixli arayışdan müəyyən olunur ki, X2 adı şəhadətnamədə Meysənəm kimi yazılmışdır. İş materiallarında olan 10.02.2021-ci il tarixli 107 saylı arayışdan müəyyən olunur ki, X5 1940-cı ildən 04.08.2002-ci il il tarixədək Xaçmaz rayonunun Hacıqurban-Oba kəndində yaşamış və 04.08.2002-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra Ərizəçi onun evini, təsərüffatını və pay torpağını idarə edir. İş materiallarında olan 04.03.2021-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, ərizəçi tərəfindən ərizənin verilməsi ilə əlaqədar 10 (on) manat dövlət rüsumu köçürülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, iş materiallarından və şahid ifadələrindən JN 030F seriyalı 30211038 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X4 məxsus olması faktı sübuta yetdiyindən, bu fakt məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. JN 030F seriyalı 30211038 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar