Məhkəmə qərarları › İş №2(067)-1088/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1088/2020

07.10.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1088/2020 07.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun Ərizəçi, Üçüncü şəxs Xaçmaz rayon İcra Hakimiyyətin Qəyyumluq və Himayəsilik komissiyasının nümayəndəsi Mövlanov Akif Mövlud oğlunun iştirakı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə xx xxxxxxx 2020-ci ildə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.1959-cu il təvəllüdlü əri X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, X9 ilə xx.xx.1982-ci il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Əri iki dəfə inrsult keçirmişdir. Əri ikinci dəfə insul keçirəndən sonra yataq xəstəsidir, ümumiyyətlə danışa bilmir, daima kənar şəxsin qulluğuna ehtiyacı vardır. Əri əlilliyə görə pensiya alır, hər üç ildən bir adına olan pensiya kartı dəyişilməlidir. Belə olan halda ya onun özü, ya da üzərində təyin edilmiş qəyyum müvafiq sənədlərə imza etməlidir. Əri keçirdiyi xəstəlik ilə bağlı hər hansı sənədə imza edə bilmir, öz hərəkətlərini ölçüb biçmək iqtidarında deyildir. Məhkəmə iclasında ərizəçi ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs Xaçmaz rayon İcra Hakimiyyətin Qəyyumluq və Himayəsilik komissiyasının nümayəndəsi ərizənin təmin edilməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnaməsinin və şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X6 xx.xx.1983-cü ildə anadan olmuşdur. X2, anası İdayətova Gülçöhrə Ağa qızı qeyd edilmişdir. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 ilə X1 arasında nikah xx.xx.1982-ci ildə bağlanmışdır. Nikahdan sonra qadın ərinin soyadı olan Həlimova soyadını qəbul etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi 15 saylı X13 Ekspert Komissiyasının arayışından görünür ki, xx.xx.1959-cu il təvəllüdlü X9 İ qrup əlillik dərəcəsi almışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 2073 nömrəli məhkəmə psixiatrik ekspertiza mərkəzinin rəyindən müəyyən olunur ki, X4 mərkəzi sinir sisteminin damar mənşəli üzvi xəstəliyi nəticəsində dərin demensiya (ağıl zəifliyi) formasında xroniki psixi xəstəlik müəyyən edilir. X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsas var. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 319-cu maddəsinə görə, hakim işin məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1959-cu il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırki qətnamə X3 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar