Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1088/2021 09.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi sənədin şəxsə məxsus olması hüquqi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Xaçmaz rayon Dövlət Arxivi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli 214 saylı arxiv çıxarışının ona, yəni Nəsirova Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun şəxsiyyəti Ərizəçidır. xx xxxxxxxx 1961-ci ildə ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Xaçmaz bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli iclasının 12 saylı protokoluna əsasən ona Xaçmaz şəhəri, 21-ci kvartal ərazisində fərdi yaşayış evi tikmək üçün 400 kv.m torpaq sahəsi satılması qərara alınmışdır. Lakin həmin protokolda torpaq sahəsi satılacaq şəxslərin siyahısında texniki səhv ucbatından 30-cu şəxs olaraq onun soyadı Nəsirova olduğu halda Həsənov kimi yazılmışdır. Həmin torpaq sahəsinə mülkiyyət sənədi almaq üçün Xaçmaz rayon DƏDRX-nin 5 saylı ərazi idarəsinə müraciət etmiş, lakin arxiv çıxarışında soyadında olan uyğunsuzluğa görə müraciəti həll olunmamışdır. Bu barədə ona imtina məktubu da vermişlər. Məhkəmə iclasında ərizəçi ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Maraqlı tərəf Xaçmaz rayon DƏDRX-nin 5 saylı ərazi idarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 bildirmişdir ki, ərizəçi oun xalası qızıdır. Dövlət Arxivi tərəfindən verilmiş sənəddə ərizəçinin soyadı Nəsirova olduğu halda Həsənov kimi yazılmışdır. Xalası qızının soyadı Nəsirovadır. Həsənov isə səhv yazılmışdlır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 bildirmişdir ki, ərizəçi onun anasıdır. Onların soyadı Nəsirovdur. Dövlət Arxivi tərəfindən verilmiş arayışda anasının soyadı səhv olaraq Həsənov kimi yazılmışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli 214 saylı Arxiv arayışından müəyyən olunur ki, Xaçmaz bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli iclasının 12 saylı protokoluna əsasən X1 Xaçmaz şəhəri, 21-ci kvartal ərazisində fərdi yaşayış evi tikmək üçün 400 kv.m torpaq sahəsi satılması qərara alınmışdır. İş materiallarında olan AZE № 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1961-ci ildə doğulmuşdur. İş materiallarında olan Xaçmaz bələdiiyəsinin xx xxxxxxx 2019-cu il tarixli 550 saylı arayışından müəyyən olunur ki, Ərizəçi Xaçmaz bələdiyyəsininn xx xxxxxx 2007-ci il tarixli iclasının 12 saylı protokol qərarına əsasən Xaçmaz şəhər 21-ci kvartal ərazisində fərdi yaşayış evi tikmək məqsədi ilə 400 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 214 saylı Arxiv çıxarışında qeyd olunmuş hüquq sahibinin soyadında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi 5 saylı Xaçmaz ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, ərizə tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçi qeyd olunan hüquqmüəyyənedici sənədin digər ailə üzvləri ilə birgə ona məxsus olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilməmişdir. Bu isə Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Dövlət Arxivi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli 214 saylı arxiv çıxarışının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1088/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1088/2021
09.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver