Məhkəmə qərarları › İş №2(067)-1091/2021

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1091/2021

20.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1091/2021 20.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Ərizəçi Ərizəçi nümayəndəsi X1 iştirakları ilə açıq məhkəmə iclasında Ərizəçi sənədin şəxsə məxsus olması hüquqi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi sənədin şəxsə məxsus olması hüquqi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətli nümayəndəsi iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X2 məhkəməyə ərizə təqdim edərək ərizənin baxılmadan geri qaytarılmasını və işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, ərizəçi ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiyindən və maraqlı şəxsin nümayəndəsi işə mahiyyəti üzrə baxılmasına təkid etmədiyindən ərizə baxılmamış saxlanmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizəçi sənədin şəxsə məxsus olması hüquqi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar