Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-110/2024 19.03.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən geri qaytarılması və sair tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı məhkəmədə iddia qaldıraraq, mülkiyyət hüququ ilə ona məxsus Xaçmaz rayonu Digah-oba kəndində yerləşən, koordinatları 20 fevral 2023-cü il tarixli A№ 962160 saylı torpaq sahəsinin plan və ölçüsü sənədində göstərilmiş 1.68.39 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş 0,24 ha hissəsinin onun qanunsuz sahibliyindən alınaraq onun istifadəsinə qaytarılması, zəbt olunmuş torpaq sahəsinə cavabdeh tərəfindən çəkilmiş çəpərin və həmin torpaq sahəsində mövcud olan bütün ağacların torpaqdan çıxarılması cavabdehin öz vəsaiti hesabına həyata keçirilməsi, həmin torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyində olduğu müddət ərzində ona dəymiş 3000 manat maddi ziyanın, mübahisəli torpaq sahəsinə mütəxəssisin baxışının həyata keçirilməsi üçün 5 saylı Ərazi İdarəsinə köçürdüyü 140 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi, hazırki iddia ərizəsi ilə ödədiyi 98 manat dövlət rüsumunu cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci ilin sentyabr ayında notariat qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən o, həmkəndlisi Gülmirzə Surxayevdən ona məxsus olmuş Xaçmaz rayonu Digah-oba kəndində yerləşən 1.6839 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini satın almışdır. Həmin toıpaq sahəsinə DƏDRXnın 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən onun adına xx.xx.2020 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və xx.xx.2020-ci il tarixli AA 561536 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. 5 saylı Xaçmaz Ərazi İdarəsindən torpaq sahəsinə dair adına çıxarış və plan və ölçüsü sənədi verilməzdən əvvəl həmin idarənin əməkdaşları əraziyə gələrək torpaq sahəsinin koordinatları yerində ölçərək döngə nöqtələri ona göstərmiş, bu zaman cavabdeh və oğlu Samir də orada olmuş, ölçmə zamanı müəyyən edilmişdir ki, ona məxsus torpaq sahəsinin bir hissəsi cavabdehin qanunsuz istifadəsindədir. Cavabdeh zəbt etdiyi torpaq sahəsini çəpərləyərək öz torpaq sahəsinə qatmış, orada öz-başına olaraq müxtəlif meyvə ağacları və çinar ağacları əkmişdir. Müəyyən edilmişdir ki, cavabdehin qanunsuz olaraq zəbt etdiyi torpaq sahəsinin ölçüsü 0.24 ha civarındadır. 5 saylı Xaçmaz Ərazi İdarəsinin əməkdaşları cavabdehə qanunsuz zəbt etdiyi ərazinin koordinatlarını yerində göstərmişdir. Bundan sonra o, dəfələrlə cavabdehdən xahiş və tələb etmişdir ki, ona məxsus torpaq sahəsinin zəbt etdiyi hissəsini boşaltsın və orada mövcud olan meyvə və digər ağacları kəsib torpaq sahəsini tənzimləyərək ona təhvil versin. Cavabdeh həmin ərazidə bəzi ağaclarını kəsərək kötükləri saxlamışdır. Lakin zəbt etdiyi torpaq sahəsini boşaldıb ona təhvil verməkdən yayınmışdır. 23 aprel 2021-ci il tarixdə o, cavabdehə qarşı zəbt olunmuş torpaq sahəsini geri alınmasını dair Xaçmaz Rayon Məhkəməsində iddia qaldırmışdır. Həmin iş üzrə bir neçə məhkəmə iclasları keçirilmiş, iş üzrə məhkəmə ekspertizaları təyin edilmiş və mübahisəli torpaq sahəsinin müayinəsi ilə bağlı Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin rəisi Aydın İbadovun imzası ilə 30 avqust 2021-ci il tarixli, A-199 nömrəli arayışla məhkəməyə cavab verilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsində olmuş və GPŞ aləti vasitəsi ilə torpaq sahəsinin faktiki vəziyyətinin və iddia olunan torpaq sahəsinin koordinatları naturadan alındı. Mübahisə predmeti olan torpaq sahəsinin naturadan alınan koordinatları kameral şəraitdə ƏMDX elektron baza xəritə və ortofot üzərində dəqiqləşdirdikdən sonra məlum oldu ki, vətəndaşların faktiki istifadə etdiyi torpaq sahələri ilə ƏMDX-nin elektron baza məlumatlarındakı xəritələr arasında kəskin fərq yaranmışdır. Xaçmaz Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(067)-1441/2021 saylı qərardadındakı sualların cavablandırılması Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 818 nömrəli fərmanı ilə təsdiqlənmiş “Torpaqların elektron kadastrı uçotu informasiya sistemi”nin yaradılması işləri yekunlaşdıqdan və kameral şəraitdə mütəxəssislərin istifadəsinə verildikdən sonra cavablandırılması mümkün olacaqdır. Bu səbəbdən o, həmin iddia üzrə icraatın baxılmamış saxlanılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda göstərilən fərmanla bağlı elektron kadastrı uçot informasiya sistemində işlər tamamlandıqdan sonra DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən həmin 1.6839 ha torpaq sahəsinə onun adına 20 fevral 2023-cü il tarixli, A № 962160 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Həmin sənəd ona verilməmişdən qabaq o, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin hesabına xx.xx.2023-cü il tarixdə 140 manat pul ödəyərək mülkiyyətində olan 1.6839 ha torpaq sahəsinin koordinatlarının yerində müəyyən edilməsini xahiş etmiş, üstündən təxminən bir həftə müddət keçdikdən sonra həmin idarənin nümayəndəsi Mübariz adında şəxs mübahisəli əraziyə gələrək cavabdehin və oğlunun iştirakı ilə torpaq sahəsinin koordinatlarını yerində müəyyən etmiş və cavabdehə bildirilmişdir ki, mülkiyyətində olan torpaq sahəsinin 0, 24 ha torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmişdir. Bundan sonra da o, dəfələrlə cavabdehə müraciət edərək ona məxsus torpaq sahəsinin boşaldılmasını tələb etsə də, o, bundan imtina etmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Beləliklə, cavabdeh ona məxsus torpaq sahəsinin təxminən 0,24 ha hissəsini zəbt edərək qanunsuz olaraq oradan istifadə edir. Torpaq sahəsinin mülkiyyətinə keçdiyi üç il ərzində o, orada əvvəlcədən planlaşdırdığı kimi meyvə bağı sala bilmir. Belə ki, o, həmin torpaq sahəsində damcılama üsulu ilə gilas bağı salmaq istəyir. Bunun üçün torpaq bölməsi müvafiq cihazlarla təmin olunmuş traktorla planirovka olunmalı və bundan sonra qələmlər əkilməli və suvarma sistemi şlanqları həm yer üstü, həm də yer altı çəkilməlidir. Torpaq sahəsini 2020-ci ildə satın aldığı vaxt o, orada meyvə bağı salmaq məqsədi ilə 2021-ci ildə 100 ədəd gilas qələmi ( bir ədədin qiyməti 9 manat) və 700 ədəd fındıq qələmi ( bir ədədin qiyməti 1 manat), 2022-ci ildə 35 ədəd gilas qələmi bir ədədin qiyməti 9 manat) və 100 ədəd İtaliya fındıq qələmləri (bir ədədi qiyməti 9 manat) almışdır, torpaq sahəsinin bir hissəsi cavabdeh tərəfindən zəb olunduğu üçün və orada damcılama suvarma sistemi quraşdıra bilmədiyi üçün həmin qələmləri aldığı gündən evinin həyətində elə belə torpağa basdırmışdır. Əgər o, həmin qələmləri aldığı vaxt torpaq sahəsində əkib bağ salmış olsaydı, hazırki vaxtda artıq qələmlər gəlmiş olardı. Cavabdeh öz qanunsuz hərəkətləri ilə onu bağ salmaqda üç il arxaya salmışdır. Onu da qeyd etmək istəyir ki, aldığı qələmlərə müvəqqəti torpağa basdırdığı yerdə lazımı qaydada aqrotexniki qulluq göstərə bilmədiyi üçün (buna müvafiq şərait yoxdur) qələmlərin bir hissəsi quruyaraq məhv olnmuşdur. Cavabdehin üç il ərzində torpaq sahəsinin bir hissəsini bilərəkdən zəbt etməsi bu səbəbdən o, həmin torpaq sahəsində vaxtında meyvə bağı sala bilmədiyiı üçün, mübahisənin həlli üçün məhkəməyə gəlib getməyinə və dəfələrlə 5 saylı Xaçmaz Ərazi İdarəsinə gəlib mübahisəli torpaq sahəsinə baxış keçirilməsi üçün mütəxəssislərin aparılmasına çəkdiyi xərcləri nəzərə almaqla cavabdehin ona ümumilikdə vurduğu maddi zərəri 3000 (üç min) manat dəyərləndirir. Əslində cavabdehin ona vurduğu maddi ziyan bundan qat-qat çoxdur. Cavabdehin ona məxsus torpaq sahəsinin zəbt etdiyi 0,24 ha hİssəsinin dəyərini 4800 manat hesablayır (0,01 ha torpaq sahəsinin bazar dəyəri 200 manatdır). Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, zəbt olunmuş torpağını geri istəyir. Cavabdeh tərəfindən çəkilmiş çəpər öz hesabına sökülsün. Başqa əlavəsi yoxdur. Xahişi odur ki, iddia təmin olunsun. Məhkəmə iclasında cavabdeh izahatında göstərmişdir ki, o, torpağı zəbt etməmişdir. Tərəfindən ərazidə çəpərdə çəkilməyib. İddiaçı tərəfin bildirdiyi çəpər ağaclardı onları isə o, əkməmişdir. Başqa əlavəsi yoxdur. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan müəyyən olunur ki, iddiaçının xüsusi mülkiyyətinə 2020-ci il tarixdə Xaçmaz rayonu, Digəh-oba kəndi ərazisindən 1.6839 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan AA №962160 nömrəli, xx.xx.2023-cü il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədindən müəyyən olunur ki, Xaçmaz rayonu, Digəh-oba kəndi ərazisindən 1.6839 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin planı və ölçüsü İddiaçı adına işlənmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz ərazi idarəsinin mütəxəssis rəyindən müəyyən olunur ki, X3 mülkiyyətində olan Xaçmaz rayonun Digah-oba kəndində yerləşən 1.6839 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. X3 mülkiyyətində olan Xaçmaz rayonun Digahoba kəndində yerləşən 1.6839 ha torpaq sahəsinin 0.1533 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. (sxem əlavə olunur) 3. X3 mülkiyyətində olan Xaçmaz rayonun Digah-oba kəndində yerləşən 1.6839 ha torpaq sahəsinin cavabdeh tərəfindən maneçilik törədilməsini müəyyən etmək Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. X3 mülkiyyətində olan Xaçmaz rayonun Digah-oba kəndində yerləşən 1.6839 ha torpaq sahəsində Cavabdeh tərəfindən hər hansı tikinti işləri aparılmamışdır. X3 mülkiyyətində olan Xaçmaz rayonun Digah-oba ondində yerləşən 1.6839 ha torpaq sahəsinin 0.1533 ha hissəsində cavabdeh tərəfindən meyvə ağacları əkilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 16 yanvar 2024-cü il tarixli, 10/9251 saylı rəyindən müəyyən olunur ki: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Salman Abbasovun mütəxəss rəyində qeyd edilir ki, X3 mülkiyyətində olan Xaçmaz rayon Digah-oba kəndində yerləşən 1.6839 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövl Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüqu şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Salman Abbasovun mütəxəssis rəyində qeyd edilir ki, X3 mülkiyyətində olan Xaçmaz rayon Digah-oba kəndində yerləşən 1.6839 ha torpaq sahəsinin 0,1533 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur (Sxem əlavə olunur). - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Salman Abbasovun mütəxəssis rəyində qeyd edilir ki, X3 mülkiyyətində olan Xaçmaz rayon Digah-oba kəndində yerləşən 1.6839 ha torpaq sahəsinin cavabdeh tərəfindən maneçilik törədilməsinin müəyyən etmək Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. - X3 mülkiyyətində olan Xaçmaz rayon Digah-oba kəndində yerləşən 1.6839 ha torpaq sahəsində Cavabdeh tərəfindən hər hansi bir tikinti işləri aparılmamşdır. - X3 mülkiyyətində olan Xaçmaz rayon Digah-oba kəndində yerləşən 1.6839 ha torpaq sahəsinin 0.1533 ha hissəsində cavabdeh tərəfindən meyvə ağacları əkilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 16 yanvar 2024-cü il tarixli, 10/9251 saylı rəyindən müəyyən olunur ki, Cavabdeh 60 manat məbləğində və X1 40 manat məbləğində aparılmış tədqiqatın dəyəri olan pul alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırkı mübahisə ilə bağlı aparılmış araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edərək, iddia tələbinin qismən təmin olunması qənaətinə gəlir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən təmin olunmalıdır. MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Torpaq Məcəlləsinin 18-ci maddəsinə görə ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri yaşayış məntəqələrinin torpaqlarının tərkibinə daxildir. Həmin Məcəllənin 20-ci maddəsinə görə yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilir. Həmin Məcəllənin 47-ci maddəsinə əsasən ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin - küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Həmin Məcəllənin 49-cu maddəsinə görə hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111.1-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111.3-cü maddəsinə görə torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə işin müəyyən edilən faktiki hallarına hüquqi qiymət verib hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Cavabdeh də iddiaçının mülkiyyətində olan olan torpaq sahəsinin 0.1533 ha hissəsindən istifadə edir. Bu fakt işdə olan mütəxəssis və ekspert rəyləri ilə təsdiq olunur. Hazırki iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddia əsaslıdır. Cavabdehin iddiaçıya məxsus 0.19 ha torpaq sahəsini istifadə etməsi iddiaçının mülkiyyətində olan torpaq sahəsinə müdaxilə kimi qiymətləndirilməlidir ki, bu da qanunla qadağandır. Göstərilənlərə əsasən məhkəmə iddianın əsaslı olduğundan qismən təmin edilməsi nəticəsinə gəlir. Bununla belə, iddianın zərərin əvəzinin ödənilməsi ilə bağlı hissəsinin əsaslı olması barədə işdə hər hansı mötəbər sübut yoxdur. İddiaçı Cavabdeh ona 3000 manat zərər vurduğunu iddia etsə də, bu barədə işdə hər hansı legitim sübut mövcud deyil. İddiaçı bununla bağlı heç bir sübutunu məhkəməyə təqdim edə bilmədi. Ona görə də məhkəmə həmin hissədə iddianın təmin edilməməsi qənaətinə gəlir. Digər tərəfdən, məhkəmə mübahisəli torpaq sahəsində mövcud olan bütün ağacların torpaqdan çıxarılması hissəsində iddia tələbi ilə bağlı qeyd edir ki, qüvvədə olan qanunvericiliyə görə yaşıllıqların götürülməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Fiziki və hüquqi şəxslər bu hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər. Bu baxımdan məhkəmə iddianın bu hissəsinin əsassız olması və təmin edilməməsi nəticəsinə gəlir. Məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsindəki yaşıllıqların çıxarılması qeyd edilən prosedur qaydalarına riayət etməklə icra edilə bilər və bu barədə məhkəmə aktının çıxarılmasına zərurət yoxdur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 1i ünvanında yerləşən İddiaçı mülkiyyətində (qanuni istifadəsində (1.6839 ha torpaq sahəsinin) olan torpaq sahəsinin 0.1533 ha hissəsinin Cavabdeh istifadəsindən geri alınaraq İddiaçı istifadəsinə qaytarılmalıdır. İddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 100 manat puldan 60 manat hissəsi Cavabdeh və 40 manat hissəsi isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, dövlət rüsumu kimi ödənilmiş 98 manat pulun 70 manat hissəsi Cavabdeh tutularaq İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Xaçmaz rayonu Digah-oba kəndində yerləşən İddiaçı mülkiyyətində (qanuni istifadəsində olan) 1.6839 ha torpaq sahəsinin 0.1533 ha hissəsi Cavabdeh istifadəsindən geri alınaraq İddiaçı istifadəsinə verilsin, zəbt edilmiş torpaq sahəsinə cavabdeh tərəfindən çəkilmiş çəpər sökülsün. İddia qalan hissədə təmin olunmasın. Aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 100 manat pulun 40 manatı İddiaçı, 60 manatı isə Cavabdeh alınaraq X4, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Dövlət rüsumu kimi ödənilmiş 98 manat pulun 70 manat hissəsi Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-110/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-110/2024
19.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver