Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1121/2023 06.04.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi Nümayəndə2, Cavabdeh nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahibliyindən geri tələb edilməsi və dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə ona məxsus Xaçmaz rayonu Digah-oba kəndində yerləşən, koordinatları 20 fevral 2023-cü il tarixli A№962160 saylı torpaq sahəsinin plan və ölçüsü sənədində göstərilmiş 1,6839 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş 0,24 ha hissəsinin onun qanunsuz sahibliyindən alınaraq onun istifadəsinə qaytarılması, zəbt olunmuş torpaq sahəsinə cavabdeh tərəfindən çəkilmiş çəpərin və him torpaq sahəsində mövcud olan bütün ağacların torpaqdan çıxarılması cavabdehin öz vasaiti hesabına həyata keçirilməsi, həmin torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyində olduğu müddət ərzində ona dəymiş 300 manat maddi ziyanın, mübahisali torpaq sahəsinə mütəxəsisin baxışının həyata keçirilməsi üçün 5 saylı Ərazi İdarəsinə köçürdüyü 140 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi, hazırki iddia ərizəsi ilə ödədiyi 30 manat dövlət rüsumu pulun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi bildirmişdir ki, iddianı müdafiə edir. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, iddianı qəbul etmir. Torpaq dövlət tərəfindən sanədləşdirilib verilib.Ona deyir ki, torpağı ver.Hər ikisi də mülkiyyətçidirlər. Onun artıq torpaq sahəsi də yoxdur ki, ona versin. Məhkəmə şərh olun hüquq normasına əsaslanaraq hesab edir ki, iddiaçı tərəfindən MPM-nin tələblərinə əməl edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Məhkəmə hesab edir ki, iddia baxılmamış saxlanılmalıdır. MPM-nin 260-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X2 Cavabdeh qarşı əmlakın qanunsuz sahibliyindən geri tələb edilməsi və dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İzah olunsun ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-1121/2023
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1121/2023
06.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver