Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1127/2023 28.02.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı payların müəyyən edilməsi və mirasın bölüşdürülməsi tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı1 və İddiaçı2 dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021ci il tarixdə vəfat etmiş X5 ilə iddiaçılardan İddiaçı1 ilə birgə nikah dövründə əldə edilmiş Muğambankda saxlanılan 13300 manat pul vəsaitindən 1/2 hissədə İddiaçı1 payının müəyyən edilməsi, qalan 1/2 hissəsindən mərhum X2 qəbir daşına vərəsələrdən İddiaçı2 tərəfindən xərclənmiş 1400 manat pulun onun xeyrinə çıxmaqla, qalan hissəsinin mərhumun birinci növbəli vərəsələri olan İddiaçı1, İddiaçı2, Cavabdeh, X3, X4 və X1 arasında bərabər hissələrdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, İddiaçı1 tərəfindən dövlət rüsumu 40(qırx) manat ödənilmiş və İddiaçı2 tərəfindən isə dövlət rüsumu ödənilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 108.3.-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsi ilə ödənilməlidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 (yüz) manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 152.1.5.-ci maddəsinə əsasən iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, iddiaçılardan İddiaçı2 tərəfindən dövlət rüsumu ödənilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, göstərilən nöqsanları aradan qaldırmaqla iddia ərizəsi ilə təkrar məhkəməyə müraciət etmək hüquqları vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı payların müəyyən edilməsi və mirasın bölüşdürülməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara göstərilən nöqsanları aradan qaldırmaqla iddia ərizəsi ilə təkrar məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilsin. Qərardaddan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1127/2023
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1127/2023
28.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver