Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1128/2021 30.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə Ərizəçi1 və Ərizəçi2 sənədin şəxsə məxsus olması hüquqi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək torpağa mülkiyyət hüququna dair JN-109A saylı, 30219038 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ərizəçilərə məxsus olması hüquqi faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ifadə vermiş Ərizəçi2 izahatında bildirmişdir ki, Xaçmaz rayonunda Aqrar İslahat zamanı ona və ailə üzvlərinə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli, 12 saylı qərarına əsasən 0,10 ha fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi verilmişdir. Ayrılmış torpaq sahəsinə dair JN-109A saylı, 30219038 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Halhazırda mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair yeni mülkiyyət sənədi çıxarış almaq istəyir. Bu məqsədlə də sənədləri 5 saylı Xaçmaz Ərazi idarəsinə təqdim edərkən JN- 109A, 30219038 kodlu şəhadətnamədə onun adı Ərizəçi2 olduğu halda, səhvən Ərizəçi2 Məhəmməd oğlu kimi, digər ərizəçi olan həyat yoldaşı Ərizəçi1 olduğu halda, səhvən X1 göstərilməsi halı sənədlərdə uyğunsuzluqa səbəb olmuşdır. Bu səbəbdən sənədləri 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən ona tövsiyyə edilmişdir ki, onlara verilmiş Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə olan uyğunsuzluğun aradan qaldırılması məhkəmə qaydasında təstiq edildikdən sonra sənəddə olan uyğunsuzluq aradan qalxar və onlar torpaq sənədini yenisi ilə əvəz edə bilərlər. Hazırda sənədi verən Xaçmaz rayon Torpaq Şöbəsinin faliyyətinə xitam verildiyindən baş verimiş uyğunsusluğu digər qaydada aradan qaldıra bilmədiklərinə görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşlar. Göstərilənləri əsasən JN-109A saylı, 30219038 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ona, yəni Ərizəçi2 və digər ərizəçi olan həyat yoldaşı Ərizəçi1 məxsus olması hüquqi faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Digər Ərizəçi1 Ərizəçi2 izahatı ilə eyni məzmunlu izahat vermişdir. Maraqlı tərəf Xaçmaz rayon DƏDRX-nin 5 saylı ərazi idarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN 109 A seriyalı 30219038 kodlu şəhadətnamənin surətindən müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli 12 nömrəli qərarına əsasən Ərizəçi2 Məhəmməd oğlunun və X3 mülkiyyətinə 0,10 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin ad, soyad və atasının adı “Ərizəçi1” kimi qeyd olunub. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin ad, soyad və atasının adı “Ərizəçi2” kimi qeyd olunub. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1965-ci ildə anadan olub. X2r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1965-ci ildə anadan olub. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 və X5 19.07.1990-cı ildə nikaha daxil olublar. Nikandan sonra ərə Kərimov, arvada Kərimova soyadı verilmişdir. İş materiallarında olan DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsinin 17.02.2021-ci il tarixli məktubundan görünür ki, DT və XK tərəfindən verilmiş JN-109 A seriyalı 30219038 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərin ad və soy adlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi 5 saylı Xaçmaz ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, ərizə tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçi qeyd olunan hüquqmüəyyənedici sənədin digər ailə üzvləri ilə birgə ona məxsus olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilməmişdir. Bu isə Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-109 A seriyalı 30219038 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1128/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1128/2021
30.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver