Məhkəmə qərarları › İş №2(067)-1129/2021

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1129/2021

19.04.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1129/2021 19.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Dadaşova Könül Vasif qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı qızının Cavabdeh qarşı həyətyanı torpaq sahəsində inşa edilmiş qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı qızının Cavabdeh qarşı həyətyanı torpaq sahəsində inşa edilmiş qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar olunmuş iddiaçı məhkəmənin birinci çağırışına gəlməmiş və işə onun iştirakı olmadan baxmağı məhkəmədən xahiş etməmişdir. Cavabdeh işin mahiyyəti üzrə baxmağı məhkəmədən xahiş etməmiş və ərizənin baxılmamış saxlanmasına etirazın olmaması barədə ərizə vermişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.7. işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı qızının Cavabdeh qarşı həyətyanı torpaq sahəsində inşa edilmiş qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətinə Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar