Məhkəmə qərarları › İş №2(067)-1140/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1140/2024

17.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1140/2024 17.10.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, İddiaçı və Cavabdeh İB-nin nümayəndəsi X5 iştirakları ilə İddiaçı Cavabdeh İB-nə qarşı əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nin Xaçmaz rayon Qaz idarəsi tərəfindən aparılmış yoxlamanın nəticələrinə dair komissiya qərarının və xx.xx.2024-cü il tarixli ******* saylı aktı əsasında yazılmış cəmi 4924,80 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, kommunal xərclər onun adına gəlir. Azəriqazın əməkdaşları tərəfindən sayğaca baxış keçirilərək guya ki, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazadan istifadə olunması aşkar olunmuşdur, hansı ki ona aid olmayan yararsız borulardır və heç bir borudan istifadə olunmayıb. Bununla əlaqədar olaraq xx.xx.2024-cü il tarixli ******* nömrəli akt yazaraq onu cəmi 4924.80 manat cərimə ediblər. Onun sayğacında göstərilən nöqsanlar olmadığı üçün dəfələrlə "Azəriqaz" İB-nə müraciət etmişdir. Hər dəfə bir bəhanə gətirərək yayınmışlar, ona haqsız yerə qanunsuz yerə yazılan cəriməni silməkdən boyun qaçırmışlar. Hətta küçənin nəzarətçilərinə də dəfələrlə bu barədə bildirmiş, hər ay istifadə etdiyi qaz sərfiyyatını ödəmişdir. Ödəniş etməsi barədə qəbzləri var. Hal-hazırda sayğacda göstərildiyi göstərişə əsasən heç bir borcu yoxdur. xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsassız yazılıb. Akt yazılarkən onun xəbəri olmamışdır. Evə bildiriş gəlmişdir ki, onun "Azərqaz" İB-nə 4924.80 manat borcu var. Halbuki onun borcu yoxdur, onun evinə baxış keçirilsə evində olan sayğacın düzgün işlədiyini, həmin sayğaca heç nə qoşulmadığını sübut edə bilər, heç bir əlavə istifadə olunmayıb. Bu borcla bağlı Cavabdeh İB X21 İstismar İdarəsinə müraciət etsə də hələ də əsassız yerə yazılan borc silinməmişdir. Qaz xəttindən kənar qaz xəttinə qoşularaq qazdan istifadə edilməmiş və əsassız borc hesablanmışdır. Halbuki o, hər ay nəzarətçinin dediyi borcu vaxtı-vaxtında ödəmiş, qəbzləri vardır. Məhkəmə iclasında iş üzrə İddiaçı iddia tələbini müdafiə edərək, izahatında göstərmişdir ki, evində çörək bişirmək üçün xərəkdən istifadə etsə də, xərəyi odunla yandırır. Hamamda da odun peçindən istifadə edir və su qızdırıcısı yoxdur. İstilik üçün iran sobası işlədir, kombi yoxdur. Birdə dörd gözlü qaz plitəsi istifadə olunur. Faktiki olaraq qaz xətti qoşulmamışdır. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi X11 iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, iddiaçı qaz sayğacından qanunsuz olaraq kənar xətt çəkmiş və istifadə etmişdir. İtirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğ abonent tərəfindən ödənilməlidir. Kənar xəttdən istifadəyə görə ziyanın hesablanması üçün istifadə olunan əşyaların sərfiyyatı 12 aya vurulmaqla hesablanmışdır. Qaz xəttinə qeyri-qanuni qoşulma halları aşkar edildikdə 12 aydan çox olmayan müddətdə ziyan hesablanmalıdır. İddiaçının evində şəkillər çəkərkən xərək və hamamda qaz xəttinin olmamasını müəyyən etmişdir. Qazdan 4 gözlü qaz peçi (PG-4) və istilik üçün iran sobasından istifadə olunur. Abonentin sayğacında qanunsuz qoşulma halı aşkar ediləndən sonrada əlavə qoşulan avadanlıqlarını yığışdıra bilər. Əvvəlki məhkəmə iclasında mütəxəssis qismində işə cəlb edilməklə izahat vermiş Azərbaycan Respublikası Enerji X1 Xaçmaz filialının nümayəndəsi X4 izahatında göstərmişdir ki, Azəriqaz İB-nin itirilmiş qazın bərpasına dair hesabladığı cərimələr cihazlara baxılmadan yazılır. Azəriqaz İB-nin Xaçmaz RQİİ tərəfindən qaz xətlərinə baxış keçirilməsi haqqında heç bir sənəd təqdim olunmamış, həmçinin cihazların mövcudluğu barədə heç bir sübutu yoxdur. İstilik ciahazları 5 ay 150 gün müddətinə hesablanmalıdır. Digər cihazlar baxış keçirilən gündən kənar qoşulma aşkar edilən günədək olan müddətə hesblanır. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı iş üzrə İddiaçı iddiasını müdafiə edərək, bildirmişdir ki, evində hamam işləmir, odun sobası yandırır. Evində 2 qaz sobası var, onların birindən yemək bişirmək, digərindən isə istilik üçün istifadə olunur. Su qızdırıcısını əvvəllər işlətmiş, lakin 10 ildir ki, xarab olmuşdur, işlətmirlər. Qaz idarəsinin əməkdaşlarının kənar xətt deyib aşkar etdikləri xətti əvvəllər oğlu çəkmiş, o, həmin xətdən istifadə etməmişdir. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı iş üzrə Cavabdeh İB-nin nümayəndəsi X6 iddianı qəbul etməyərək, bildirmişdir ki, Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsində yaşayan İddiaçı Cavabdeh İstehsal Birliyinə qarşı “Qazdan istifadə Qaydaları”nın tələbinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunmasının aşkar edilməsi ilə əlaqədar tərtib olunan aktın ləğv edilməsi, əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair” iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində qeyd edilir ki, Cavabdeh İB tərəfindən tərtib edilmiş akta istinadən Xaçmaz rayonunun Yergüc kəndində yerləşən ona məxsus fərdi yaşayış evinə əsasız yazılmış 4924.80 manat borc pulun silinməsi barədə qətnamə qəbul edilsin. Aşağıda göstərilən sübut və dəlillərdən aydın olur ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, abonentin saldosunda 2022-ci ilin sentyabr ayından sonra heç bir qaz sərfiyyatı yoxdur. Lakin qaz sərfiyyatı olmadığı halda abonent ödənişlər etmişdir. İl üzrə 412 manat qaz sərfiyyatına görə ödəniş etmişdir. qaz xətlərinə, qaz sayğacına və qaz işlədici cihazlarına xx.xx.2024-cü il tarixdə Xaçmaz RQİİ-nin İstehlakçılara satılan qaza Nəzarət şöbəsinin və Xaçmaz xidmət sahəsinin satış xidmətiin işçiləri tərəfindən baxış keçirilmişdir. Baxış zamanı İddiaçı evinin qaz xəttinin üzərində quraşdırılmış sayğacdan əvvəl xəttə qoşulmuş rezin boru vasitəsi ilə evinə qaz xətti aparıldığı və təbii qazdan qanunsuz istifadə edildiyi aşkar edilmişdir. Abonent İddiaçı barəsində xx.xx.2024-cu il tarixli ******* saylı “Təbii qazdan istifadə Qaydaları”nın pozulması haqqında akt tərtib edilərək 41040 kub.metr və ya 4927.80 manat itirilmiş qazın ziyanı onun abonent koduna işlənilmişdir. İddiaçı qanunsuz yolla təbii qazdan istifadə etməsi halının aşkarlanması video çəkilişlə həyata keçirilmiş, abonentin fərdi yaşayış evinə çəkilmiş qanunsuz qaz xəttinin görüntüləri tam aydın şəkildə video çəkilişdə öz əksini tapmışdır. İddiaçı onun evində sayğacdan kənar qaz xəttinin mövcudluğunu etiraf etmiş, lakin aktda göstərilən qaz işlədici cihazların onun evində istifadə edilmədiyini qeyd etmişdir. Halbuki. video çəkilişlə abonentin evində təbii qazdan qanunsuz çəkilmiş rezin boru vasitəsi ilə istifadə edilməsi halı tam aydın şəkildə əks olunmuşdur. Buna görə də o evdə qanunsuz istifadə olunan təbii qazın bərpası üçün ziyan onun koduna hesablanmış və onun tərəfindən ödənilməlidir Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5 bəndinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyinə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Belə ki, təbii qazdan qanunsuz qoşulma ilə istifadə halları nəticəsində dəymiş zərərin hesablanması həmin Qaydaların 6.5-3-cü bəndində göstərilir ki. sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarında qanunsuz xətt dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsi dayandırılmalı, etibarlılığının və təhlükəsizliyinin müəyyən edilməsi məqsədi ilə qaz paylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyərinin qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və qaz sayğacının markası nəzərə alınmaqla yenidən hesablanmalıdır. İddiaçı evində qaz xəttində quraşdırılmış qaz işlədici cihazların saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Göründüyü kimi İddiaçı üçün sayğacdan kənar xətlə təbii qazdan istifadəyə görə ziyan qaydalara tam uyğun hesablanmışdır. Qeyd olunanlara əsasən iddiaçının tələbini əsassız hesab edir və iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 11 yanvar 2024-cü il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, İddiaçı özünə məxsus Xaçmaz rayonunun Yergüc kəndindəki fərdi yaşayış evinə sayğacdan kənar qeyri qanuni qazdan istifadə edir. “Dəymiş ziyanın bərpasına dair” xx.xx.2024-cü il tarixli tələbnamədən müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında 11 yanvar 2024-cü il tarixli, ******* №-li akta əsasən cəmi 41040 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır. Abonentin saldosundan müəyyən olunur ki, İddiaçı sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə etdiyinə görə 4924,80 manat məbləğində ziyan hesablanmışdır. Cavabdeh İB-nin iddiaya qarşı etiraz ərizəsindən müəyyən olunur ki, Xaçmaz rayonu Yergüc kəndində yaşayan X8 Cavabdeh İstehsal Birliyinə qarşı “Qazdan istifadə Qaydalarf’nın tələbinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunmasının aşkar edilməsi ilə əlaqədar tərtib olunan akta əsasən ona hesablanmış 4924,80 manat məbləğində pulıın silinməsi tələbinə dair iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində qeyd edilir ki, cavabdeh "Azəriqaz” İB-yi tərəfindən tərtib edilmiş ******* nömrəli akta istinadən Xaçmaz rayonu Yergtic kəndində yerləşən ona məxsus fərdi yaşayış evinə əsasız yazılmış ümumilikdə 4924,80 manat borc pulun silinməsi barədə qətnamə qəbul edilsin. Aşağıda göstərilən sübut və dəlillərdən aydın olur ki, X3 iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, abonentin qaz xətlərinə və qaz sayğacına 11 yanvar 2024-cii il tarixində Xaçmaz RQİİ-nin X19 əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış zamanı X3 evinin qaz xəttinin üzərində quraşdırılmış sayğacdan kənar qoşularaq qazdan qanunsuz istifadə edildiyi aşkar edilmişdir. X3 qanunsuz yolla təbii qazdan istifadə etməsi halının aşkarlanması video çəkilişlə həyata keçirilm iş, abonentin fərdi yaşayış evinə çəkilmiş qanunsuz qaz xəttinin görüntüləri tam aydın şəkildə video çəkilişdə öz əksini tapm ışdır (disk etiraza əlavə edilir). Bu hal aşkar olunan zaman abonent X3 haqqında fərdi yaşayış evində sayğacdan kənaf qanunsuz xətt vasitəsi ilə təbii qazdan istifadə etməsi barədə “Təbii qazdan istifadə Qaydalarının pozulması haqqında” 11 yanvar 2024-cii il tarixli ******* saylı akt tərtib edilmiş, abonentin qaz sayğacının keçiricilik qabiliyyətinə uyğun olaraq 41040 m3 və ya 4924,80 manat itirilmiş qazın ziyanı hesablanaraq bazadakı koduna işlənilmişdir. “ Qazdan istifadə Qaydaları” nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarının 6.5 bəndinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyinə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “ Qazdan istifadə Qaydaları” nm təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011- ci il tarixli, 80 saylı Qərarının 6.5 bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılm alı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1 -ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Bundan başqa “ Qazdan qanunsuz istifadə hallan nəticəsində dəymiş zərərin hesablanması üzrə təliınat” - ın 3.6-cı bəndində göstərilir ki, sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarında qanunsuz xətt dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsi dayandırılmalı, etibarlılğının və təhlükəsizliyinin müəyyən edilməsi məqsədi ilə qaz paylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyərinin qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və qaz sayğacının markası nəzərə alınmaqla məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanması. X3 evinin qaz xəttində quraşdırılmış qaz sayğacının nominal qaz sərfi evdə quraşdırılmış avadanlıqlarına uyğun, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün (12 aydan çox olmayan müddət) qəbul edilməklə itirilm iş qazın bərpası üçün hesabat aparılmışdır. 80 saylı Qərarın 1.3 bəndinə uyğun olaraq abonentlə qazpaylayıcı arasında bağlanmış qazın alqı-satqısı haqqında müqavilənin 2.2.5-ci bəndinə əsasən Qazpaylayıcı İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində, habelə abonentlə bağlanmış Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək hüququna malikdir. Bununla da aydın olur ki, iddiaçının tələbi Qanuna, sübut və dəlillərə əsaslanmır. İddiaçı öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürdüyü fikirləridir. Yuxarıda göstərilənlərə görə İddiaçı iddia tələbi Məhkəmə tərəfindən əsassız sayılmalı və təmin edilməməlidir. Mütəxəssis qismində işə cəlb edilmiş Azərbaycan Respublikası Enerji X1 Xaçmaz filialının nümayəndəsi X2 01 may 2024-cü il tarixli, 3-15-2-11/2-204/2024 saylı rəyindən müəyyən olunur ki, təhlil nəticəsində məlum olmuşdur ki, Cavabdeh İB-nin Xaçmaz RQİİ tərəfindən Xaçmaz rayonu, Yergüc kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evində sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğuna görə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli, ******* nömrəli akt tərtib edilərək itirilmiş təbii qazın bərpası məqsədilə hesabat aparılaraq 4924,80 manat məbləğində borc (41040 m3) abonentin hesabına daxil edilmişdir.Göründüyü kimi təbii qazın sərfiyyatının aktda qeyd olunmuş qaz avadanlıqlarının saatlıq maksimal qaz sərfiyyatına əsasən sutkada 12 saat və 360 gün olmaqla hesabat aparılmışdır. Tərtib edilmiş akt və aparılmış hesabat zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” nın 6.5-3-cü bəndinin (istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qaz paylayıcısı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır) tələbləri pozulmuşdur. Təhlil zamanı müəyyən edilmişdir ki, Cavabdeh İB-nin Xaçmaz RQİİ tərəfindən qaz xətlərinə texniki baxışın keçirilməsi haqqında heç bir sənəd təqdim olunmamışdır. Həmçinin tərtib edilmiş 11.01,2024-cü il tarixli, ******* nömrəli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda vətəndaşa məxsus fərdi yaşayış evində istifadə olunan qaz cihazlarının adları və sayları ilə abonent saldosunda qeyd edilən qaz cihazlarına uyğun gəlmir. Göründüyü kimi Cavabdeh İB nin Xaçmaz RQİİ tərəfindən vətəndaş İddiaçı məxsus Xaçmaz rayonu, Yergüc kəndində yerləşən fərdi yaşayış evində qeyri-qanuni qaz xəttinə görə dəymiş ziyanın hesablanması zamanı qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istifadə edilən qaz cihazlarının xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) nəzərə alınmamış və qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2024-cü il tarixli, №3-16-16/2-3/809 saylı ekspert rəyindən müəyyən olunur ki, X9 məxsus Xaçmaz rayonunda yerləşən fərdi yaşayış eviə quraşdırılmış qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz və əlavə xətt aşkar edilməmişdir. Məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” nın 6.5-1-ci bəndinə əsasən “istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazpaylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır; 6.5-1.1.-sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2.-əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3.-istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası; “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. 6-3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə texniki xidmət qaz paylayıcısı tərəfindən həyata keçirilir. X20 zamanı müəyyən edilmişdir ki, Cavabdeh İB-nin Xaçmaz RQİİ tərəfindən qaz xətlərinə texniki baxışın keçirilməsi haqqında heç bir sənəd təqdim olunmamışdır. 13-cü maddəsinin 8-1.-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11 -ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Bu Qanunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə qaydalarının 3.2.1 və 3.2.2-ci yarımbəndlərinə əsasən qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli və qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir. Beləliklə, istehlakçı tərəfindən "Qazdan istifadə Qaydaları"nın pozulması nəticəsində paylayıcıya dəymiş ziyanın həcmi 4924,80 manat məbləğində hesablanmaqla, abonent bazasına işlənilmişdir. İddiaçı, "Azəriqaz" İB-nin Xaçmaz RQİİ X19 əməkdaşlarının hərəkətləri ilə hüquqlarının pozulduğunu əsas gətirməklə, hazırkı tələblə istehlakçının yaşayış yeri üzrə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarına əsasən belə nəticəyə gəlir ki, iddiaçıya aid Xaçmaz rayonu, Yergüc kəndində fərdi yaşayış evi üzrə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qanunsuz qoşulma halı baş vermiş, habelə bununla əlaqədar 11 yanvar 2024-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Həmin aktda nöqsanın olması faktı öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair heç bir sübut yoxdur. Bundan əlavə, qeyd olunan qanunsuz qoşulma halı məhkəmə iclasında iddiaçı tərəfindən etiraf edilməklə, işin mübahisəsiz halına çevrilmişdir. Lakin, tədqiq olunmuş mötəbər sənəd və sübutlar, o cümlədən iddiaçının izahatı ilə bu qanunsuz qoşulma, bu müddət ərzində qanunsuz istifadə edilmiş təbii qazın dəyərinin isə 583.20 manat olması müəyyən edilmişdir ((1.2x12x150=2160 kub metr, 1.5x12x150=2700 kub metr x 0,12 manat (tarif) = 583.20 manat)). Belə ki, cavabdehin də etirafı əsasında müəyyən edilmişdir ki, qaz xəttindən istifadə edilməklə iddiaçının evinde iki cihaz – 4 gözlü qaz peçi (PQ-4) və istilik üçün iran sobası aşkar edilmişdir. Qış mövsümü olduğunu da nəzərə alaraq sayğacdan kənar qanunsuz qoşulma halı üçün zərər, qaz qurğusuna sonuncu baxışın keçirildiyi 11 yanvar 2024-cü il tarixdən həmin tarixə qədər keçirilmiş 5 ay (150 gün) əvvəlki baxış dövrü nəzərə alınmaqla hesablanmalıdır. Bu mənada, mübahisəli 4924.80 manatlıq borc məbləğinin qalan hissəsi, yəni 583.20 manatı iddiaçıya aid evdə sayğacdan kənar istifadə edilmiş təbii qaza görə yaranmış borcdur, bu borc mövcud olmaqla, realdır, o cümlədən düzgün hesablanmışdır. Bu səbəbdən də, ümumi borc məbləğindən sonuncu məbləğin silinməsi istisna edilir və 11 yanvar 2024-cü il tarixdə tərtib edilmiş ******* saylı akta əsasən hesablanmış cərimənin tam silinməsi məqsədəmüvafiq deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1 -ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan, qismən təmin edilməli, Cavabdeh Xaçmaz X18 İdarəsinin Xaçmaz Xət Sahəsi tərəfindən 11 yanvar 2024cü il tarixli, ******* saylı akta əsasən hesablanaraq iddiaçının abunə koduna köçürülmüş 4341.60 manat borc hesabdan silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, yəni iddia tələbinin predmetini təşkil edən cəmi 4924,80 manat pulun yuvarlaq şəkildə 88 %-i silindiyinə görə, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 110 manat pulun 88 %-i 96,8 manat Cavabdehndən, 12 %- 13,2 manat isə İddiaçı tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair müvafiq bildirişində göstərilən Az.MEM, VÖİN **********, X7, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab «AZ34 CTRE ******************** nömrəli hesabına keçirilməlidir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci bəndinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Elektron məhkəmə portalında yaradılmış kalkulyator vasitəsilə aparılmış hesablama nəticəsində müəyyən olunur ki, iddia tələbinin predmetini təşkil edən 4341.60 manata görə 63.41 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Belə olan halda, iddia tələbi qismən təmin olunduğundan, Cavabdehndən iddia tələbinin təmin olunan hissəsinə uyğun olaraq 63.41 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Xaçmaz X18 İdarəsinin Xaçmaz Xət Sahəsi tərəfindən 11 yanvar 2024-cü il tarixdə tərtib edilmiş ******* saylı akta əsasən hesablanaraq İddiaçı abunə koduna köçürülmüş 4341.60 manat borc hesabdan silinsin. Cavabdeh İB-dən 63.41 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə köçürülsün. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 110 manat pulun 88 %-i 96,80 manat Cavabdehndən, 12 %- 13,20 manat isə İddiaçı tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair müvafiq bildirişində göstərilən Az.MEM, VÖİN **********, X7, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab «AZ34 CTRE ******************** nömrəli hesabına keçirilsin. Qətnamə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar