Məhkəmə qərarları › İş №2(067)-1149/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1149/2021

09.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1149/2021 09.06.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, Ərizəçi X4 nümayəndəsi, eyni zamanda Ərizəçi iştirakı ilə, ərizəçilər Ərizəçi və X1 şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi X4 nümayəndəsi, eyni zamanda Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, JN-094 C seriyalı 30225028 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə paylı mülkiyyətçi olan özləri Ərizəçi və X5 məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçilər ərizələrni onunla əsaslandırmışlar ki, Xaçmaz rayonunda torpaq islahatı keçirilərkən ona və ailə üzvlərinə Xaçmaz rayonunun Zeyxuroba kəndində cəmi 0,08 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüququna dair onlara JN-094C seriyalı kod nömrəsi 30225028 olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə təqdim edilmişdir. Lakin şəhadətnamədə onun ata adı “Əspəndər” əvəzinə səhvən “İsgəndər” kimi, qızı Samirənin soyadı “Məmmədova” əvəzinə səhvən “Məmmədov”, adı “Samirə” əvəzinə səhvən “Samir”, ata adı isə “Cavad qızı” olduğu halda səhvən “Cavad oğlu” kimi qeyd edilmişdir. Torpaq sahəsi onlara təhkim olunandan bəri istifadələrində olmuş və yanlışlığa fikir verməmişlər. Sonradan şəhadətnaməni yeni mülkiyyət sənədi olan hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla əvəz etmək üçün DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişlər və uyğunsuzluq olduğunu bilmişlər. Mülkiyyət sənədindəki səhvlərin düzəldilməsi üçün DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etsələr də, onlara məsələnin həlli üçün məhkəməyə ərizə ilə müraciət etmələri tövsiyə olunmuşdur. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə iclasında ərizəçi X4 nümayəndəsi, eyni zamanda Ərizəçi ərizəsini müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, torpaq sahəsi kəndlərində aqrar islahat keçirilən zaman onlara təhkim edilmişdir və həmin torpaq sahəsi ötən müddət ərzində istifadələrində olduğuna görə mülkiyyət sənədindəki yanlışlığa fikir verməmişlər. Qonşuları ərizədə göstərilən halları təsdiq edə bilərlər. Göstərilənlərə əsasən ərizəçi ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X7 izahatında ərizəçinin qonşusu olduğunu, Xaçmaz rayonunda torpaq islahatı keçirilərkən ərizəçiyə və onun ailə üzvlərinə Xaçmaz rayonunun Zeyxuroba kəndində cəmi 0,08 ha torpaq sahəsi verildiyini, lakin mülkiyyət sənədində Ərizəçi ata adının “Əspəndər” əvəzinə səhvən “İsgəndər” kimi, onun qızı Samirənin soyadının “Məmmədova” əvəzinə səhvən “Məmmədov”, adının “Samirə” əvəzinə səhvən “Samir”, ata adının isə “Cavad qızı” əvəzinə səhvən “Cavad oğlu” kimi qeyd edildiyini bildirmişdir. Torpaq sahəsi ayrılan vaxtdan ərizəçilərin və onların ailə üzvlərinin istifadəsindədir və JN-094C seriyalı kod nömrəsi 30225028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ərizəçilər Ərizəçi və X6 və onların ailə üzvlərinə məxsusdur. Məhkəmə iclasında şahid qismində ifadə verən X8 şahid X7 ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN-094C seriyalı kod nömrəsi 30225028 olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən müəyyən olunur ki, Ərizəçi və onun ailə üzvlərinə Xaçmaz rayonunun Zeyxuroba kəndində cəmi 0,08 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, ərizəçinin adı, soyadı və ata adı Ərizəçi kimi qeyd edilmişdir. İş materiallarında olan JN-094C seriyalı kod nömrəsi 30225028 olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən müəyyən olunur ki, Ərizəçi ata adı Əspəndər əvəzinə səhvən İsgəndər kimi, X2 Məmmədova əvəzinə səhvən Məmmədov, adı Samirə əvəzinə səhvən Samir, ata adı isə Cavad qızı olduğu halda səhvən Cavad oğlu kimi qeyd edilmişdir. İş materiallarında olan DƏDRX-nin 5 saylı Xaşmaz Ərazi İdarəsinin 15.03.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, ərizəçilərə məhkəməyə ərizə ilə müraciət etmələri tövsiyyə olunub. İş materiallarında olan 26.11.2021-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, ərizəçilər tərəfindən ərizənin verilməsi ilə əlaqədar 20(iyirmi) manat dövlət rüsumu köçürülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, JN-094 C seriyalı 30225028 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə paylı mülkiyyətçilər payçılar Ərizəçi və X6 və onların ailə üzvilərinə sənədin məxsus olması faktı müəyyən olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. JN-094 C seriyalı 30225028 Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin Ərizəçi, X6 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar