Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-115/2020 25.08.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı özbaşına tikilmiş hasarın sökülməsi və sair tələbinə dair iddia ərizəsi barəsində mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh tərəfindən özbaşına tikilmiş daş hasarın onun öz vəsaiti hesabına sökülərək yolun əvvəlki vəziyyətə gətirilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianın baxılmamış saxlanılmasına etiraz etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddiaçı iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı özbaşına tikilmiş hasarın sökülməsi və sair tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul İddiaçı alınaraq Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qərardaddan 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-115/2020
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-115/2020
25.08.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver