Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-115/2025 13.02.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı inzibati aktın ləğv edilməsi və cərimənin silinməsi tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı inzibati aktın ləğv edilməsi və cərimənin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərişıq ASC-nin nümayəndələri tərəfindən yaşadığı mənzilə quraşdırılmış elektrik sayğacına baxış keçirilən zaman özlərinin xətaları ucbatından mənzilə quraşdırılmış elektrik sayğacından kənar mənzilə bir-başa kənar xətt çəkilməsinə dair xx.xx.2022-ci il tarixli, 274303 nömrəli qüsur barədə tərtib olunmuş aktın əsasız və qanunsuz olduğundan ləğv olunması, təyin olunmuş cərimənin silinməsi və elektrik sərfiyyatı üçün müxtəlif tarixlərdə ödəniş etdiyi Smart tipli kartdan hər dəfə tutulmuş 50 % borcun hesablanaraq cavabdehdən tutulmaqla ona geri qaytarılmasıbarədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməyərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, tərəflər məhkəmə iclasına gəlmədiklərinədən hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı inzibati aktın ləğv edilməsi və cərimənin silinməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-115/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-115/2025
13.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver