Məhkəmə qərarları › İş №2(067)-1152/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1152/2020

27.08.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1152/2020 27.08.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1958-ci ildə Quba rayonu, Zərdabi kəndində anadan olmuş, Xaçmaz rayonu, Arzu kəndində qeydiyyatda olmaqla orada yaşayan bacısı X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1958-ci ildə Quba rayonunun Zərdabi kəndində anadan olmuş, Xaçmaz rayonu, Arzu kəndində qeydiyyatda olmaqla orada yaşayan bacısı X3 ruhi xəstə olmaqla, müddətsiz olaraq 2-ci qrup əlildir. TSEK-nin xx.xx.2012-ci il tarixli SER TSE-02- 224121 saylı arayışında da göstərilir ki, X3 müddətsiz olaraq 2-ci qrup əlildir, əməyə qadir deyildir. Ruhi xəstə olduğuna görə öz hərəkətlərini dərk edə bilmir, hərəkət qabiliyyəti yoxdur. Bu səbəbdən də o, xəstəliyi ilə əlaqədar fəaliyyət qabiliyyəti olmayan hesab edilməli və üzərində himayəçi təyin olunmalıdır. Məhkəmə iclasında Ərizəçi ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, bacısının hərəkət qabiliyyəti yoxdur, qulluğa ehtiyacı var. Bacısı onunla yaşayır, ona o, özü qulluq göstərir. O, qeyd olunanlarla əlaqədar ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı tərəf Xaçmaz rayon İH-nin Qəyyumluq və Himayəçilik komissiyasının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki Ərizəçi xx.xx.1951-ci ildə Quba rayonunun Nərimanovka kəndində anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı 09848672 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X3 03.12.58-ci ildə Quba rayonu Zərdabi kəndində anadan olmuşdur. İş materiallarında olan TSEK-nin xx.xx.2012-ci il tarixli SER TSE-02- 224121 saylı arayışından müəyyən olunur ki, X3 müddətsiz olaraq 2-ci qrup əlildir, əməyə qadir deyildir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki,ərizəçi tərəfindən 10(on) manat dövlət rüsumu köçürülmüşdür. İş materiallarında olan Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 1759 saylı ekspert rəyindən müəyyən olunur ki, X2 Şizofreniya paranoid forma, psixi qüsur halı xroniki psixi xəstəlik aşkarlanıb. O, bu xəstəliklə əlaqədar öz hərəkətlərini şüurlu ölçüb-biçmək, onları idarə etmək iqtidarında deyil. Buna görə də X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 317.2.-ci maddəsinə əsasən məhkəmədə psixi qüsuruna görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların, müvafiq icra hakimiyyəti orqanının, psixiatriya müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikasının MPM-nin 321.2.-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, 03.12.58-ci il tarixdə Quba rayonu Zərdabi kəndində anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1958-ci il tarixdə Quba rayonu Zərdabi kəndində anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar