Məhkəmə qərarları › İş №2(067)-1159/2021

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1159/2021

19.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1159/2021 19.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Mən, Xaçmaz Rayon Məhkəməsinin hakimi Quliyev Xıdır İnqilab oğlu Ərizəçi Ərizəçi Xaçmaz rayon 1 saylı Notariət Ofisini maraqlı şəxs qismində cəlb etdiyi "Hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması hüquqi faktının müəyyən edilməsi tələbi"nə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə müraciət edərək JN-0005 nömrəli, 32119068 kodlu, xx xxxxxx 1999-cu il tarixli torpağa mülkiyyət hüququna dair dövlət atası X2 və anası X1 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki,ərizəni və ona əlavə edilmiş sənədləri araşdırılarkən müəyyən olunmuşdur ki, ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi üçün aidiyyəti orqana- Xaçmaz rayon 1 saylı Notariət Ofisinə müraciət etmədən, ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilən hüquq normasının məzmunundan göründüyü kimi, ərizəçi ilk növbədə aidiyyəti orqanlara- Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Xaçmaz rayon 1 saylı Notariət Ofisinə müraciət etməlidir. Həmin orqanlarda müraciətinin həlli mümkün olmadıqda həmin orqanların bu barədə rəsmi sənədini əldə etdikdən sonra məhkəməyə müraciət etmək hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.4.-cü maddəsinə əsasən ərizədə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də yuxarıda qeyd olunanlara əsasən hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Ərizəçiyə qeyd edilən prosessual tələblərə riayət etdikdən sonra yenidən ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Ərizəçi Ərizəçi Xaçmaz rayon 1 saylı Notariət Ofisini maraqlı şəxs qismində cəlb etdiyi "Hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması hüquqi faktının müəyyən edilməsi tələbi"nə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar