Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1168/2021 03.05.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı məhkəmədə iddia qaldıraraq təbii qazdan istifadə qaydalarının pozulması haqqında 18 iyul 2017-ci il tarixli, ******* saylı akt və “itirilmiş qazın bərpası üzrə” 27 iyul 2017-ci il tarixli komissiya qərarı əsasında əsassız olaraq hesablanmış 221 manat 40 qəpik, bundan əlavə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28 sentyabr 2018-ci il tarixli, ******* saylı akt və “itirilmiş qazın bərpası üzrə” 28 sentyabr 2018-ci il tarixli komissiya qərarı əsasında əsassız olaraq hesablanmış 691 manat 20 qəpik məbləğində ziyanın silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə birlikdə Xaçmaz rayonunun Ağyazı-Buduq kəndində yaşayır. İddiaçının yaşayış evinə Qaz İdarəsi tərəfindən qaz sayğacı quraşdırılıb və İddiaçı istifadə etdiyi təbii qazın pulunu sayğacın göstəricilərinə əsasən ödəmişdir və heç bir borcu da olmamışdır. 18 iyul 2017-ci il tarixdə Xaçmaz RQİİ-nin işçiləri evə gələrək quraşdırılmış qaz sayğacını dəyişdirərək yenisi ilə əvəz etmişlər və bu barədə 18 iyul 2017-ci il tarixli akt tərtib etmişlər. Qaz sayğacı çıxarıldıqdan sonra keçən müddət ərzində onun hər hansı bir nasazlığı barədə qaz idarəsinin əməkdaşları heç bir iradlarını bildirməmişlər. Çıxarılan qaz sayğacı istifadəyə yararlı vəziyyətdə olmuş və həmin sayğacın göstəricilərinə əsasən iddiaçı istifadə etdiyi təbii qazın pulunu ödəmişdir. Qaz sayğacı çıxarıldıqdan sonra yaxın vaxtlarda qaz idarəsinin əməkdaşları iddiaçının evinə gələrək bildirmişlər ki, evdən çıxarılmış qaz sayğacı laboratoriyaya göndərilmiş və guya sayğacda nöqsan aşkar edilmiş, yəni «kənar təsir nəticəsində sayğacın plasmas qapağı yan tərəfdən əzilib» rəyi verilmişdir. Onlar bu barədə 18 iyul 2017-ci il tarixli ******* Ns-li akt tərtib olunduğunu və komissiya qərarına əsasən iddiaçıya qaz sərfıyyatı və 221 manat 40 qəpik məbləğində ziyan hesablandığını, hesablanmış ziyanı ödəməli olduğumu bildirmişlər. İddiaçı tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 18 iyul 2017-cı ıl tarixli ******* saylı akt əsasında yazılmış 27 iyul 2017-ci il tarixli komissiya qərarı ilə qəti razı deyildir. İddiaçı qanunu bilmədiyi üçün ilk zamanlar buna əhəmiyyət verməmişdir. Lakin 28 sentyabr 2018-ci il tarixdə Xaçmaz RQİİ-nin işçiləri təkrar evə gələrək quraşdırılmış qaz sayğacını dəyişdirərək yenisi ilə əvəz etmişlər və bu barədə 28 sentyabr 2018-ci il tarixli akt tərtib etmişlər. Qaz sayğacı çıxarıldıqdan sonra keçən müddət ərzində onun hər hansı bir nasazlığı barədə qaz heç bir irad bildirməmişdir. Çıxarılan qaz sayğacı istifadəyə yararlı vəziyyətdə olmuş və həmin sayğacın göstəricilərinə əsasən istifadə olunan təbii qazın pulu ödənmişdir. Qaz sayğacı çıxarılandan sonra yaxın vaxtlarda qaz idarəsinin əməkdaşları evə gələrək bildirmişlər ki, çıxarılmış qaz sayğacı laboratoriyaya göndərilmiş və guya iddiaçının sayğacında nöqsan aşkar edilmiş, yəni «kənar təsir nəticəsində sayğacın plasmas qapağı yan tərəfdən əzilib» rəyi verilmişdir. Onlar bu barədə 28 sentyabr 2018-ci il tarixli ******* Ne-li akt tərtib olunduğunu və komissiya qərarına əsasən iddiaçıya qaz sərfıyyatı və 691 manat 20 qəpik məbləğində ziyan hesablandığını, onun hesablanmış ziyanı ödəməli olduğunu bildirmişlər. İddiaçı tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28 sentyabr 2018-ci il tarixli ******* №-li akt əsasında yazılmış 28 sentyabr 2018-ci il tarixli komissiya qərarı ilə qəti razı deyildir. Bu barədə iddiaçıya yaxın vaxtlarda məlum olmuşdur. Belə ki, iddiaçının istifadəsində olduğu müddətdə sayğaca nə İddiaçı, nə də ailə üzvləri heç bir müdaxilə etməmişlər. Sayğacın hesablama mexanizminin plastmas qapağının yan tərəfinin əzilməsi halının nə vaxt baş verməsi məlum deyildir. Hər ay qaz idarəsinin işçiləri sayğaca baxış keçirmiş, eləcə də qaz sərfıyyatı haqda bildiriş tərtib edilərək bu vaxt sayğaca hər hansı bir müdaxilə halını onlar müşahidə etməli idi. Belə olan halda sayğaca müdaxilə olması ən çox bir ay ərzində nəzarətdən yayına bilərdi. Bundan başqa sayğac küçədə quraşdırıldığına görə iddiaçı sayğacın təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyət daşımır. Belə olduqla istənilən halda kənar şəxs belə sayğaca toxuna və müdaxilə edə bilər. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011 -ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.8,-ci bəndinə əsasən Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Gəstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 4-cü maddəsini rəhbər tutaraq, təbii qazdan istifadə qaydalarının pozulması haqqında 18 iyul 2017-ci il tarixli ******* Ne-li akt və «İtirilmiş qazm bərpası üzrə» 27 iyul 2017-ci il tarixli komissiya qərarı əsasında əsassız olaraq hesablanmış 221 manat 40 qəpik, bundan əlavə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28 sentyabr 2018-ci il tarixli ******* Ns-li akt və «İtirilmiş qaın bərpası üzrə» 28 sentyabr 2018-ci il tarixli komissiya qərarı əsasında əsassız olaraq hesablanmış 691- manat 20 qəpik məbləğində ziyanın silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək bildirmişdir ki, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 18 iyul 2017-ci il tarixli ******* saylı Aktdan kənar təsirə görə sayğacın plastmas qapağının yan tərəfinin əzilməsi və “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 sentyabr 2018-ci il tarixli ******* saylı Aktdan görünür ki, 28 sentyabr 2018-ci il tarixdə istehlakçı İddiaçı yaşadığı Xaçmaz rayonu, Ağyazı-Buduq kəndində keçirilmiş yoxlama nəticəsində sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri aşkar olunmuşdur. Qaz idarəsinin əməkdaşları qanuna müvafiq akt tərtib etmişlər. Akt əsasında vətəndaşa cərimə yazılmış, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 18 iyul 2017-ci il tarixli ******* saylı Aktdan görünür ki, 18 iyul 2017-ci il tarixdə istehlakçı İddiaçı yaşadığı Xaçmaz rayonu, Ağyazı-Buduq kəndində keçirilmiş yoxlama nəticəsində kənar təsirə görə sayğacın plastmas qapağının yan tərəfi əzilmişdir. Akta əsasən dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olunmuşdur. Aktı Xaçmaz RQİİnin əməkdaşları Rzayev Vüqar, Məmmədov Oktay, Zeynalov Rəfail imzalamışlar. İş materiallarında olan 18 iyul 2017-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” Tələbnamədən görünür ki, **********11130 kodlu abonent İddiaçı kənar təsirə görə sayğacın plastmas qapağının yan tərəfinin əzilməsinə görə 18 iyul 2017-ci il tarixli ******* №li Akta əsasən 1 ədəd PQ2 cıhazına görə 432 kub metr, bir ədəd su qızdırıcısına görə 675 kub metr, cəmi 1107 kub metr sərfiyyata görə cərimə olunmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 sentyabr 2018-ci il tarixli ******* saylı Aktdan görünür ki, 28 sentyabr 2018-ci il tarixdə saat 12:00-da istehlakçı İddiaçı yaşadığı Xaçmaz rayonu, Ağyazı-Buduq kəndində keçirilmiş yoxlama nəticəsində sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri aşkar olunmuşdur. Akta əsasən dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olunmuşdur. Aktı Xaçmaz RQİİ-nin əməkdaşları Dəmirov Bəhruz, Şahbazov Əli və Zeynalov Rəfail imzalamışlar. İş materiallarında olan 28 sentyabr 2018-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” Tələbnamədən görünür ki, **********11130 kodlu abonent İddiaçı sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri aşkar olunduğuna görə 28 sentyabr 2018-ci il tarixli ******* №li Akta əsasən 1 ədəd PQ3 cıhazına görə 864 kub metr, bir ədəd radiator sobasına görə 2592 kub metr, cəmi 3456 kub metr sərfiyyata görə cərimə olunmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, **********11130 kodlu abonent İddiaçı Xaçmaz rayonu, Ağyazı-buduq kəndində bir ədəd 4 gözlü qaz plitəsi (PQ4) və bir ədəd qızdırıcı radiator peçi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci maddəsində nəzərdə tutulur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci maddəsində nəzərdə tutulur ki, fiziki şəxs olan istelakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2.-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və sair orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 3.1.5.-ci bəndinə əsasən istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərilməlidir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.4.-cü bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.8.-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizimlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.1.10.-cu bəndinə əsasən istehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbə dövlət yoxlanılmasından keçirmək. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.1.11.-ci bəndinə əsasən ödənişsiz qaydada İstehlakçının zədələnmiş qaz sayğacını təmir etmək və dövlət yoxlamasından keçirmək, habelə həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişmək və quraşdırmaq. Məhkəmə həmçinin qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs. müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt törədilməsindədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən müddəaları rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddiaçının sayğaca müdaxilə etməsi müəyyən olunmadığından, onun zərərlə bağlı mülki hüquqi məsuliyyəti yaranmamışdır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə isə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiyinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Tərəflərin izahatlarından və iş materiallarından müəyyən olunmuşdur ki, iddiaçının istifadəsində olan evdə qaz sayğacı həyətdən kənarda quraşdırılmışdır. Qaz sayğacı həyətdən kənarda küçə tərəfində quraşdırıldığından Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.8.-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Belə ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə qaz idarəsi cavabdehlik daşıyır. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, iddiaçı tərəfindən sayğaca qəsd və ya ehtiyatsızlıqdan hər hansı müdaxilə edilməsi öz təsdiqini tapmamışdır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi İddia tələbi təmin edilsin. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 18 iyul 2017-ci il tarixli, ******* saylı akt və “itirilmiş qazın bərpası üzrə” 27 iyul 2017-ci il tarixli komissiya qərarı əsasında əsassız olaraq hesablanmış 221 manat 40 qəpik və təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28 sentyabr 2018-ci il tarixli, ******* saylı akt və “itirilmiş qazın bərpası üzrə” 28 sentyabr 2018-ci il tarixli komissiya qərarı əsasında əsassız olaraq hesablanmış 691 manat 20 qəpik məbləğində borc abonentin hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1168/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1168/2021
03.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver