Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-118/2022 14.01.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X5, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, bacısı 24.12.1950-ci il təvəllüdlü, Xaçmaz şəhəri, ünvan 1 ünvanında yaşayan X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, doğma bacısı 1950-ci il təvəllüdlü, Xaçmaz şəhəri, ünvan 1 ünvanda yaşayan X6 uşaqlıqdan ağır dərəcəli kəmağıllılıq və davranış pozğunluğu ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının psixiatriya şöbəsində qeydiyyatdadır. Göstərilən xəstəliklə əlaqədar bacısı X6 dəfələrlə Respublika Psixiatriya Stasionarında müalicə almışdır. Ruhi xəstəlik ilə əlaqədar o, öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərinə rəhbərlik edə bilmir. Belə şəxslər üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat vermiş və ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə X3 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 12.11.2021-ci il tarixli 2645 saylı rəyinə etirazı olmadığını bildirdi. İş üzrə maraqlı şəxs Xaçmaz Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-T seriyalı 169600 saylı doğum haqqında şəhadətnamənin surətindən və AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X6 24.12.1950-ci il ildə Xaçmaz rayonunda anadan olmuşdur, onun atası X9, anası isə X7r. İş materiallarında olan İ-ИЕ seriyalı 404822 saylı doğum haqqında şəhadətnamənin surətindən və AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1953-ci ildə Xaçmaz rayonunda anadan olmuşdur, onun atası X9, anası isə X7r. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının arayışından müəyyən olunur ki, 24.12.1950-ci il təvəllüdlü X6 qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli əqli gerilik İdiotiya diaqnozu ilə ikinci dərəcəli müddətsiz əlildir. İş materiallarında olan Xaçmaz rayon Mərkəzi Xəstəxanasının 13.08.2021-ci il tarixli 1171 nömrəli arayışın surətindən müəyyən olunur ki, 1950-ci il təvəllüdlü X6 2002-ci il tarixindən “Ağır dərəcəli kəmağıllılıq, davranış pozuntusu” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə X3 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 12.11.2021-ci il tarixli 2645 saylı rəyindən müəyyən olunur ki, X2 debillik dərəcəsində oliqofreniya, davranış pozuntuları ilə müəyyən edilir. X6 hazırki psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik deyil. X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X1 onda müəyyən edilən orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vemir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8.-ci maddəsinə uyğun olaraq ağıl zəifliyi və ruhi xəstəlik nəticəsində öz hərəkətinin mənasına başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikasının MPM-nin 317.2.-ci maddəsinə əsasən məhkəmədə psixi qüsuruna görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasındaa asılı olmayaraq, yaxın qohumların, müvafiq icra hakimiyyəti orqanının, psixiatriya müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikasının MPM-nin 321.2.-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, ərizə təmin edilməli, 24.12.1950-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 24.12.1950-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-118/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-118/2022
14.01.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver