Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-119/2024 13.12.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X7, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi və maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********05 reyestr nömrəli çıxarışla adına rəsmiləşdirilmiş, Xaçmaz rayonu Qaraçı kəndi ərazisində yerləşən 1,2779 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq istifadələrinə qaytarılmaları və ödədiyi 100 manat dövlət rüsumunun, həmçinin 5 saylı Ərazi idarəsinin hesabına ödədiyi 120 manat pulun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xüsusi mülkiyyətində Xaçmaz rayonu, Qaraçı kəndi ərazisində 1.2779 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə hüququ hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021 -ci il tarixli, ********** qeydiyyat nömrəli, **********05 saylı çıxarışla rəsmiləşdirilmiş, torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Həmin torpaq sahəsi Xaçmaz rayon AİK-nin xx.xx.1998-ci il tarixli, 02 nömrəli qərarı ilə verilmiş pay torpaq sahəsinin bir hissəsidir, bir hissəsini isə əvvəllər satmışlar. Torpaq islahatı ilə əlaqədar verilən həmin torpaqlarıdan bu vaxta qədər hər hansı çətinlik olmadan istifadə etmişlər, yəni əkib-becərmişlər. Bu il isə torpağı şumlatmaq üçün əraziyə traktor gətizdirmişlər, cavabdeh X2 əraziyə gələrək bildirmişdir ki, ərazi ona məxsusdur, orada hər hansı işlər aparıla bilməz. Beləliklə, cavabdeh bütövlükdə torpaq sahəsini öz torpaq sahəsinə qataraq istifadə edir. Bununla əlaqədar Kadastr İdarəsinə müraciət etmişlər. İdarənin hesabına xx.xx.2023-cü il tarixli, 77-3 saylı mədaxil orderi ilə 120 manat məbləğində pul ödəmişlər. Əraziyə gəlmiş mütəxəssis ölçmə işləri apararaq mülkiyyət sənədində göstərilən koordinatlar daxilində ərazinin yerində onlara bir daha göstərmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3.21 -3-34/2-7-0058- 39/2023 saylı məktubundan da görünür ki, Qaraçı kəndi ərazisində yerləşən torpaq sahəsi faktiki yerində elektron uçot baza məlumatlarına əsasən qonşu torpaq sahələri ilə ölçülmüş və torpaq sahəsinin döngə nöqtələri yerində göstərilmişdir. Buna baxmayaraq cavabdeh onları öz torpaq sahələrinə buraxmır, nəticədə əmlakından istifadə edə bilmirlər. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Bildirmişdir ki, 2 ildir torpağından istifadə edə bilmir, cavabdeh torpağından qanunsuz istifadə edir. Onun mülkiyyət sənədi də var, amma mülkiyyətindəki torpağı cavabdeh istifadə edir. Ona görə iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh göstərmişdir ki, iddiaçının torpağından özbaşına istifadə etməmişdir. 2019-cu ildə iddiaçı 5 nəfər ailə üzvü ilə birlikdə torpaq satmışlar və həmin vaxt onun torpağında iddiaçının torpağına tərəf sürüşmə olmuşdur. Torpağının bir hissəsini də bələdiyyə satmışdır. Məhkəməyə iddia vermiş, tələbi rədd olunmuşdur. Sonra DİN-nə müraciət etmiş və həm iddiaçıdan, həm də bələdiyyədən torpağını alıb qaytarmışlar. Lakin sonradan yenə iddiaçı torpağı əkmişdir. İddianı qəbul etmir və rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********05 reyestr nömrəli çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu Qaraçı kəndi ərazisində yerləşən 1,2779 ha torpaq sahəsi birgə mülkiyyət hüququ üzrə İddiaçı və Əkbərov Hicran Kamil oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 346 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən müəyyən olunur ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qydiyyat nömrəli, **********05 reyesl nömrəli çıxarışa əsasən Xaçmaz rayonu Qaraçı kəndi ərazisində yerləşən İddiaçı və qeyrisinin mülkiyyətində (qanuni istifadəsində) olan 1.2779 ha olan torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qydiyyat nömrəli, **********05 reyestr nömrəli çıxarışa əsasən Xaçmaz rayonu Qaraçı kəndi ərazisində yerləşən İddiaçı və qeyrisinin mülkiyyətində (qanuni istifadəsində) olan 1.2779 ha olan torpaq sahəsi baza məlumatlarına əsasən (DWG) xəritələrinə əsasən Cavabdeh tərəfindən istifadə olunmur. Lakin torpaqların elektron uçotu informasiya (TEKUİS) sisteminə əsasən, İddiaçı və qeyrisinin mülkiyyətində (qanuni istifadəsində) olan 1.2779 ha torpaq sahəsindən 1.02 ha hissəsi, Cavabdeh tərəfindən istifadə olunur. Qərb istiqamətində cənubdan şimala 20.43 metrə, qərbdən şərqə 645.8 metrə, şərqdən cənuba 11.25 metrə, şərqdən qərbə 645 metrə ölçüdə 1.02 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə olunur. Azərbaycan Respublikasında Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 7 Mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı İlə “Azərbaycan Respublikasında Torpaqların X8 X1 X10 X5 Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən sistemin yaradılmasında X10 xəritəsinin tərtibində məqsəd – torpaqlardan səmərəli istifadənin təmin edilməsi üçün mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaq sahələrinin həndəsi ölçülərini, sərhədlərini, konfiqurasiyasını, kənd təsərrüfatı yerlərində (uqodiyaları), torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişiklikləri düzgün müəyyənləşdirmək və sistemdə əks etdirmək, torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etmək, torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində görülən tədbirlərin səmərəliliyinə zəmin yaratmaq, torpaq ehtiyatlarının mülkiyyət növləri üzrə kəmiyyət göstəricilərini müəyyənləşdirmək, dəqiq məlumatlar əsasında torpaq balansını tərtib etməkdir. Məhkəmə ekspert rəyində olan ziddiyətli məqama hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin yuxarıda adı çəkilən Fərmanını rəhbər tutaraq, TEKUİS sisteminin məlumatlarını əsas götürülməlidir. İş materiallarında olan mədaxil qəbzindən müəyyən olunur ki, mütəxəssis rəyinin alınması üçün iddiaçı tərəfindən 120 manat rüsum köçürülmüşdür. İş materiallarında olan ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 100 manat rüsum ödənilmişdir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X6 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5 ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, tərəflərin izahatlarını, ekspert rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin olunsun. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********05 reyestr nömrəli çıxarışa əsasən Xaçmaz rayonu Qaraçı kəndi ərazisində yerləşən İddiaçı və qeyrisinin mülkiyyətində (qanuni istifadəsində) olan 1.2779 ha torpaq sahəsinin 1.02 ha hissəsi (Qərb istiqamətində cənubdan şimala 20.43 metrə, qərbdən şərqə 645.8 metrə, şərqdən cənuba 11.25 metrə, şərqdən qərbə 645 metrə ölçüdə) Cavabdeh istifadəsindən alınaraq İddiaçı istifadəsinə qaytarılsın. İş üzrə mütəxəssis rəyi üçün ödənilmiş 120 manat məbləğində pul və 100 manat ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh alınaraq X3, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-119/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-119/2024
13.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver