Məhkəmə qərarları › İş №2(067)-1193/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1193/2022

30.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1193/2022 30.06.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı və Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı komissiya qərarının və aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış pulun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İB-i tərəfindən tərtib olunmuş 18.01,2022-ci il tarixli ******* saylı akt və bu aktlara əsasən qaz itkisinin hesablanmasına dair tərtib olunmuş sənəd qanunsuz olduğu üçün etibarsız hesab edilməsi və cavabdeh Azəriqaz İB-nin Xaçmaz RQİİ-nin vəzifəli şəxləri tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” №00207410 saylı akt əsasən hesablanmış 1270 manat “qalıq borc” pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X6 İstismar İdarəsinin əməkdaşları E.Aslanov, Ə.Əhmədova, A.Abdullayev 2022-ci ilin yanvar ayında növbəti dövlət yoxlaması adı ilə onun yaşadığı Xaçmaz rayonu, Köhnə-Xudat kəndində kəndində yerləşən evinə gəlmiş, sayğaca baxış keçirmişlər. xx.xx.2022-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” №0207410 AKT-da göstərilir ki, qaz sayğacının üfüqü vəziyyətə gətirərək qeyri-qanuni qazdan istifadə etdiyi üçün Abonent dəymiş ziyam ödəməlidir. Tərəfindən sayğaca hər hansı müdaxilə olunmamış, sayğacın plasmas qapağına heç bir müdaxilə edilməmişdir. Yuxarıda göstərildiyi kimi sayğac çıxarılıb götürülərkən qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Qaz sərfıyyatına görə ödənişləri vaxtlı-vaxtında etmişdir, onun və ailə üzvlərinin tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır. Sayğac evinin həyətində yox, küçədədi, yəni evin qarşısında quraşdırılmışdır, Qaz İdarəsinin əməkdaşı ayda bir neçə dəfə sayğaca baxış keçirir, göstərişini qeyd edir, əgər hər hansı bir qüsur olsaydı, bu barədə ona bildirilərdi. Ona görə də hesab edir ki, AKT etibarsız hesab edilməli və əsassız hesablanmış məbləğ silinməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, Xaçmaz RQİİ-nin işçiləri evində quraşdırılmış qaz sayğacını xx.xx.2021-ci il tarixdə o olmadan dəyişdirərək yenisi ilə əvəz ediblər və bu barədə akt tərtib olunub. Sonra isə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli akt tərtib olunub və komissiya qərarına əsasən ona 1270 manat ziyan hesablanıb. Həmin ziyanı əsasız sayır. Ona görə ki, qaz sayğacı küçədə yerləşir və o sayğaca müdaxilə etməmişdir. Qaz sərfiyyatına görə əsassız hesablanmış 1270 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Sayğac dəyişdirilərkən o olmamışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli akt tərtib olunarkən də iştirak etməmişdir, aktı oğlu X4 imzalayıb. O və ailə üzvləri sayğaca heç bir müdaxilə etməmişdir. Sayğacı şaquli vəziyyətə o gətirməmişdir. Oğlu onunla yaşamır. oğlunun 40 yaşı var, lakin onu aldadıb akta imza etdiriblər. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi X2 iddian qəbul etməyərək bildirmişdir ki, iddiaçının evinə quraşdırılmış sayğac şaquli vəziyyətə gətirildiyinə görə, qaz sayğacdan keçib, lakin qaz sərfiyyatı qeydə alınmayıb. Xaçmaz RQİİ-nin işçiləri quraşdırılmış qaz sayğacını xx.xx.2021-ci il tarixdə dəyişdirərək yenisi ilə əvəz ediblər və bu barədə akt tərtib olunub. Sonra isə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022ci il tarixli akt tərtib olunub və komissiya qərarına əsasən iddiaçıya 1270 manat ziyan hesablanıb. Akt tərtib olunarkən iddiaçının oğlu ailə üzvü kimi həmin aktı imzalayıb və təbii qazdan istifadə qaydalarının pozulması faktını etiraf edib. Sayğac küçədə yerləşsə də, sayğacı şaquli vəziyyətə gətirmək heç kimin marağında deyil, bunun üçün qaz borularının açılması, xeyli işlər görülməsi zəruridir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli ******* saylı Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan müəyyən olunur ki, İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış sayğacı abonent sayğacı üfüqü vəziyyətə gətirərək təbii qazdan qeyriqanuni istifadə edir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədə Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli Akta əsasən sayğacın dəyəri və dəymiş ziyanın ödənilməsinin təmin edilməli olduğu göstərilmişdir. Beləliklə də, iş materiallarından müəyyən olunur ki, Cavabdeh tərəfindən tərtib olunmuş akt və həmin akt əsasında hesablanmış ziyan məbləği abonent İddiaçı aiddir. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını öyrənib hesab edir ki, iddiaçının qaz sayğacına müdaxilə etməməsi həqiqətəuyğun deyil. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli ******* saylı Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, iddiaçının yetkinlik yaşına çatmış ailə üzvü həmin akta imza etmiş və aktda hər hansı bir etirazını qeyd etməmişdir. Bu isə ona dəlalət edir ki, sayğaca baxış keçirilən zaman, iddiaçının ailə üzvü baxışda iştirak etmiş və sayğacın həqiqətən də üfüqi vəziyyətdə olduğunu təsdiq etmişdir. Nəzərə alınmaq lazımdır ki, qaz sayğacı dəmir materialından hazırlanmış bir qurğudur və qaz borularına dəmir birləşmələrlə bərkidilir. Yəni sayğacın vəziyyətini dəyişmək üçün mənzilə gedən qaz təchizatını dayandırmaq, qaz sayğacını borudan ayırmaq məcburidir. Bundan sonra müvafiq işlər gördükdən sonra onu üfüqi vəziyyətə gətirmək mümkün olacaqdır. İddiaçı isə iddia edir ki, sayğac küçədə yerləşdiyindən, onun üfüqi vəziyyətə kim tərəfindən gətirilməsi barədə məlumatı yoxdur, iddia edir ki, bunu hər yoldan keçən şəxs edə bilərdi. Halbuki, yuxarıda göstərildiyi kimi, qaz sayğacını bu vəziyyətə gətirilməsi üçün ən azı mənzilə qaz sayğacının təchizatı dayandırılmalıdır, daha sonra isə sayğacın borudan ayrılaraq üfüqi vəziyyətə gətirilməsi yalnız xüsusi alətlər vasitəsilə həyata keçirmək mümkündür. Bütün bunları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçının sayğacın üfüqi vəziyyətə kənar şəxs tərəfindən gətirilməsi barədə məlumatsız olması əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2.-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və sair orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar