Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1195/2022 26.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, ərizəçi X1 iştirakı ilə, ərizəçi X1 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi X2 ərizə ilə məhkəməyə müraciət edərək, X3, Cəfərova Ayişə və Cəfərov Abümüslümin adına verilmiş JN-0020 seriyalı, 30202008 kodlu dövlət aktının o-ərizəçi X5, ailə üzvləri olmuş 26 sentyabr 1999-cu il tarixdə vəfat etmiş Cəfərov Abamislim və xx.xx.2021-ci il tarixdə vəfat etmiş Cəfərova Ayşəyə məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi X2 ərizəsini onunla əsaslandırmışdır ki, o - Ərizəçi ata soyadı Cəfərova olmuşdur, lakin xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olduğumdan ər soyadı oları Fayzullayeva soyadını qəbul etmişdir. Rayonlarda aparılan Aqrar islahatlar zamanı Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 24 iyun 1998-ci il tarixli, 08 saylı qərarına əsasən onun və digər ailə üzvlərinin mülkiyyətinə Xaçmaz rayonunun Xudat ŞTQ adlanan ərazisindən 1.34 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə adılarına JN-0020 seriyalı, 30202008 kodlu dövlət aktı ilə rəsmiləşdirilmişdir. Lakin həmin dövlət aktında o- Ərizəçi ata adı “Abamislimovna” olduğu halda səhvən “Abümüslüm qızı” kimi qeyd edilmiş, eləcədə mərhum ailə üzvləri olmuş validey inləri 26 sentyabr 1999-cü il tarixdə vəfat etmiş Abamislim Cəfərovun adı “Abamislim” olduğu halda səhvən “Abümüslüm”, digər ailə üzvü olmuş xx.xx.2021-ci il tarixdə vəfat etmiş Ayşə Cəfərovnanın adı “Ayşə” olduğu halda səhvən “Ayişə” kimi yazılmışdır. Həmin vaxt hüquqi savadsızlıqdan 'bunun gələcəkdə lıansı hüquqi nəticələrə səbəb ola biləcəyinə əhəmiyyət verməmişlər. Yaxın vaxtlarda yeni mülkiyyət sənədini almaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmidirk. Lakin JN-0020-seriyalı, 30202008 kodlu dövlət aktında səhvən yazıldığından müraciətlərinin həlli mümkün olmamış, reyestr xidməti tərəfindən ona uyğunsuzluğun aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bu barədə ona imtina məktubu vermişlər. Həmin mülkiyyət sənədini verən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəknıə Komitəsinin Xaçmaz rayon Şöbəsinin fəaliyyətinə xitam verildiyindən yaranmış uyğunsuzluğu diğər qaydada aradan qaldırmaq mümkün deyildir. Ona ğörə də sənədin şəxsə məxsus olması faktının müyyən edilməsinə dair məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edirik ki, ad, soyad və ata adlarının səhvən yazılması barədə Xaçmaz rayon İcra Hakimiyyətinin Başçısının Xudat şəhəri İƏD nümayəndəsi müafiq arayış vermişdir. Məhkəmə iclasında ərizəçi X2 ərizəsini müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Xaçmaz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 08 saylı qərarı ilə ona və ailə üzvlərinə Xaçmaz rayonunun Xudat ŞTQ adlanan ərazidə cəmi 1,34 ha pay torpaq sahəsi ayrılıb. Həmin pay torpaq sahəsinə mülkiyyət hüququna dair onlara JN-0020 seriyalı 30202008 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktı təqdim edilib. X11 ata adı səhvən Abamüslüm qızı kimi, mərhum atasının adı səhvən Abümüslüm kimi, mərhum anasının adı səhvən Ayişə kimi qeyd edilib. Torpaq sahəsi onlara təhkim olunandan bəri istifadələrində olub və sənəddəki yanlışlığa fikir verməmişlər. Bu yaxınlarda torpaq sahəsilə bağlı yeni mülkiyyət sənədi almaq üçün DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir, lakin JN-0020 seriyalı 30202008 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktında yanlışlıq olduğundan, onlara yeni mülkiyyət sənədinin verilməsi mümkün olmayıb. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Torpaq sahəsi ötən müddət ərzində istifadələrində olduğuna görə Dövlət Aktındakı yanlışlığa fikir verməmişlər. Torpaq sahəsiylə bağlı heç bir mübahisəli məsələ yoxdur. O xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ər soyadı olan Fayzullayeva soyadını qəbul etmişdir. Ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında Torpağa mülkiyyət hüququna dair JN-0020 seriyalı, 30202008 kodlu dövlət aktından müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 08 saylı qərarı ilə X6, Cəfərova Ayişə və Cəfərov Abumuslümün mülkiyyətinə Xaçmaz rayonunun Xudat ŞTQ ərazisindən 1,34 ha torpaq sahəsi verilmişdir. İş materiallarından müəyyən olunur ki, Cəfərova Ayşə xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarından müəyyən olunur ki, Cəfərov Abamislim xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. İş materiallarından müəyyən olunur ki, X2 xx.xx.1955-ci il tarixdə Özbəkistan, İştixanda anadan olmuşdur. Onun atası Cəfərov Abamislim, anası Cəfərova Ayşədir. İş materiallarından müəyyən olunur ki, X8 ilə X7 xx.xx.2009-cu il tarixdə rəsmi nikah qeyd etdirmişlər. Nikahdan sonra X7 “Feyzullayeva” soyadını qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Torpağa mülkiyyət hüququna dair JN-0020 seriyalı, 30202008 kodlu dövlət aktının X5, ailə üzvləri olmuş 26 sentyabr 1999-cu il tarixdə vəfat etmiş Cəfərov Abamislim və xx.xx.2021ci il tarixdə vəfat etmiş Cəfərova Ayşəyə məxsus olması hüquqi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-0020 seriyalı, 30202008 kodlu dövlət aktının X4, ailə üzvləri olmuş 26 sentyabr 1999-cu il tarixdə vəfat etmiş Cəfərov Abamislim və xx.xx.2021-ci il tarixdə vəfat etmiş Cəfərova Ayşəyə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1195/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1195/2022
26.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver