Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1197/2020 07.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X8, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə Xaçmaz Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə mürasiət edərək, xx.xx.1972-ci il təvəllüdlü bacısı X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1972-ci il təvəllüdlü X4 onun doğma bacısıdır. O, Xaçmaz şəhərində anadan olub və onunla birgə ünvan 1 ünvanında yaşayırlar. Bacısı X4 uşaqlıqdan “keçirilmiş uşaq serebral iflicinin davamlı qalıq əlamətləri, spastik tetrapares psixo fiziki inkişafdan qalma ” diaqnozu ilə müddətsiz olaraq birinci dərəcə əlildir. TSEK-in xx.xx.1988-ci il tarixli rəyi ilə İ dərəcəli əlil olması müəyyən edilib, “kənar şəxsin qulluğuna ehtiyacının olması göstərilib. Ruhi xəstə olduğuna görə, o, özünü idarə edə bilmir, hərəkətlərini dərk edə bilmir. Ona görə də onun üzərində qəyyumluq təyin edilməlidir. Bacısının bütün ehtiyaclarını o, ödəyir. Bunun üçün də xəstə bacısı X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat vermiş və ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs Xaçmaz rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Vİ-JQ seriyalı 475485 saylı doğum haqqında şəhadətnamədən və AZE seriyalı 06450789 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X4 xx.xx.1972-ci ildə Xaçmaz şəhəri, A.Məmmədov küçəsi, ev 45, mənzil 21-də qeydiyyatdadır. Onun atası X9, anası X1r. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X14 Nazirliyi tərəfindən xx.xx.2017-ci il tardə verilmiş vəsiqədən və xx.xx.2016-cı il tarixli arayışından müəyyən olunur ki, xx.xx.1972-ci il təvəllüdlü X5 İ qrup əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2020-ci il tarixli 1408 saylı Rəyindən görünür ki, X3 uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli gerilik qeyd olunur. Bunu anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə erkən uşaqlıq dövründə qızdırmalı hal keçirməsi, onda serebral iflic müəyyən edilməsi ilə yanaşı psixo-fiziki inkişafda xeyli geri qalması, nitqin zəif inkişaf etməsi, qüsurlu olması, əvvəllər nevropatoloqun müalicəsini qəbul etməsi, sonralar Bakı Uşaq Nevroloji Xəstəxanasında müalicədə olması, 1 qrup müddətsiz əlil olması, hazırda yaşayış yeri üzrə poliklinikanın psixiatrik kabinetdə “Serebral iflic hər iki aşağı ətrafın paraplegiyası” diaqnozu ilə qeydiyyatda olması, sərbəst yeriyə bilməməsi, fizioloji ifrazatları ilə natəmiz olması, hər hansı bir işi müstəqil yerinə yetirməməsi və s.) sübut edir. Bunları nəzərə alaraq belə qənaətə gəlinir ki, X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Buna görə də, X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8.-ci maddəsinə uyğun olaraq ağıl zəifliyi və ruhi xəstəlik nəticəsində öz hərəkətinin mənasına başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikasının MPM-nin 317.2.-ci maddəsinə əsasən məhkəmədə psixi qüsuruna görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasındaa asılı olmayaraq, yaxın qohumların, müvafiq icra hakimiyyəti orqanının, psixiatriya müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikasının MPM-nin 321.2.-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, xx.xx.1965-ci il tarixdə Xaçmaz şəhərində anadan olmuş X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1972-ci il tarixdə Xaçmaz şəhərində anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-1197/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1197/2020
07.09.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver