Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-120/2022 06.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 13.05.1975-ci təvəllüdlü X2nın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 13.05.1975-ci il təvəllüdlü X2 ruhi xəstə olmaqla İİ qrup müddətsiz əlildir. Xəstə olduğuna görə öz hərəkətlərini dərk edə bilmir, hərəkət qabiliyyəti məhduddur. Faktiki olaraq əməyə qadir deyil. Onun kənar şəxsin qulluğuna ehtiyacı vardır. Ona o, qulluğ edir. Bu səbəbdən də o, xəstəliyi ilə əlaqədar fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir ki, üzərində himayəçi təyin olunsun. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 15" nömrəli TSEKnİn SER TSE-01 № 423571 rəyindən görünür ki, X2 xəstə olmaqla İİ qrup müddətsiz əlildir, əsəbi gərginlikli işlər əks göstərişdir. Əsas 82 nömrəli 13.01.2015-ci il tarixli müayinə aktı. Bacısı X1 1 saylı X5 təxminən 01 il, Quba Rayonlararası Psixoncvroloji Dispanserdə isə müxtəlif vaxtlarda bir neçə il müalicələrdə olmuşdur. X15 Rayon Xəstəxanasında qeydiyyatda olmaqla xəstənin xəstəlik vərəqəsində bütün məlumatlar öz əksini tapmışdır. Xəstə olduğuna görə müəyyən drəmanlar ona xəstəxanadan pulsuz verilir. Hər dəfə onu xəstəxanaya gətirib-apara bilmir, habelə lazımi sənədlərə imza edə bilmir. Bundan başqa ünvanlı sosial yardım düzəltmək üçündə lazımi sənədləri dərk edərək onları imzalama qabiliyyətində deyildir. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, 13.05.1975-ci il təvəllüdlü X2 ruhi xəstə olmaqla İİ qrup müddətsiz əlildir. Xəstə olduğuna görə öz hərəkətlərini dərk edə bilmir, hərəkət qabiliyyəti məhduddur. Faktiki olaraq əməyə qadir deyil. Onun kənar şəxsin qulluğuna ehtiyacı var. Ona o qulluq edir. Bu səbəbdən də o, xəstəliyi ilə əlaqədar fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir ki, üzərində himayəçi təyin olunsun. X2 xəstə olmaqla İİ qrup müddətsiz əlildir, əsəbi gərginlikli işlər əks göstərişdir. O, Maştağadaki 1 saylı X5 təxminən 1 il, Quba Rayonlararası Psixoncvroloji Dispanserdə isə müxtəlif vaxtlarda bir neçə il müalicələrdə olub. Hər dəfə bacısını xəstəxanaya gətirib-apara bilmir, lazımi sənədlərə imza edə bilmir. Bundan başqa bacısı ünvanlı sosial yardım düzəltmək üçündə lazımi sənədləri dərk edərək onları imzalama qabiliyyətində deyil. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Bacısı hazırda da onunla yaşayır. Ərizəçi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə X8 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 12.03.2022-ci il tarixli 827 saylı rəyinə etirazı olmadığını bildirdi. İş üzrə maraqlı şəxs Xaçmaz Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İİİ-ЖГ seriyalı 449322 saylı doğum haqqında şəhadətnamədən və AZE seriyalı 14880139 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X10 13.05.1975-ci il tarixdə Xaçmaz rayonunun Çiləgir kəndində anadan olmaqla, həmin kənddə yaşayır. X3r, anası X7r. İş materiallarında olan X-ЖГ seriyalı 251223 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1983-cü il tarixdə Xaçmaz rayonunun Çiləgir kəndində anadan olmaqla, həmin kənddə yaşayır. X3r, anası X7r. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN-nin 13.01.2015-ci il tarixli SER TSE-01№ 423571 saylı arayışından müəyyən olunur ki, X10 ümumi xəstəlik səbəbi ilə müddətsiz olaraq İİ qrup əlildir. İş materiallarında olan “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası“ X17 09.02.2022-ci il tarixli 125 saylı məktubundan müəyyən olunur ki, İİ qrup əlil 1975-ci il təvəllüdlü X10 “Şizofreniya, paranoid forma, fasiləsiz gedişli” diaqnoz ilə “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası“ X17 psixiatrik kabinetində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə X8 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 12.03.2022-ci il tarixli 827 saylı rəyindən müəyyən olunur ki, 13.05.1975-ci il təvəllüdlü X10 öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X6 psixi vəziyyətinə görə səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8.-ci maddəsinə uyğun olaraq ağıl zəifliyi və ruhi xəstəlik nəticəsində öz hərəkətinin mənasına başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikasının MPM-nin 317.2.-ci maddəsinə əsasən məhkəmədə psixi qüsuruna görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasındaa asılı olmayaraq, yaxın qohumların, müvafiq icra hakimiyyəti orqanının, psixiatriya müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikasının MPM-nin 321.2.-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, ərizə təmin edilməli, 13.05.1975-ci il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 13.05.1975-ci il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-120/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-120/2022
06.05.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver