Məhkəmə qərarları › İş №2(067)-1201/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1201/2021

27.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1201/2021 27.05.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakları ilə Ərizəçi «Sənədin şəxsə məxsus olması hüquqi faktının müəyyən edilməsi tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Xaçmaz rayon Dövlət Arxivi tərəfindən verilmiş 21 dekabr 2020-ci il tarixli, 803 saylı arxiv çıxarışının, Xaçmaz bələdiyyəsinin 26 aprel 2005-ci il tarixli, 05 saylı qərarının, həmin bələdiyyənin torpaqların alqı-satqısına dair aktının və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş 12 aprel 2005-ci il tarixli, 260 saylı rəyinin ona, yəni Mehdiyeva (Teymurova) Zemfira Nayib qızına məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətli nümayəndəsi iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilən Ərizəçi nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək izahatında göstərdi ki, nümayəndəsi olduğu Ərizəçi onun arvadıdır. Zemfiranın onunla rəsmi nikaha daxil olmazdan əvvəl soyadı Teymurova olmuş, 03 avqust 1988-ci ildə onunla ilə ailə qurub rəsmi nikaha daxil olduqdan sonra ər soyadı olan Mehdiyeva soyadını qəbul etmişdir. Xaçmaz Bələdiyyəsinin 26 aprel 2005-ci il tarixli, 05 saylı iclas protokolu əsasında arvadı Mehdiyeva (Teymurova) Zemfira Nayıb qızına Xaçmaz şəhəri ərazisində fərdi yaşayış evi tikmək üçün 500 kv.m torpaq sahəsi satılması qərara alınmışdır. Lakin qəbul olunmuş həmin qərarda texniki səhv ucbatından 14-cu şəxs olaraq adı “Zemfira”, atasının adı “Nayib” olduğu halda adı səhvən “Zenfira”, atasının adı səhvən “Nasib” kimi yazılmışdır. Həmin səhv üzündən sonrakı mərhələlərdə bələdiyyənin Zemfiranın adına tərtib etdiyi torpaqların alqı-satqısına dair aktda və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş 12 aprel 2005-ci il tarixli, 260 saylı rəydə hüquq sahibi olaraq adı səhvən “Zenfira”, atasının adı səhvən “Nasib” kimi qeyd olunmuşdur. Satılmış torpaq sahəsinə mülkiyyət sənədi almaq üçün arvadı Ərizəçi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, lakin arxiv çıxarışında və digər ilkin hüquq müəyyənedici sənədlərdə olan yuxarıda göstərilən ad uyğunsuzluqlarına görə müraciətinin həlli mümkün olmamış, reyestr xidməti tərəfindən ona uyğunsuzluğun aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Baş vermiş uyğunsuzluqları digər qaydada aradan qaldıra bilmədiklərindən hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşlar. Göstərilənlərə əsasən ərizənin təmin edilməsini, Xaçmaz rayon Dövlət Arxivi tərəfindən verilmiş 21 dekabr 2020-ci il tarixli, 803 saylı arxiv çıxarışının, Xaçmaz bələdiyyəsinin 26 aprel 2005-ci il tarixli, 05 saylı qərarının, həmin bələdiyyənin torpaqların alqı-satqısına dair aktının və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş 12 aprel 2005-ci il tarixli, 260 saylı rəyin ərizəçi Mehdiyeva (Teymurova) Zemfira Nayib qızına məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 göstərdi ki, Ərizəçi onun qohumudur. Xaçmaz Bələdiyyəsinin 26 aprel 2005-ci il tarixli, 05 saylı iclas protokolu əsasında ərizəçi Mehdiyeva (Teymurova) Zemfira Nayıb qızına Xaçmaz şəhəri ərazisində fərdi yaşayış evi tikmək üçün 500 kv.m torpaq sahəsi satılması qərara alınmışdır. Lakin qəbul olunmuş həmin qərarda texniki səhv ucbatından 14-cu şəxs olaraq ərizəçinin adı “Zemfira”, atasının adı “Nayib” olduğu halda adı səhvən “Zenfira”, atasının adı səhvən “Nasib” kimi yazılmışdır. Həmin səhv ucbatından da sonrakı mərhələlərdə bələdiyyənin Zemfiranın adına tərtib etdiyi torpaqların alqı-satqısına dair aktda və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş 12 aprel 2005-ci il tarixli, 260 saylı rəydə hüquq sahibi olaraq adı səhvən “Zenfira”, atasının adı səhvən “Nasib” kimi qeyd olunmuşdur. Hazırda satılmış torpaq sahəsinə mülkiyyət sənədi almaq üçün Ərizəçi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, lakin arxiv çıxarışında və digər ilkin hüquq müəyyənedici sənədlərdə olan yuxarıda göstərilən ad uyğunsuzluqlarına görə müraciətini həlli mümkün olmamış, reyestr xidməti tərəfindən ona uyğunsuzluğun aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X7 şahid X3 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin şəxsiyyəti Ərizəçidır. Mülki işə əlavə olunmuş 03 avqust 1988-ci il tarixli, 455244 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən əörünür ki, ərizəçi Mehdiyeva (Teymurova) Zemfira Nayıb qızı 03 avqust 1988-ci ildə Nümayəndə ilə rəsmi nikah qeyd etdirməklə evlənmiş və ər soyadı olan “Mehdiyeva” soyadını qəbul etmişdir. Mülki işə əlavə edilmiş Xaçmaz rayon Dövlət Arxivi tərəfindən verilmiş X1 adına verilmiş 21 dekabr 2020-ci il tarixli, 803 saylı arxiv çıxarışından görünür ki, həmin arxiv çıxarışında Xaçmaz Bələdiyyəsinin 26 aprel 2005-ci il tarixli, 05 saylı iclas protokolu əsasında ərizəçi Mehdiyeva (Teymurova) Zemfira Nayıb qızına Xaçmaz şəhəri ərazisində fərdi yaşayış evi təkmək üçün 500 kv.m torpaq sahəsi satılmasının qərara alınması qeyd olunmuş, həmin çıxarışda texniki səhv ucbatından siyahıda 14-cu şəxs olaraq ərizəçinin adı “Zemfira”, atasının adı “Nayib” olduğu halda adı səhvən “Zenfira”, atasının adı səhvən “Nasib” kimi yazılmışdır. Mülki işə əlavə edilmiş Xaçmaz bələdiyyəsinin 269 aprel 2005-ci il tarixli, 05 saylı qərarından görünür ki, Xaçmaz Bələdiyyəsinin 26 aprel 2005-ci il tarixli, 05 saylı iclas protokolu əsasında ərizəçi X2 Xaçmaz şəhəri ərazisində fərdi yaşayış evi təkmək üçün 500 kv.m torpaq sahəsi satılması qərara alınmışdır. İstinad olunan qərardan müəyyən olunur ki, həmin qərarda ərizəçinin adı “Zemfira”, atasının adı “Nayib” olduğu halda adı səhvən “Zenfira”, atasının adı səhvən “Nasib” kimi yazılmışdır. Mülki işə əlavə edilmiş həmin bələdiyyənin torpaqların alqı-satqısına dair aktının surətindən görünür ki, istinad olunan alqı-satqı aktında həmçinin texniki səhv ucbatından ərizəçinin adı “Zemfira”, atasının adı “Nayib” olduğu halda səhvən adı “Zenfira”, atasının adı səhvən “Nasib” kimi yazılmışdır. Mülki işə əlavə edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş 12 aprel 2005-ci il tarixli, 260 saylı rəydən görünür ki, istinad olunan rəydə həmçinin ərizəçinin adı “Zemfira”, atasının adı “Nayib” olduğu halda səhvən adı “Zenfira”, atasının adı səhvən “Nasib” kimi yazılmışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Ərizəçi ünvanladığı 10 mart 2021-ci il tarixli, **********44 nömrəli məktubdan görünür ki, Ərizəçi müraciətinə baxılmış, Xaçmaz bələdiyyəsinin 26 aprel 2005-ci il tarixli, 05 saylı qərarında, rorpağın alqıısatqısına dair aktında və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş 12 aprel 2005-ci il tarixli, 260 saylı rəydə hüquq sahibinin ata adında yaranmış uyğunsuzluğun aradan qaldılırılması və düzəlişin həyata keçirilməsinin Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilməklə bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında ərizəçinin izahatı, şahidlərin ifadələri və iş materialları ilə müəyyən edilmişdir ki, ərizəçinin şəxsiyyəti Ərizəçidur. Ərizəçinin soyadı rəsmi nikaha daxil olmazdan əvvəl Teymurova olmuş, 03 avqust 1988-ci ildə Nümayəndə ilə ailə qurub rəsmi nikaha daxil olduqdan sonra ər soyadı olan Mehdiyeva soyadını qəbul etmişdir. Xaçmaz Bələdiyyəsinin 26 aprel 2005-ci il tarixli, 05 saylı iclas protokolu əsasında ərizəçi Mehdiyeva (Teymurova) Zemfira Nayıb qızına Xaçmaz şəhəri ərazisində fərdi yaşayış evi təkmək üçün 500 kv.m torpaq sahəsi satılması qərara alınmışdır. Lakin qəbul olunmuş həmin qərarda texniki səhv ucbatından 14-cu şəxs olaraq adı “Zemfira”, atasının adı “Nayib” olduğu halda adı səhvən “Zenfira”, atasının adı səhvən “Nasib” kimi yazılmışdır. Həmin səhv ucbatından da sonrakı mərhələlərdə bələdiyyənin Zemfiranın adına tərtib etdiyi torpaqların alqı-satqısına dair aktda və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş 12 aprel 2005-ci il tarixli, 260 saylı rəydə hüquq sahibi olaraq adı səhvən “Zenfira”, atasının adı səhvən “Nasib” kimi qeyd olunmuşdur. Satılmış torpaq sahəsinə mülkiyyət sənədi almaq üçün Ərizəçi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, lakin arxiv çıxarışında və digər ilkin hüquq müəyyənedici sənədlərdə olan yuxarıda göstərilən ad uyğunsuzluqlarına görə müraciətinin həlli mümkün olmamış, reyestr xidməti tərəfindən ona uyğunsuzluğun aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Baş vermiş uyğunsuzluqları digər qaydada aradan qaldıra bilmədiklərindən ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə tədqiqatı zamanı Xaçmaz rayon Dövlət Arxivi tərəfindən verilmiş 21 dekabr 2020-ci il tarixli, 803 saylı arxiv çıxarışının, Xaçmaz bələdiyyəsinin 26 aprel 2005-ci il tarixli, 05 saylı qərarının, həmin bələdiyyənin torpaqların alqı-satqısına dair aktının və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş 12 aprel 2005-ci il tarixli, 260 saylı rəyin ərizəçi Mehdiyeva (Teymurova) Zemfira Nayib qızına məxsus olması faktı tamamilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçi qeyd olunan hüquq müəyyənedici sənədlərin ona məxsus olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilməmişdir. Bu isə Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Bütün yuxarda şərh edilib göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Xaçmaz rayon Dövlət Arxivi tərəfindən verilmiş 21 dekabr 2020-ci il tarixli, 803 saylı arxiv çıxarışının, Xaçmaz bələdiyyəsinin 26 aprel 2005-ci il tarixli, 05 saylı qərarının, həmin bələdiyyənin torpaqların alqı-satqısına dair aktının və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş 12 aprel 2005-ci il tarixli, 260 saylı rəyinin ərizəçi Mehdiyeva (Teymurova) Zemfira Nayib qızına məxsus olması faktı məhkəmə tədqiqatı zamanı öz təsdiqini tapdığından ərizə təmin edilməklə qeyd edilən hüquqi əhəmiyyətli fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Xaçmaz rayon Dövlət Arxivi tərəfindən verilmiş 21 dekabr 2020-ci il tarixli, 803 saylı arxiv çıxarışının, Xaçmaz bələdiyyəsinin 26 aprel 2005-ci il tarixli, 05 saylı qərarının, həmin bələdiyyənin torpaqların alqı-satqısına dair aktının və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş 12 aprel 2005-ci il tarixli, 260 saylı rəyinin ərizəçi Mehdiyeva (Teymurova) Zemfira Nayib qızına məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyevzdür: HAKİM XİDİR QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar